Sual cavab

Sığorta şirkətləri ilə işləyirsiniz?

Bəli, Ege Hospital sığorta şirkətləri ilə əməkdaşlıq edir. Daha ətraflı məlumat üçün Siğorta bölməsinə baxa bilərsiniz.

Bacımın 59 yaşı var, dizlərində şiş əmələ gəlib və əyilib. Hansı həkimə müraciət etməliyik?

Ege Hospitalın yüksək ixtisaslı Travmatoloq-ortopedi Op.Dr. Tayfun Göreye müraciət edə bilərsiniz.

Ege Hospital hansı metroya yaxın yerləşir ?

Ünvanımız: Ak. Həsən Əliyev 38, Bakı, Azərbaycan, AZ1078. Gənclik metrosuna yaxındır.

Ege Hospitalda oftalmoloq var? Göz xəstəliklərinə baxırsınız?

Bəli, var. Oftalmoloqumuz Uzman Opr. Dr. Mehmet Atakandır, müraciət edə bilərsiniz.

Sizdə nevropatoloq var? Əgər varsa zəhmət olmasa həkim haqda məlumat almaq istəyirəm.

Bəli var. Nevroloq Uzm. Dr. Ali Yavavlı 1995-ci ildə Gazi Universitetinin tibb fakültəsini bitirib. 2004-cü ildə Diyarbakır Dicle Universitetinin tibb fakültəsində Nevroloq ixtisası üzrə Uzmanlıq təsili alıb. Nevrologiya sahəsində bir çox ölkələr və ölkələrarası konfranslara, kurslara qatılıb. Hazırda Ege Hospitalda nevroloq kimi çalışır. Baş ağrıları, miqren, baş gicəllənməsi, epilepsiya, parkinson, alzheymer, beyin-damar xəstəlikləri, iflic və digər nevroloji problemlərlə bağlı şikayətlərində bütün lazımi müayinə və müalicələrin effektiv şəkildə həyata keçirilməsi üçün Ege hospitalın Nevroloqu Uzm. Dr. Ali Yavavlıya müraciət edə bilərsiniz.

Ege Hospitalda MRT cihazı var və hansıdır ?

Bəli var. “Philips Achieva” 1.5 T MRT cihazı. Müraciət edə bilərsiniz.