Xəbərlər

Ege Hospitalda növbəti uğurlu əməliyyat içra edilib

Blog Single

Diz artrozu olan 81 yaşlı kişi xəstə uzun müddət müalicə almasına baxmayaraq, müalicələr uğursuz nəticələnib. Sonunda pasiyent Ege Hospitala müraciət edib. Ege Hospitalın Uzman Travmatoloq-ortopedi Op. Dr Tayfun Göre tərəfindən bütün lazımi müayinələr keçirilib və pasiyentə sol bud-çanaq total protezi əməliyyatı uğurla icra olunub. Or. Dr. Tayfun Görenin  həyata keçirdiyi əməliyyatın ertəsi günü pasiyent rahat şəkildə ayağa qalxıb və yenidən gəzməyə başlayıb.

Ege Hospital ilə Sağlamlığınız güvənli əllərdə!

Digər xəbərlərimiz

EGE Hospital Check-up ayı elan edir
EGE Hospital Check-up ayı elan edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə 35-40 yaşdan sonra hər kəs ən az ildə bir dəfə tibbi müayinədən keçməlidir. Vaxtaşırı olunan Check-up xəstəliklərdən qorunma və inkişaf edə biləcək xəstəliklərin erkən vaxtlarda aşkar edilməsi, zamanında müalicəsinin təyin edilməsi üçün vacibdir.

Bunu nəzərə alaraq EGE Hospital 10 noyabr – 10 dekabr arası Check-up ayı elan edir! EGE Hospital sizlərə kardiloji, terapevtik, diabetik və müxtəlif Check up paketlərini təqdim edir.

Check-up ayı ilə əlaqədar EGE Hospital bütün əməliyyatlara 20% endirim elan edir.

EGE Hospital Sağlamlığınız Sağlamlığımızdır

Dos. Dr. Özkan Tehli
Dos. Dr. Özkan Tehli "Pediatrik Neyrocərrahiyyə" mövzusunda çıxış edib

Noyabrın 2-də Uşaq Nevroloji Xəstəxanasında EGE Hospitalın Neyrocərrahı Dos. Dr. Özkan Tehlinin "Pediatrik Neyrocərrahiyyə" mövzusunda təqdimatı oldu.

Təqdimatda pediatrik neyrocərrahiyyə, pediatrik neyrocərrahiyyənin tarixçəsi, konjenital (hidrosefaliya, beyin malformasiyaları və s.), şiş, travma, vaskulyar, funksiyonal(epilepsiya cərrahiyyəsi və s.) bölmələri barədə geniş məlumat verildi.

Uşaq Nevroloji Xəstəxanasının tibb heyətinin böyük marağına səbəb olan təqdimatın sonunda suallar ətrafında fikir mübadiləsi aparıldı.

Ege Hospitalda növbəti uğurlu əməliyyat icra olundu!
Ege Hospitalda növbəti uğurlu əməliyyat icra olundu!

Sol böyrək daşı olan 60 yaşılı Alustan Əliyev uzun müddət müalicə almasına baxmayaraq, uğursuz nəticələnib. Sonunda pasiyent Ege Hospitala müraciət edib. Ege Hospitalın yüksək ixtisaslı Uroloqu  Dr. Akın Avcı tərəfindən pasiyentə bütün lazımi müayinələr keçirilərək “Piyelolitotomi” cərrahi əməliyyatı uğurla icra olundu. Əməliyyatdan sonra xəstə qısa zamanda tam sağlamlığına qovuşdu.  Ege Hospital ilə sağlamlığınız güvənli əllərdə!

AZƏRBAYCANDA BU ƏMƏLİYYAT İLK DƏFƏ İCRA OLUNDU!
AZƏRBAYCANDA BU ƏMƏLİYYAT İLK DƏFƏ İCRA OLUNDU!

Daxili qadın orqanları olan 5 yaşlı uşaq bir enzim əksikliyi nəticəsində xarici genital bölgəsində anadangəlmə kişi orqanlarına sahib olub. Bir müddət öncə 5 yaşlı azyaşlının valideynləri “Bizimləsən” verlişinə müraciət edib. EGE Hospitalın yüksək ixtisaslı mütəxəssisləri Uşaq Cərrahı Prof. Dr. İlhami Sürer, Endokrinoloq Dos. Dr. Mehmet Aşık və Pediatr Uzm. Dr. Zühal Aşık tərəfindən uşağa gərəkli müayinə və müalicələr təyin edilib.

Bir aylıq müalicədən sonra EGE Hospitalın Uşaq Cərrahı və Uşaq Uroloqu Prof. Dr. İlhami Sürer tərəfindən uşağa total urogenital mobilizasiya, klitoroplasti və monsplasti əməliyyatları içra olunaraq qadın cinsi orqanları ilə təmin edilib. Keçirilən əməliyyat kifayət qədər riskli olub, 6 saatdan sonra azyaşlının daxilində olduğu kimi xaricində də qadın cinsi orqanı icra edilib.

Hazırda uşaq özünü yaxşı hiss edir. O gələcəkdə  normal qadın kimi uşaq dünyaya gətirə biləcək. Vücudundakı enzim əksikliyini berpa etmək üçün ömür boyu dərman müalicəsi alacaq.