Xəbərlər

Sizlərin çox saylı suallarınızı nəzərə alıb Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti haqqında məlumatı diqqətinizə çatdırırıq.

Blog Single

Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti bir neçə gün əvvəl kəskin pisləşib, komaya düşüb. Qazinin yenidən bir müddət əvvəl əməliyyat olunduğu və müalicə aldığı Anakarara yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına (GATA) aparılmasına qərar verilmişdi.

Məsələyə dərhal reaksiya verən birinci vitse-prezident Mehriban Əliyeva qazinin müalicəsi üçün müvafiq tapşırıqlar verib.

Heydər Əliyev Fondu qazinin Gülhanə Hərbi Tibb Akademiyasına (GATA) aparılması üçün xəstəxana ilə danışıqlara başlayıb. Lakin onu akademiyada müalicə edən Neyrocərrah Dos. Dr. Özkan Tehli Bakıda fəaliyyət göstərən EGE Hospitalda çalışdığından Qoşqar Hacıyev bu xəstəxanaya yerləşdirilib.

Həkimlərimizin operativ müdaxiləsindən sonra Qoşqar Hacıyev hazırda komadan ayılıb. Hazırda başında çox sayda qəlpə var, həyati təhlütəsi davam edir.  Qrabağ qazisi EGE Hospitalda fəaliyyət  göstərərn Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri Neyrocərrah  Dos. Dr. Özkan Tehli və Anestezioloq-reanimatoloq Uzm. Dr. Serkan Şenkal tərəfindən ciddi müalicə nəzarətindədir. 

Qoşqarın müalicəsinə  nəzarət edən Anestezioloq-Reanimatoloq Uzm. Dr. Serkan Şenkal onun hazırda komadan ayıldığını dedi.

Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) Qoşqarı əməliyyat etmiş Neyrocərrah Dos. Dr. Özkan Tehli onun vəziyyəti stabilləşəndən sonra növbəti əməliyyat barədə qərar verəcəklərini bildirdi.

Digər xəbərlərimiz

EGE Hospital Check-up ayı elan edir
EGE Hospital Check-up ayı elan edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə 35-40 yaşdan sonra hər kəs ən az ildə bir dəfə tibbi müayinədən keçməlidir. Vaxtaşırı olunan Check-up xəstəliklərdən qorunma və inkişaf edə biləcək xəstəliklərin erkən vaxtlarda aşkar edilməsi, zamanında müalicəsinin təyin edilməsi üçün vacibdir.

Bunu nəzərə alaraq EGE Hospital 10 noyabr – 10 dekabr arası Check-up ayı elan edir! EGE Hospital sizlərə kardiloji, terapevtik, diabetik və müxtəlif Check up paketlərini təqdim edir.

Check-up ayı ilə əlaqədar EGE Hospital bütün əməliyyatlara 20% endirim elan edir.

EGE Hospital Sağlamlığınız Sağlamlığımızdır

Dos. Dr. Özkan Tehli
Dos. Dr. Özkan Tehli "Pediatrik Neyrocərrahiyyə" mövzusunda çıxış edib

Noyabrın 2-də Uşaq Nevroloji Xəstəxanasında EGE Hospitalın Neyrocərrahı Dos. Dr. Özkan Tehlinin "Pediatrik Neyrocərrahiyyə" mövzusunda təqdimatı oldu.

Təqdimatda pediatrik neyrocərrahiyyə, pediatrik neyrocərrahiyyənin tarixçəsi, konjenital (hidrosefaliya, beyin malformasiyaları və s.), şiş, travma, vaskulyar, funksiyonal(epilepsiya cərrahiyyəsi və s.) bölmələri barədə geniş məlumat verildi.

Uşaq Nevroloji Xəstəxanasının tibb heyətinin böyük marağına səbəb olan təqdimatın sonunda suallar ətrafında fikir mübadiləsi aparıldı.

Ege Hospitalda növbəti uğurlu əməliyyat icra olundu!
Ege Hospitalda növbəti uğurlu əməliyyat icra olundu!

Sol böyrək daşı olan 60 yaşılı Alustan Əliyev uzun müddət müalicə almasına baxmayaraq, uğursuz nəticələnib. Sonunda pasiyent Ege Hospitala müraciət edib. Ege Hospitalın yüksək ixtisaslı Uroloqu  Dr. Akın Avcı tərəfindən pasiyentə bütün lazımi müayinələr keçirilərək “Piyelolitotomi” cərrahi əməliyyatı uğurla icra olundu. Əməliyyatdan sonra xəstə qısa zamanda tam sağlamlığına qovuşdu.  Ege Hospital ilə sağlamlığınız güvənli əllərdə!

AZƏRBAYCANDA BU ƏMƏLİYYAT İLK DƏFƏ İCRA OLUNDU!
AZƏRBAYCANDA BU ƏMƏLİYYAT İLK DƏFƏ İCRA OLUNDU!

Daxili qadın orqanları olan 5 yaşlı uşaq bir enzim əksikliyi nəticəsində xarici genital bölgəsində anadangəlmə kişi orqanlarına sahib olub. Bir müddət öncə 5 yaşlı azyaşlının valideynləri “Bizimləsən” verlişinə müraciət edib. EGE Hospitalın yüksək ixtisaslı mütəxəssisləri Uşaq Cərrahı Prof. Dr. İlhami Sürer, Endokrinoloq Dos. Dr. Mehmet Aşık və Pediatr Uzm. Dr. Zühal Aşık tərəfindən uşağa gərəkli müayinə və müalicələr təyin edilib.

Bir aylıq müalicədən sonra EGE Hospitalın Uşaq Cərrahı və Uşaq Uroloqu Prof. Dr. İlhami Sürer tərəfindən uşağa total urogenital mobilizasiya, klitoroplasti və monsplasti əməliyyatları içra olunaraq qadın cinsi orqanları ilə təmin edilib. Keçirilən əməliyyat kifayət qədər riskli olub, 6 saatdan sonra azyaşlının daxilində olduğu kimi xaricində də qadın cinsi orqanı icra edilib.

Hazırda uşaq özünü yaxşı hiss edir. O gələcəkdə  normal qadın kimi uşaq dünyaya gətirə biləcək. Vücudundakı enzim əksikliyini berpa etmək üçün ömür boyu dərman müalicəsi alacaq.