Гастроэнтерология

Гастроэнтерология

Qastroenterologiya şöbəmizdə həzm sisteminin müxtəlif xəstəliklərinin kompleks müayinə, müalicə və profilaktikası icra olunur. Qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri,  yoğun bağırsaqlar, hepatologiya bölməsini də birləşdirən-qaraciyər, öd kisə və ödçıxarıcı yollar mədəaltı vəzinin müayinəsi, müalicəsi və profilaktikası tətbiq olunur.

EGE Hospitalda  çox geniş laborator-diaqnostik müayinələr mövcuddur:

  • Endoskopik müayinələr (kolonoskopiya, ezofaqoqastroduedenoskopiya və s)
  • Rentgenoskopiya və rentgenoqrafiya;
  • Komputer tomoqrafiyası (üst və alt qarın boşluğu orqanlarının kontrast müayinəsi)
  • Qarın boşluğu orqanlarının USM-I;
  • Qarın boşluğu damarlarının doppleroqrafiyası;
  • Mədə, 12-barmaq, nazik və yoğun bağırsaq bioptatlarının morfoloji müayinəsi
  • Müxtəlif infeksiyaların seroloji diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə)
  • B və C hepatitlərinin PZR diaqnostikası aparılır.
  • İmmunoloji, biokimyəvi, hormonal müayinələr
  • Koproloji müayinə (nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz)

Qarciyər xəstəliklərinin müayinə, müalicə və profilaktikası icra olunur.

►  Virus hepatitləri (Hepatit B, C, D)

►  Qaraciyərin pis distrofiyası, qaraciyərdaxili xoslestaz

►  Öd kisəsi və öd yolları xəstəlikləri

►  Qaraciyər törəmələrinin biopsiyası və dəqiq diaqnostikası və s.

EGE Hospitalda  mədə-bağırsaq sisteminin bütün xəstəlikləri təcrübəli həkim qastroenteroloq və hepatoloqlar tərəfindən müayinə və müalicə olunur.