Neyrocərrahiyyə dəqiqlik və peşəkarlıq tələb edən komanda işidir. Ege Hospital bu işi daha da önə aparmaq üçün peşəkar komandasıyla xidmətinizdədir.
Ege Hospitalın ən müasir tibbi avadanlıqlarla (neyrocərrahi mikroskop, C-arm, Medtronic kraniotom və s.) təchiz olunmuş Neyrocərrahiyyə şöbəsində uzman neyrocərrahlarımız
- anadangəlmə baş beyin və onurğa beyni xəstəlikləri,
- kəllə və onurğa sütunu travmaları,
- baş- beyin şişləri və qanaması əməliyyatları,
- boyun, döş və bel fəqərə arası disk yırtıqları,
- epilepsiya cərrahiyyəsi,
- pediatrik neyrocərrahiyyə,
- hidrosefaliya,
- mikrocərrahiyyə yolu ilə spinal neyrocərrahiyyə,
- periferik sinir cərrahiyyəsi,
- həmçinin baş beyin,
- onurğa beyni və periferik sinirlə bağlı bütün növ xəstəliklərin müalicə və cərrahiyyəsini yüksək peşəkarlıqla həyata keçirirlər.
Cərrahi əməliyyat üçün göstəriş olarsa uzman cərrahlarımız tərəfindən əməliyyatlar açıq, mikroskopik, endoskopik, minimal invaziv yanaşmalarla və mikroneyrocərrahi metodla icra olunur.
Ege Hospitalda vətəndaşlara vaxtında və dəqiq şəkildə yardım edə bilmək üçün sutkanın istənilən saatında təcili laborator analizlərin verilməsi və həmçinin radioloji müayinələr ( KT, MRT, Rentgen) həyata keçirilir.
Ege Hospital olaraq Bizim işimiz və məqsədimiz imkansızı bacarmaqdır.