Uzm. Dr. Aynur Nəcəfəliyeva Azərbaycan Tibb Univerisitetini fərqlənmə diplomu ilə bitirib. Uzmanlıq dərəcəsini isə Türkiyə Qazi Universiteti Qadın Doğum və Ginekologiya bölümündə alıb. Eyni universitetdə suni mayalanma və sonsuzluq mərkəzində kursu bitirib. Daha sonra Ankara Özel Keçiören Xəstəxanasında və Bakıda Leyla Medical Center-da uzman mama-ginekoloq olaraq işləyib. Uzm. Dr. Aynur Nəcəfəliyeva hal-hazırda Ege Hospitalda uzman mama-ginekoloq olaraq fəaliyyətini davam etdirir.
Təhsil
- 2009-cu ildə Azərbaycan Tibb Universiteti (fərqlənmə ilə)
- 2010-2015 -ci illərdə Türkiyə Qazi Universiteti Qadın Doğum və Ginekologiya bölümündə uzmanlıq təhsili
- 2015-ci il Qazi Universiteti, suni mayalanma və sonsuzluq mərkəzində kursu bitirmişdir.
İş Təcrübəsi
- 2010-2015-ci illərdə Qazi Universiteti Qadın Xəstəlikləri və Doğum bölümündə araşdırma “görevlisi” ginekoloq
- 2015-2018-ci illərdə Ankara Özel Keçiören Xəstəxanasında uzman mama- ginekoloq
- 2018-2020-ci illərdə Leyla Medical Center-da uzman mama-ginekoloq
- Hal-hazırda isə Ege Hospitalda uzman mama-ginekoloq olaraq çalışır.