Hospitalımızın infeksionisti Uzman Dr.Mədinə Fərəcova Azərbaycan Tibb Universiteti Müalicə işi fakültəsinin (2011) məzunudur. Daha sonra həmin universitetin Qulaq-burun-boğaz xəstəlikləri kafedrasında rezidentura keçib. Dokuz Eylül Universiteti Tibb Fakültəsində İnfeksion Xəstəliklər və Kliniki Mikrobiologiya Bölümündə (2016-2021) uzmanlığa yiyələnib. Tətqiqatları müxtəlif elmi tədbirlərdə təqdim olunub. Hazırda Ege Hospitalda həkim infeksionist olaraq çalışır.