Hospitalımızın cərrah mama-ginekoloqu Uzm. Dr. Gülmirə Əliyeva Azərbaycan Tibb Universiteti Müalicə işi fakültəsini bitirib. Daha sonra Çukurova Universiteti Tibb Fakültəsində Qadın Xəstəlikləri ve Doğum Uzmanlığına yiyələnib. Türkiyədə ginekologiya sahəsi üzrə bir sıra konqres, kurs ve konfransların iştirakçısı olub. Bir müddət Türkiyədə çalışdıqdan sonra fəaliyyətini Ege Hospitalda cərrah mama-ginekoloq olaraq davam etdirir.