Ağciyərlərə su yığılması
Plevra ağciyərlərin səthini örtən, döş qəfəsin iç divarını örtən, iki hissəsi olan bir təbəqədir, zardır. Bir İki qisim arasında bir boşluq yerləşir. Buna plevral boşluq deyirik. Normal şərtlərdə insanlarda bu plevral boşluqda ağciyərlərin rahat hərəkətini təmin edən bir maye olur, təxminən 20 ml maye olur bu boşluqda.
Əgər hər hansı bir şərtlər olarsa, yəni bir xəstəlik olarsa, burdakı maye artış göstərir. Buna plevral effuziya və ya plevreziya deyirik.
Mayenin yaranma səbəbi olaraq, yəni bir infeksiya, ya da başqa bir səbəb olarsa, buradakı plevral maye getdikcə arta bilər və yaxud da sorulmaq olaraq, geri sorulması pozulduqda plevral boşluqda ciddi şəkildə maye yığıla bilir.
Əsas səbəblər olaraq: ürək çatışmazlığı, pnevmoniyalar, viral, bakteriyal və yaxud da göbələk infeksiyalarına bağlı olaraq, travmalarda, xüsusən qabırğa qırıqlarında biz görürük,
Bu səbəblərdən ağciyər xərçəngində və yaxud da başqa bir orqanların plevraya olan metastazlarında, plevral damarlar tıxandıqda hər hansı laxtayla – pulmonar emboliya deyirik, bu zaman və yaxud da ürək-damar əməliyyatlarından sonra ağırlaşma olaraq qarşımıza çıxır.
Böyrək çatışmamazlığında, qaraciyər çatışmamazlığlarında qarşımıza plevral effuziyalar və ya plevral plevreziya dediyimiz plevral maye artışları qarşımıza çıxır.
Ağciyərlərə su yığılmasının əlamətləri
Xəstələrdə şikayət olaraq: təngəfəslik, nəfəs alarkən batma hissi, kürək ağrısı və ya sinə ağrısı, düz yata bilməmə şikayəti, boğulma şikayəti, döş qəfəsinin yan tərəfində yanma şəklində ağrılar, şikayətlər olur.
Ağciyərlərə su yığılmasının diaqnostikası
Diaqnostikasında öncəliklə xəstədən tibbi bir hekayə dinlənilir. Xəstənin anamnezi toplanılır və bir neçə metoda başvurulur.
Bunlar rentgen, ultrasəs müayinə, döş qəfəsinin kompyuter tomoqrafiyası şəklində diaqnostik metodlar, radioloji metodlardır ki, bunları istifadə edərək biz plevral mayenin həcmi, harada yerləşdiyi, sərbəstmi, ya da hər hansı bir boşluqda, qapalı bir yerdə və ya lokal olaraq, yeri olaraq harada yerləşdiyi tam olaraq müəyyən olunur.
Ağciyərlərə su yığılmasının müalicəsi necə aparılır?
Xəstəyə bir neçə prosedura icra oluna bilir yəni göstərişdən asılı olaraq.
Torasentez – iynə vasitəsilə yerli keyitmə olunaraq qabırğa arasından girilərək həmin plevral mayedən örnək alınması prosesidir. Bir nümunə alınır və analizə göndərilir və ona görə xəstənin müalicəsi müəyyənləşdirilir.
Drenaj dediyimiz metodda qabırğa arasından bir drenaj kateter və boru yerləşdirilir və oradan maye həm boşaldılır, xəstənin şikayətləri geriləyir və bir nümunə, örnək də alınır ki, xəstənin hansı səbəbdən mayesi yığılıbsa, ona uyğun müalicəsi başlanılsın.
Əgər xəstədə bir bakteriyal infeksiya düşünülürsə, təbii ki, antibiotik müalicəsi başlanılır.
Vərəm şübhəsi varsa və ya vərəm alınan nümunə də təsdiqlənirsə, protokola uyğun vərəm müalicəsi alır.
Xəstədə hər hansı bir onkoloji proses, xərçənglə əlaqəli bir düşüncə varsa, şübhə varsa və ya təsdiq olunubsa, buna uyğun da xəstə medikal onkoloqun və cərrahın bərabər olaraq konsultasiyası ilə uyğun müalicəsini alır.
Xəstələrdə bəzən plevral mayelər, xüsusən də xərçəng xəstələrində təkrarlaya bilir.
Bu zaman plevradez deyilən bir proseduradan istifadə edirik. Yəni xəstənin qabırğa arasından yerləşdirilmiş kateteri və yaxud drenaj borusu vasitəsi ilə içəriyə xüsusi maddələr verilir ki, bu “talk”dır, adətən biz daha çox buna üstünlük veririk.
“Talk” xüsusi bir tozdur, plevral boşluğa yeridilir və bunun vasitəsi ilə bir süni iltihab yaranır orada və plevral yarpaqlar, plevra təbəqələri ağciyər səthini örtən və döş qəfəsinin iç tərəfini örtən təbəqələr bir-birinə yapışaraq potensiyal boşluq aradan qaldırılır və xəstənin bir daha ağciyərində olan maye təkrarlanmamış olur.
Bundan başqa əgər bizim torasentes və ya drenaj vasitəsi ilə aldığımız nümunələrdə hər hansı bir nəticə yoxdursa, diaqnostik olaraq yetərli deyilsə, onda biz qapalı metoda baş vururuq. Bu, videotorokoskopiya prosedurasıdır.
Burada biz bir neçə 1-2 sm nöqtələrdən kəsiklər vasitəsi ilə kameranın köməyi ilə plevral boşluğa giririk və oradan, plevradan çoxsaylı biopsiyalar alıb onu xüsusi analizə, patohistoloji müayinəyə göndəririk və gələn nəticəyə görə xəstə müalicəsini alır.
Uzman Dr. Nurlan Əlizadə, Torakal cərrah
43 comments
YUSIF
15 July 2021 at 22:04
Salam mende sol terefde Qabirganin alt hissesinde nefes alanda agri batmalar olur yeriyende yatanda oturanda Agriyr neyse batir kimi oluram. bu Ciyere su yigilmagn elameti ola bilermi?
Ege Hospital
17 July 2021 at 12:14
Salam. Sadalanan şikayətlər sadəcə maye yığılmasında deyil, digər ağciyər və döş qəfəsi xəstəliklərində görülə bilər. Ətraflı müayinəyə ehtiyac var.
051 207 44 77 əlaqə nömrəsi
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Agalar
8 August 2021 at 15:16
Salam menim atamin ag ciyerine su yigilir artig 3 defe cekibler yene yigilib.necedefe anka0logiya gonderdiler qaninda hecne cixmayib ama yene ele deyiler ankalojidi ama anaLizdi hecne cixmir
Ege Hospital
16 August 2021 at 17:36
Salam. Maye toplanması təbii ki, irəliləmiş ağciyər xərçəngində rastlaşdığımız vəziyyətlərdəndir, hər zaman alınan maye nümunəsindən metastaz olduğu təsdiqlənməyə bilər, bir də maye toplanması xərçəng olsa belə başqa səbəblə də yarana bilər.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Muradova Aygəniz
30 January 2022 at 09:20
Salam doxtur mənim ağ ciyərlərim ağrıyır. Mən hətda nəfəs almaqdada çətinlik çəkirəm bir dəfə müalicə aldım biraz xəstəlik sakitləşdi sonra yenə də davam etdi 7 ildi mən ağciyər ağrılarından əziyyət çəkirəm həkimə getmişəm neçə dəfə qan analizi verdim rentgen çəkdirdi həkim heçnə yoxdu dedi mənə sağ burnumdan da yaşıl rəngdə su maye gəlir o maye gələndə burnumdan çox gəlir elə bil qan gələndə olure burundan elə o qaydada gəlirdən birdən – birə sel kimi gəlir maye. Birdə ayaqlarım əllərim yanır qızdırma olur. Sizcə həkim bu xəstəlik nə ola bilər?
Ege Hospital
2 February 2022 at 14:40
Salam. Siz mütləq burun-boğaz-qulaq (LOR) həkiminə müraciət edin.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Sevil Mansurlu
2 May 2022 at 14:25
Salam həkim ağciyərlərim ağrıyır bir dəfə müalicə almışam yenə də təzədən həmən ağrılar var məndə kompüter tomoqrafiyası da çəkmişəm həkim dedi ki, heçnə yoxdur amma çox ağrılarım olur. Sizcə həkim öskürək, gecə tərləmələri olmayanda, vərəm və ya başqa cürə ağciyər xəstəliyi olunar adam?
Ege Hospital
4 May 2022 at 17:45
Salam. Öncəliklə pulmonoloq həkimə (ağciyər müalicə həkimi) müraciət edin.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
ismayil
13 February 2022 at 23:25
salam hekim mende plevrit maye var idi mualice etdim su cekildi ama ciyer su yigilan qeder qaldi acilmadi onun mualicesi var?
Ege Hospital
14 February 2022 at 16:20
Salam. Müalicəsi var, cərrahi yolladır. Qapalı metodla kamera köməyilə kiçik kəsiklərdən 1 saatlıq əməliyyatla həll etmək mümkündür.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Hushənova
28 November 2022 at 09:28
Salam doxdur mən 3.4il.bundan öncə ağ ciyərimdən su cixartmisdilar .6ay davamlı uçota aldılar müalicə etdilər.vərəm çöpündən əmələ gəlmiş pelevrit olmusan dedi hekim soyux çox dəymişdi .indi sagalmisam tam üç aydan bir rentgen edirəm.hecnə yoxdur tam sagalmisan deyir həkim.doxdur mən hamilə qalıb dünyaya uşağ getire bilərəmmi.kesir əməliyatı ilə .qorxusu varmı .əməliyyatın ciyərimə bir ziyanı ola bilərmi.iki uşağımda kəsir əməliyatı ilə olmuşdu..yenə hamile qalsam kəsir ilə olmalıdır .mənə olarmı .
Ege Hospital
28 November 2022 at 15:41
Salam. Pulmonoloq baxışı lazımdır.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Suleymanlı
17 February 2022 at 21:20
Salam hekim menim anamın 51 yaşı var 4 litr su çekilib mualice yazılıb artıq 5 aydır ama tez tez agriyir bu proses bele uzun çekir bilmek isteyirik ? Deyibler 1 ile yaxşı olacan
Ege Hospital
21 February 2022 at 16:31
Salam. Plevral mayenin təkrarlanmasına mane olan metodlar var. Xəstəni görüb müayinə etməliyik, uyğundursa proseduranı edərik.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Lale
26 February 2022 at 16:16
Salam bacimda ag ciyerinde su yigilib ve onda şiş var onu mualicesi varmi hal hazirda ximya qebul edir
Ege Hospital
28 February 2022 at 17:44
Salam. Kimyaterapiya elə özü müalicədir, maye yığılmasının təkrarlanmasının qarşısını almaq üçün metodlar var, əgər kimyaterapiya ilə düzəlməsə müraciət edə bilərsiniz.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Aytən
28 February 2022 at 18:41
Ağ ciyərə su yığılması arta bilərmi.Ölüm riski varmı?
Ege Hospital
1 March 2022 at 17:52
Salam. Bəli, arta bilər. Nadir hallarda ölüm riski var.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Lalə
28 February 2022 at 20:21
Salam. Agciyərdeki mayenin punksiyasi əməliyyatınin qiymətini öyrənə bilərəm?
Ege Hospital
1 March 2022 at 17:55
Salam. 051 207 44 77 nömrəsi ilə əlaqə saxlayın.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Lale
1 March 2022 at 10:51
Salam o ag ciyerde olan muayeni yigillar hemde ximya terapiya gebul edir qara ciyerde olan wiw parcalanib amma ag ciyer heleki yox birdeki o maye nece gune texmini yigilir bilmek isterdim tewekkurler
Ege Hospital
1 March 2022 at 17:58
Salam. Təkrar maye yığılma müddəti hər xəstədə individualdır.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Lale
27 March 2022 at 16:38
?
Xeyale
1 April 2022 at 02:49
salam hekim bu gun aniden sol terefde dos qefesi etrafinda agri emele gelib ve helede agriyir derin nefes alanda da agri verir ve uzananda sanki o nahiyede nese yana axir ve agri olur bu agciyer xesteliyi ola biler?
Ege Hospital
5 April 2022 at 11:25
Salam. Bəli, plevral bir probleminiz ola bilər, müayinəyə gəlin, araşdıraq.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Xeyale
1 April 2022 at 02:52
amma oskurek yoxdur usume var heraret 37.5 umumi halsizliq var
Lale
4 April 2022 at 16:15
Salam ag ciyerde xerceng awkar olduqdan sonra ximya terapiya qebul olundu hal hazirda dehwet kop yaranib o neden ola biler ne yeyilirse kop emele gelir
Ege Hospital
5 April 2022 at 11:22
Salam. Mən döş qəfəsi cərrahıyam, bu şikayətlərlə əlaqəli qastroenteroloqa (mədə-bağırsaq həkimi) müraciət edin.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Lale
11 April 2022 at 16:38
salam doktor bklmek isterdim kicik olculu ag ciyer xercengin mualicesi varmi yoxsa ancaq ximya terapi edilmelidi biz cvb gondersek baxib deye bilersinizmi?
Lale
11 April 2022 at 16:39
hal hazirda ximya gebul olunur amma ki bilmek isterdim tek onan bir xeyri olurmu yoxsa mualicede olunmalidi
Əhməd
13 April 2022 at 22:35
Salam həkim qəlyan içə alandada yəni sinəyə çəkəndədə ciyara su yığılır? Məlumat verərdizdə zəhmət olmasa
Ege Hospital
14 April 2022 at 16:59
Salam. Qəlyan ağciyər xərçənginin yaranma səbəblərindən biridir. Mayenin nəyə bağlı toplandığını araşdırmaq lazımdır.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Orxan051
16 April 2022 at 11:45
Salam həkim 3 ay bundan qabaq döş qəfəsində travma almisam tecili qabirga alti drenaj qosdular hal hazirda reski hereket edende tulananda qacanda qabirga alti agrilar müşahidə olunur rengen olmusam 2ci ayimda dedilerki quru pevritsen su yiglmayib dediler amma men qorxuram sonradan belke su yigilar ? Mualicesi uzunmu cekir quru plevritin??
Ege Hospital
20 April 2022 at 16:25
Salam. Plevraya maye toplanma ehtimalı travmalardan müəyyən müddət sonra da ola bilər. Qabırğa sınığınız olubsa, soyuq havada, ani hərəkətlərdə ara-ara ağrılarınız olacaq həmişə. Adətən, 6 aya qədər ağrılar çox zaman bitir.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Aybəniz
22 April 2022 at 22:42
Salam həkim. Mənim atamin ağciyərindən artıq 6 aydır ki su kəsilmir. İki dəfə əməliyyat olunub ciyərə toxunmamaqla təmizləmə prosesləri aparılmışdır. İkinci əməliyyatda qabirğa da çıxarıldı. Lakin su gəlməsi prosesi bitmir. Sutkaya 70-80 qram su gəlir drenajdan. Əməliyyatdan götürülən nümunələrdən analiz nəticəsi nekroz çıxmışdı. Xahiş edirəm cavablayardiz su kəsilməməsinin səbəbi nədir. Daha nə etmək lazımdır? 7 aydir ki drenajdır.
Ege Hospital
26 April 2022 at 13:46
Salam. Müayinəyə gətirin baxım, əgər plevrodezə uyğundursa, fayda görəcəksə, edərik.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Aybəniz
27 April 2022 at 22:35
Həkim plevrodeza araşdırmama görə orda yaranan boşluğun aradan qaldırılmasıdır deyə anladım. İki dəfə əməliyyat olunub qabırğa sındırmaqla həkimin dediyinə görə artıq orda yapışma prosesi olmalıdır. Siz hansı müayinə üsulu ilə biləcəksiz? Bu üsul üçün əməliyyat şərt deyilmi? Xahiş edirəm aydın şəkildə qeyd edəsiniz.
Ege Hospital
4 May 2022 at 17:47
Salam. Mümkünsə Ege Hospital poliklinikamıza müraciət edin, müayinə sonrası ətraflı məlumat verilir.
Uzman Dr. Nurlan Əlizadə, Torakal Cərrah
Gülmire
14 March 2023 at 11:57
Salam size kt .şeklini yollayiram mene rey vererdiz?
Ege Hospital
15 March 2023 at 12:11
Salam. Torakal cərrah Uzman Dr. Nurlan Əlizadənin həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
Tel: 1117,
012 599 1117,
050 299 1117,
051 207 4477.