Anesteziya nədir?

Anesteziya nədir?

9 July 2021 0
nakozun-yan-tesirleri.jpeg

Anesteziya sözünün mənası, “xəstənin ağrı hiss etməməsi” deməkdir. 

Anesteziya, xüsusilə, cərrahi müdaxilə zamanı və müdaxilədən sonra anestezioloq tərəfindən verilən dərmanların köməyi ilə xəstənin ağrı hiss etməməsi deməkdir.

Anesteziya növləri

3 növ anesteziya var.

Ümumi anesteziya

Ümumi anesteziya. Ümumi anesteziyada, xəstəni dərmanlarla tamamən yatızdırıb, aparata bağlayırıq. Xəstənin ağrı hiss etməməsini, əzələlərin tam boşalmasını və anesteziya altında edilən cərrahi əməliyyatı xatırlamamasını hədəfləyirik.

Regional anesteziya

İkinci növ regional anesteziyadır. Xüsusilə, bədənin bir hissəsində, məsələn, beldən aşağı, ya da tək qol, ya da tək ayağı verilən anesteziya maddələri ilə ağrısını kəsərək, xəstəmizlə danışaraq əməliyyatın davam etməsini təmin edirik.

Lokal anesteziya

Bir də “lokal anesteziya”mız var. Lokal anesteziya bədənin çox kiçik bir hissəsində verilən lokal anesteziya ilə xəstəni ağrı hiss etmədən prosedurun icra olunmasını təmin edirik.

Anesteziya kimlərə tətbiq oluna bilər?

Anesteziya bütün yaş qruplarında tətbiq olunan bir prosedurdur. Məsələn, buradakı ən kiçik xəstəmiz 2 saatlıq bir körpə idi. Saat 2-də körpəmizi anadan qeysəriyyə əməliyyatı ilə aldıq, 2 saat sonra körpəmizi əməliyyata qəbul etdik.

Hər yaşa, 100 yaşa kimi tətbiq oluna bilən bir prosedurdur.

Anesteziyadan qorxmalıyıqmı?

Düzdür, anesteziya haqlı olaraq insanların ən çox qorxduğu şeydir. Çünki bilir ki, əməliyyata gedəndə “Cərrah məni əməliyyat edəcək və s.” Ancaq anesteziya ilə bağlı nə olacağını bilmir. Çünki həqiqətən də, böyük bir boşluqdur anesteziya. Ancaq anesteziyada son illər, həqiqətən, yaxşı dərmanlarımız var. Xəstəmizin çəkisinə uyğun, ürəyinə uyğun və yaşına uyğun dozalarla xəstəliyimizi yatızdırırıq.

Anesteziyanın yan təsirləri varmı?

Hər şeyin bir ağırlaşması var, hər şeyin yan təsirləri ola bilər. Ancaq anesteziyadan sonra hirslənmək, “anesteziya mənim əsəbilərimi korladı” və ya “anesteziyadan sonra qusmadım, oyana bilmədim” deyə bir şey yoxdur. Bunların hamısı xurafatlardır. 

Biz, onsuz da, xəstələrimizi tamamilə ayıldıqdan sonra, verdiyimiz dərmanlarla normal halda xəstəmizi palataya köçürürük. Əgər normal halda deyilsə, onsuz da, xəstələrimizi yuxarıda müşahidə edirik. 

Anesteziya əsəbləşməyə səbəb olmur, anesteziya qusmaqla xaric edilmir… Verdiyimiz dərmanlar ya böyrəklərlə, ya da ağciyərlər yolu ilə xaric olur və sonradan xəstəyə təsir göstərmir.

Anesteziyaya hazırlıq

Cərrahlar anesteziya ediləcək xəstələri bizə göndərirlər. Biz və komandamız xəstəmizin ürəyinə, ağciyərlərinə, ümumi qan analizinə baxırıq. Əgər hər şey normaldırsa, razılıq veririk. Ancaq xəstənin əlavə bir xəstəliyi varsa – diabeti varsa, təzyiqi varsa və ya ürəyində problemi varsa, o sahənin mütəxəssisi həmkarlarımızla məsləhətləşərək xəstələrimizi ən uyğun şəkildə əməliyyata hazırlayırıq.

Anesteziya nə qədər çəkir?

Anesteziya 1 saat da çəkə bilər, 10 saat da çəkə bilər, 15 saat da çəkə bilər. Əməliyyat davam etdikcə anesteziyamızı verməyə davam edirik. 

Ümumiyyətlə, verdiyimiz anesteziya qaz olur, davamlı qaz istifadə edirik. Cərrahi prosedur bitdikdən sonra biz dərman verməyi dayandırırıq və verdiyimiz dərmanlarla xəstəmizi oyandırırıq. 

Yəni 1 saatlıq anesteziya da ola bilər, 15 saatlıq da olur, 20 saatlıq da olur, amma xəstərimiz, onsuz da, böyrək və ağciyər yolu ilə dərmanları bədənindən xaric edir, oyanır və xəstəmizi palataya veririk.

Uşaqlara daha yüngül anesteziya veririk

Kiçik uşaqlarda, xüsusilə də, sünnət və ya yırtıq kimi əməliyyatlar çox olur. Bunlarda biz bir az yüngül anesteziya veririk. Yəni xəstəyə yenə eyni şəkildə ümumi anesteziya veririk, ancaq bir az daha yüngül veririk, xəstəni aparata bağlayırıq.

Analar, xüsusilə də, uşaqlarını anesteziyaya verərkən çox qorxurlar. Mən həmişə deyirəm: “Sizin körpələriniz artıq mənim körpələrimdir, bizim körpələrimizdir”. Və əmin olun xəstəxanamız, onsuz da, bizim alətlərimiz, dərmanlarımız ən son texnologiya ilə təchiz olunub. Və biz körpələrimizin çəkisinə, yaşına görə, ya da ediləcək cərrahi prosedura görə uşaqlarimıza hesablayıb dozanı elə veririk. Və uşaqlarımızı, onsuz da, öz qucağımızda oyadıb və analarımıza bu şəkildə təhvil veririk.

Uzman Dr.Başak Asıliskender, Anestezioloq-reanimatoloq


Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!