İstərsə uşaqlarda, istərsə də böyüklərdə bu problem sıx görülən bir problemdir. Eşitmə problemi olan xəstələrə biz mütləq birinci növbədə qulağı, qulaq yolunu və qulaq pərdəsini müayinə edirik.
Çünki qulaq yolunun qulaq çirki ilə tıxanması nəticəsində olur eşitmədə problem. Ancaq xroniki qulaq xəstəliklərində, qulaq infeksiyalarından sonra da qulaq pərdəsində dəliklər, orta qulağın problemlərinə görə də eşitmədə azalma xəstələrdə olur.
Belə bir xəstələrin müalicəsi cərrahidir.
Qulaq pərdəsini bəzən yerli keyitmə ilə ofisdə, bəzən də əməliyyatxanada əməliyyatla müalicə edirik.
Eşitmə cihazları
Xəstələrin bir hissəsində isə daxili qulaq dediyimiz yerdə problemlər olduğu üçün onların müalicəsi əməliyyatdan çox eşitmə cihazlarıdır.
Sadəcə yaşlılarda olmur. Cavanlarda da, uşaqlarda da irsi və başqa səbəblərdən dolayı bu eşitmə problemləri ola bilər. Onları da biz testlə müəyyən edirik bu eşitmədə problem orta qulağındanmı qaynaqlanır, yoxsa daxili qulaqda problem var?
Çox irəli dərəcədə eşitmə azalması varsa xəstədə, bəzən eşitmə cihazları da onlara faydalı olmur. Belə xəstələrdə biz əməliyyatla daxili qulaqlarına implant, “koxlear implant” dediyimiz cihazı yerləşdiririk. O da bir eşitmə cihazıdır. Ancaq normalda öyrəşdiyimiz eşitmə cihazlarından daha güclüdür. Birbaşa daxili qulağımıza siqnalları verir və bu şəkildə eşitmə azlığı olan xəstələrin cərrahi müalicəsi mümkündür.
Bəzən müayinədə heç bir problem olmadan xəstələr anidən əmələ gələn bir eşitmədə azalma ilə gəlirlər. Bunları da eşitmə testi ilə biz dərəcəsini yoxlayırıq. Bu xəstələr ilk günlərdə dərman preparatları ilə, hormonal preparatlar və s. dərmanlarla onlara təcili bir müalicəyə başlayırıq və bəzi hallarda onların eşitməsini qurtarmaq şansımız olur.
Əsas mürəkkəb olan məsələ budur ki, uşaqlar öz fikrini ifadə edə bilmirlər. Məsəl üçün, hər hansı bir narahatçılıq olduqda da uşaq “Qarnım ağrıyır” deyə bilir, həqiqətən, əməliyyatlıq bir problem olduğu zaman da uşaq “Qarnım ağrıyır” deyə bilir və yaxud da böyrək daşı olduğu zaman da uşaq “Qarnım ağrayır” deyə bilir.
Qarın ağrısının tərifi çox mürəkkəbdir uşaqlarda.
Uşaqlarda qarın ağrısının səbəbləri?
Qarın ağrısının uşaqlarda bir çox səbəbi var. Əsas səbəb bağırsaqlardan qaynaqlanan səbəblərdir. Bunlar da daha çox cərrahi və cərrahi olmayan xəstəliklərin əmələ gətirdiyi qarın ağrısıdır. Qarın ağrısı, əslində bir xəstəlik deyildir, xəstəliyin bir təzahürüdür, yəni simptomudur.
Qarın ağrısının ən çox cərrahi səbəbi uşaqda appendisitdir. Yəni xalq arasında dediyimiz “kor bağırsağın” iltihabı. Bu, cərrahi olaraq bizim ən çox əməliyyatla sağaltdığımız qarın ağrısı səbəbidir.
Bir də cərrahi olmadan, yəni konservativ dərman müalicəsi ilə və yaxud da davranış müalicəsi ilə müalicə etdiyimiz qarın ağrısının ən çox səbəbi isə qəbizlikdir. Uşaqlarda qəbizlik özlüyündə bir qarın ağrısı səbəbidir və digər cərrahi xəstəliklərlə də qarışdırıla bilər. Bunu ayırmaq da bir təcrübə tələb edir. Eyni zamanda, sidik yollarının infeksiyası, sidik yollarında daş kimi problemlər də qarın ağrısı ilə özünü büruzə verə bilər.
Qız uşaqlarında yumurtalıqlardan əmələ gələn xəstəliklər: yumurtalığın kisti və yaxud da yumurtalığın özünün oxu ətrafında dönməsi buna yumurtalıq torsiyası (over torsiyası) deyirik. Bu da qarın ağrısına səbəb ola bilir.
Və yaxud da gənc qızlarda endometriumun xəstəlikləri və yaxud da infeksioz xəstəliklər də qarın ağrısına səbəb ola bilər.
Qarın ağrısın səbəbi mütləq araşdırılmalıdır
Qarın ağrısını yaş qrupuna görə qiymətləndirsək 9 aylıq, 1 yaşında, 2 yaşında uşaqlarda qarın ağrısı, qusma simptomları varsa, “bağırsağın iç-içə girməsi” dediyimiz, “bağırsaq taxanıqlığı, düyümlənməsi” dediyimiz, invaginasiya xəstəliyindən şübhələnmək lazımdır.
Yəni qarın ağrısı mütləq həkimin görməsi, uşaq həkiminin görməli olduğu bir simptomdur və bunu çox ciddi qəbul etməliyik. Yəni uşaqda bir qarın ağrısı varsa, əgər ailə onda, keçici bir qarın ağrısı olduğunu düşünsə belə, mütləq onu həkimi ilə məsləhətləşməlidir ki, altından gecikmiş səbəblər çıxmasın. Məsəl üçün, sidik yollarının infeksiyası dediyim kimi qarın ağrısı səbəbi ola bilər. Amma mütləq bunu bir sidik analizi ilə olub-olmadığını yoxlamaq lazımdır. Və yaxud da uşaq deyirsə ki, “Mənim göbəyimin ətrafında bir ağrı var”, “Keçər, bunu sabah həkimə aparım” deyə düşünərsək o, appendisitin başlanğıc ağrısı olub və gecə appendisitin partlamasına səbəb ola bilər ki, bu da gecikdirilmiş bir diaqnozla həkimə gəlmə səbəbi ola bilər.
Ona görə uşaqlarda qarın ağrısı mütləq diqqətə alınması lazımdır. Qarın ağrısı ilə yanaşı gedən simptomlar da mütləq diqqətə alınması gərəkdir. Məsəl üçün, qusma qarın ağrısı ilə ən çox yanaşı gedən simptomdur. Çünki qarın ağrısı nədir? Qarın içində periton təbəqəsinin iltihabı nəticəsində və yaxud da qıcıqlanması nəticəsində əmələ gəlir və onun qıcıqlanması ikincili olaraq qusmaya səbəb ola bilər.
Qusma da ödlü qusma və yaxud da ödsüz qusma şəklində ola bilir. Bu da bağırsaq tıxanıqlığının hansı səviyyədə olduğu haqqında bizə təxmini məlumat verə bilir. Yəni bağırsaq tıxanıqlığı da öz-özlüyündə qarın ağrısına səbəb ola bilər.
Yetişkin insanlarda daha çox görülən, uşaqlarda daha az görülən, amma yenə də görülən qarın ağrısının səbəblərindən biri də “mədənin dəlinməsi” dediyimiz mədə perforasiyasıdır ki, bu da qarın ağrısına, şiddətli qarın ağrısına səbəb ola bilər. Daha çox 14-15 yaşlı, yəni yetkinlik yaşına çatmış və onun üzəri yaş qrupunda olan pasiyentlərdə biz görürük mədə dəlinməsini, amma çox nadirdir uşaqlarda. Yəni, daha çox böyüklərdə olan şeydir. Amma ağlın bir kənarında tutmaq lazımdır. Yəni öd kisəsindən qaynaqlanan problemlər, öd daşı xəstəliyi və yaxud da kəskin xolesistit dediyimiz öd kisəsinin öz iltihabı və yaxud da öd yollarına daş düşməsi də qarın ağrısı, qusma kimi simptomlarla özünü büruzə verə bilər.
Sidik daşı xəstəliyi böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir.
Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Bir az endemik xarakteri də vardır. Azərbaycanın müəyyən bölgələrində, məsələn, Şəkidə, Gəncədə, Lənkəranda daha geniş rast gəlinir.
Risk faktorları nələrdir?
Sidik daşı xəstəliyinin müxtəlif risk faktorları vardır. Bunlara piylənmə, az maye qəbulu, az hərəkətlilik, müxtəlif böyrəyin anomaliyaları zamanı rast gəlinir. Müəyyən hormonal xəstəliklər zamanı, məsələn, qalxanabənzər ətraf vəzləri xəstəliklərində, D vitamini çatışmazlığı zamanı, isti iqlimdə yaşayan insanlarda daha sıx rast gəlinir. Risk faktorları bunlardır əsas.
Hansı növləri var?
Müxtəlif təsnifatları vardır. Biz burada, əsasən, iki qrupa: tərkibində kalsium olan və olmayan daşlar.
Kalsium olan daşların nisbətən sərt daşlar sayılır. Kalsium oksalat, kalsium fosfat daşları bunlara misal göstərmək olar.
Tərkibində kalsium olmayan daşlar: ksantin ola bilər, sistin daşları, ən sıx sidik turşusu daşları var… Misal göstərmək olar bunları.
Əlamətləri nələdir?
Sidik daş xəstəliyinin yerləşdiyi yerə uyğun olaraq müxtəlif əlamətləri, şikayətləri ola bilər. Bunlara ağrıları göstərmək olar. Ağrılar da daşın yerləşdiyi yerinə görə dəyişir. Böyrəyə yaxındırsa, ancaq böyrəklə bağlı, xüsusən, sancılar ola bilər, küt ağrılar ola bilir. Sidik axarının aşağı 1/3-ə doğru yerini dəyişəndə həm böyrəkdə şikayətlər verir, həm də sidiklə bağlı. Məsələn, xəstə deyir ki: “Damcı-damcı sidiyə gedirəm.” “Sidiyə gedə bilmirəm” kimi yalançı bir şikayətləri olur. Halbuki, xəstələrin sidik kisəsi boş olub, sidik olmur. Sonra da ürəkbulanma, qusma ola bilər, infeksiyalaşarsa, qızdırma, üşütmə, titrəmələri ola bilər.
Hansı xəstəliklərdən fərqləndirmək lazımdır?
Buna tibbi olaraq differensial diaqnostika deyirik. Yəni hansısa bir xəstəliklərdən fərqləndirmək lazımdır. Burada ən sıx rastlaşdığımız həkim olaraq bel radikuliti dediyimiz sinir əzələ ağrısı, bel ağrıları ilə xəstələr daha çox bizə müraciət edir. Bunların bir çoxunu hətta xəstədən anamnez toplamaqla belə fərqləndirə bilirik ki, burada daha çox nevroloji, sinir əzələ ağrısıdır. Bununla yanaşı appendisit ola bilər, xolestit ola bilər, mədəaltı vəzin iltihabı xəstəlikləri ola bilər. Bunlardan ayırd etmək lazımdır.
Sidik daşı xəstəliyinin diaqnostikası və müalicəsi
Xəstədən ilkin olaraq ultrasəs müayinəsi, sidiyin ümumi analizi, bir də qanda kreatinə baxırıq. Daha sonra ehtiyac olarsa, kompüter tomoqrafiyadan keçirməklə daşın dəqiq yerini, sıxlığını təyin edib, sayını təyin edib, ona uyğun “Müalicəmi, əməliyyatmı?” təyin olunur.
Müalicə üsullarını iki qrupa ümumilikdə bölmək olar: konservativ və cərrahi müalicə üsulları.
Konservativ müalicə üsullarını daha çox böyrək daxilində ya da ki, kanala düşmüş daşlarda daşın düşməsi üçün təyin edilən müalicələrdir. Burada, xüsusilə, sidik kisəsində olan daşları ətraflı, daha geniş araşdırmağa ehtiyac var. Çünki sidik kisəsində daha çox əgər daş əmələ gəlirsə, bu bizə ilkin olaraq xəstənin sidik ifrazında bir problemi olduğu qənaətinə gəlirik. Xüsusən də, kişilərdə ətraflı olaraq prostat vəzi adenomasını araşdırırıq. Qadınlarda isə bir “Ginekoloji bir əməliyyat keçiribmi-keçirməyibmi?” aydınlaşdırıb ona uyğun bir müalicə təyin edirik.
Sidik daşı xəstəliyində əməliyyat növləri
Müxtəlif əməliyyat növləri vardır. Birincisi, daşqırma əməliyyatı dediyimiz DZDL – Distansion Zərbə-Dalğalı Litotripsiya əməliyyatı. Bu daha çox yumşaq daşlarda təyin olunur. İkinci, URSdediyimiz sidik axarı daşlarında kanaldan endoskopik alətlə girib axarda daşı qırma üsuludur. Üçüncü, fleksibl URS dediyimiz, yəni əyilə bilən bir alətlə böyrək içində daşları qırmaqdır. Sonra da perkutan nefrolitotripsiya dediyimiz dəridən böyrək içərisində yerləşdirilən bir borudan endoskopik yeyilərək daşların qırılıb xaric edilməsi üsuludur. Bu üsulların hərəsinin özünün müsbətləri, mənfiləri vardır. Daha geniş mövzular göstərişləri vardır.
Sidik daşı xəstəliyinin ağırlaşmaları
Müalicə olunmazsa, burada ən sıx rastlaşdığımız sidik yolu infeksiyalarıdır və bununla bağlı ağırlaşmalardır. Məsələn, sidikdə infeksiyalaşır, bu infeksiyalaşma kəskinləşir, irinləmə, hətta böyrəyin çıxmasına kimi gətirib çıxara bilər.
Pivə içmək daşın əmələ gəlməsini azaldırmı?
Pivə… Bu fikir birinci hardan gəlib, o barədə bir-iki cümlə deyim, düşünürəm. Pivə içməklə bir müddət sonra xəstələrdə sidik ifrazı yaranır, tez-tez sidiyə getmə yaranır və bu fikirdən dolayı düşünürlər ki, bu tez-tez getmə bədəndəki duzları atır, daşların da düşməsinə səbəb olur. Amma burada qaçırdığımız başqa bir nöqtə var: uzunmüddətli pivə içmək, birinci, tibbi olaraq dehidratasiya dediyimiz bədənin susuzlaşmasına səbəb olur, ikinci də ki, piylənməyə gətirib çıxarır. Bu iki faktorun hər ikisi gələcəkdə daşın əmələgəlmə ehtimalını artıran faktorlardandır. Daha sonra pivənin tərkibində mayepurindeyilən maddə var, onun əmələ gəlməsinə səbəb olur. Bu purin də böyrəyimizdə daşın əmələ gəlməsini əngəlləyən sitrat dediyimiz maddənin azalmasına gətirib çıxarır. Bu da son nəticədə daşın əmələgəlmə ehtimalını artırır. Ona görə pivə tövsiyə etmirik.
Eyni miqdarda içdiyimiz maye ilə eyni miqdarda içdiyimiz pivənin tibbi olaraq ciddi bir fərqi yoxdur. Yəni bunu xəstələrimizin bilməsini istəyirik.
Bol maye qəbul etməyi tövsiyə edirik xəstəyə. Gündəlik 2-3 litr. Daha dəqiqi 2-2.5 litr yarım sidik xarici olacaq şəkildə bir maye qəbul etmək tövsiyə edirik.
İkinci, arıqlamaq, amma həkim nəzarətində arıqlamaq. Çünki kontrolsuz arıqlamaq qidada zülalın azaldılması ilə olan bir pəhriz gələcəkdə tam tərsinə daşın əmələ gəlməsi ehtimalını artıra bilir.
Planımızda olan daş poliklinikası dediyim bir poliklinika yaratmağı düşünürük. Orada endokrinoloq, dietoloq, nefroloq və uroloqun nəzarətində xəstə ətraflı araşdırılır. Daş analizləri verilir, müəyyən qan analizləri var və 24 saatlıq sidiyə baxıb ona uyğun müəyyən tövsiyələr verilir.
Asılılıq xroniki bir xəstəlikdir. Asılılıq günümüzdə gedərək artmaqdadır. Hal-hazırda Azərbaycanda bu yöndə narkotik maddə istifadəsi olsun, qumar asılılığı olsun, ciddi miqdarda artış var.
Asılılığın xroniki olması nə deməkdir? Əslində asılı olan insanlar narkotik maddə və ya qumar oynama davranışından uzaq qala bilərlər. Ancaq bu insanlar bu davranışdan uzaq qaldıqca sağlam olurlar. Təkrar eyni davranışları və təkrar eyni narkotik maddəni istifadə etdikləri zaman yenidən xəstəlikləri aktiv olur.
Ailələr nə etməlidir?
Burada ailələr nə etməlidir? Ailələr narkotik maddə ilə əlaqəli mövzuda çox narahat və eyni zamanda çarəsiz qalırlar. Bu çarəsizlikləri eyni zamanda da xəstəyə necə davranacaqlarını bilmədiklərindən olur. Asılı olan xəstələrin mütləq şəkildə müalicəsi şərtdir. Çünki mütəxəssis tərəfindən müalicə edilməlidir. Ailələr çox vaxt bu yöndə özləri müalicə etməyə çalışırlar və ya töhmət və ya şiddət növləri ilə bu vasitədən uzaqlaşdırmağa çalışırlar. Ancaq ailələrin unutmamalı olduqları şey asılılığın bir xroniki beyin xəstəliyi olduğudur. Necə ki, digər: təzyiq, şəkər xəstəliyində insanlar həkimə müraciət edirsə, asılı olan insanlar da bu yöndə mütəxəssisə müraciət etməlidir.
Asılılığın ambulator və stasionar müəlicəsi
Asılılığın həm ambulator, həm də stasionar yöndə müalicəsi vardır. Ambulator şəraitdə, təbii ki, xəstələr yazılan müalicəni və verilən tapşırığı yerinə yetirərsə, ambulator vəziyyətdə bu asılılıq müddətində düzəlmə olur. Ancaq bunu edə bilməyən xəstələr narkotik maddə istifadəsi intensivdirsə, gedərək artan miqdarlarda narkotik maddə istifadə edirsə və uzunmüddətli narkotik maddə istifadəsi varsa, narkotik maddə istifadəsinə bağlı fiziki və ya psixoloji problemlər yaranıbsa, bu psixoloji problemlər içərisində paranoya ola bilər, digər depressiya ola bilər və digər psixiatrik pozuntular ola bilər və eyni zamanda ambulator şəraitdə müalicəsini davam etdirə bilməyən xəstələr mütləq şəkildə stasionar vəziyyətdə müalicə almalıdır.
Asılılıq xəstəliyində müalicədə eyni zamanda dərman preparatları və psixoterapiya mütləqdir. Və xəstənin o mühitdən uzaqlaşması mütləqdir.
Vaginizmli qadınlarda cinsi əlaqə qorxusu olub, yayğın olaraq görülən, lakin dilə gətirilməyə çəkinilən bir xəstəlikdir. Bu xəstəliyin təməlində bir qadının cinsi əlaqəyə girməsində qorxu durur və buna əsasən orqanlardan uşaqlıq yolu əzələlərinin qeyri adi qeyri-iradi bir şəkildə yığılması müşahidə edilir.
Vaginizmli qadınlarda bu proses nə zaman ortaya çıxır?
Əsasən ilk cinsi təcrübələrində və ilk cinsi həyatlarında, ilk toy gecəsində özünü büruzə verir. Qadın qeyri-iradi bir şəkildə özünün əlində olmadan ayaqlarını sıxca bağlayır, özünün ifadə etdiyi bu şəkildə olur: “Sanki uşaqlıq yolunda bir divar varmış kimi, orada bir sədd varmış kimi” bu da heç bir şəkildə cinsi əlaqəyə imkan vermir.
Vaginizm xəstəliyinə sadəcə uşaqlıq yolu əzələlərinin yığılması deyil, eyni zamanda bel, qarın, üz əzələlərin yığılması da müşayiət edir. Və hətta bəzi qadınlarda huşun getməsinə qədər belə gətirib çıxarda bilir.
Birincili və ikincili vaginizm
Vaginizm xəsətliyi iki qrupa ayrılır: Birincili vaginizm və ikinci vaginizm.
Bizim əsasən qarşımıza çıxan birinci vaginizm xəstəliyidir. Bu qadınların ilk cinsi təcrübələrində ortaya çıxır, bu zaman büruzə verir özünü.
İkincili vaginizm isə daha az görsənən bir xəstəlikdir, xəstəliyin formasıdır. Bu hansı qadınlarda görsənir? Əsasən kobud doğum hekayəsi olanlarda, çətin, travmatik bir doğum keçirmiş olanlarda və ya kobud bir ginekoloji müayinə keçirənlərdə, kobud bir abort proseduru olan qadınlarda uşaqlıq yolu ilə əlaqədar çox pis xatirələri olduğu üçün onlar cinsi əlaqədən soyuyurlar və heç bir şəkildə cinsi əlaqəyə icazə vermirlər.
Bəs vaginizm xəstəliyin səbəbi nədir? Bunun təməlində nə yatır?
Bu iki qrupa ayrılır səbəblərinə görə: psixoloji səbəblər və orqana bağlı, orqan anomaliyasına bağlı olan səbəblər.
Psixoloji faktorlar səbəbilə vaginizm
Bizim daha çox qarşımıza çıxan psixoloji faktorlar vaginizmdir. Bunun da birinci sırada ən çox gələn daha çox basqın, daha çox sıxıcı bir ailədə böyüyən qızlarda, ailə tərbiyəsinin çox daha ağır olduğu olan bir ailələrdə müşahidə edirik. Hansı ki, bu qız uşaqlarına: ayaqlarını bağla, yubkanı aşağı çək, kişi cinslərindən uzaq ol onlar sənə zərər verirlər. Və tabu ki, öz həyat yoldaşı ilə qarşılaşdığını, cinsi münasibət yaşadığında o onun həyat yoldaşı olmasına baxmayaraq özlərini cinsəllikdən qoruyurlar.
İkinci qrup qadınlarda onlar toy gecəsi ilə əlaqəli çox yanlışinformasiya almış olur. Hansı ki: “İlk gecə zamanı qızlıq pərdəsi çox qanayacaq. Ağrın olacaqdır. Səni xəstəxanaya aparacaqlar.” Bunlar da onun şüur altında qalır və ta ki, öz toyu olana qədər. Və ilk toy gecəsində heç bir şəkildə cinsi əlaqəyə imkan vermirlər.
Üçüncü qrup isə çox rastlaşmadığımız amma daha çox təcavüz, zorlama, sataşmalarla həyatında belə bir anlar olan qadınlarda gördüyümüz qrupdur ki, bunlarda da vaginizm xəstəliyi müəyyən bir yaşdan sonra özünü göstərməyə başlayır.
Orqana bağlı səbəblə vaginizm
İkinci səbəbi isə orqana bağlı anomaliyası olanlarda, patologiyası olanlarda görürük vaginizm xəstəliyini. Bunlarda qızlıq pərdəsinə bağlı əsas problemlər olur. Qızlıq pərdəsinin tam bütöv olması və ya yüksək kənarda olması, çox qalın və sərt olması və ya uşaqlıq yolunun içərisində arakəsmələrinin olması da cinsi əlaqəyə icazə vermir və bu özünü ağırlı bir cinsi əlaqə ilə yenə vaginizm xəstəliyi ilə özünü göstərir.
Vaginizmin müalicəsi
“Vaginizm xəstəliyinin müalicəsi varmı?” deyə bizə çox suallar gəlir. Əlbəttə vaginizm xəstəliyin müalicəsi var. 100 faizə yaxın qalıcı bir müalicəsi var. Və düzgün müalicə olunan qadınlarda vaginizm xəstəliyi təkrarlanmaz. Bu xəstəliyin müalicəsinin əsasında uşaqlıq yolu ilə beyin arasında olan o istəmsiz, yəni qeyri-iradi olan siqnal ötürmələrin kontrol altına alınmasıdır. Və bizim də bir qadın həkim olaraq bizə düşən vəzifə burada uşaqlıq yolu əzələlərinə “yeni bir yaddaş yüklənməsi”, yeni bir vərdiş öyrədilməsidir ki, biz də bunu edirik.
Vaginizm cütlüyün ortaq problemidir
Adətən müalicəyə cütlüklər şəklində mütləq: partnyorla bərabər, nişanlısı ilə, həyat yoldaşı ilə bərabər çağırırıq. İkisi ilə bərabər evə məşğələlər veririk, psixoloji seanslar keçiririk və bunlara riayət edən bütün xəstələrimizdə sağalma tamamilə özünü göstərir.
Bizə gəlməzdən əvvəl vaginizmli qadınlar bir neçə kəs təkrarlayır, cəhdlər edir. Çünki ailələri tərəfindən və ya bu xəstəlikdən xəbər tutan yaxınları: “Əgər siz bu əlaqəni dəfələrlə təkrarlasanız sağalarsınız” deyə bir yanlış bilgiləndirmə olur.
Burada söyləmək istəyirəm, bu sadəcə bizim üçün zaman itkisidir. Çünki vaginizm xəstəliyinin təməlini biz bildiyimiz üçün, səbəbini bildiyimiz üçün özünüzün bunun öhtəsindən gəlməsi bir az çətin olur. Mütləq bir mütəxəssisdən dəstəyə ehtiyacınız var.
Vaginizm zamanı cərrahi müdaxilə
Başqa bir qrup qızlıq pərdəsinin cərrahi olaraq götürülməsini, çıxarılmasını və ya çərtilməsini məsləhət görürlər. Bu da ən böyük səhvlərdən biridir. Çünki bunun təməlində qızlıq zarında əgər anatomik olaraq bir problem yoxdursa, bizim problemimiz qızlıq zarının qalın, yüksək və ya çərtilməsində deyil, beynimizlə uşaqlıq yolu arasında olduğu üçün bu da çox səhv bir müalicədir.
Vaginizm və sakitləşdirici dərmanlar
Başqa bir qrup isə sakitləşdirici dərmanlar içə bilərsən və ya alkoqol istifadə edə bilərsən. Hətta bunu önərən pasiyentlərimiz də olub: “Sedasiya altında bir əlaqə olarsa vaginizm xəstəliyi düzələrmi?”
Xeyr, heç bir şəkildə düzəlməz. Çünki vaginizm psixoloji bir qaynaqlı xəstəlik olduğu üçün sedasiya sonrası qadın özünə gəldiyində həqiqətləri xatırladığında bu yenidən təkrarlanacaqdır.
Vaginizmli qadınlara səslənmək istəyirəm: Çarəsiz deyilsiniz, çarə Sizsiniz! Bu xəstəliyin müalicəsi var. Önəmli olan düzgün mütəxəssisə müraciət etməyiniz.
Mədə balonu silikondan hazırlanmış, içi hava və yaxud damaye ilə doldurmuş bir balondur.
Mədə balonu piylənmədən əziyyət çəkən və yaxud da piylənmənin yaratdığı fəsadlardan əziyyət çəkən, daha əvvəl idman və yaxud da pəhriz proqramlarından nəticə almamış pasiyentlər üçünən ideal üsuldur.
Kimlərə mədə balonu taxmaq olar?
Mədə balonu üzərində ən azı 15-20 kiloqram artıq çəkisi olan pasiyentlərə və yaxud da mədə kiçiltmə əməliyyatına göstərişi olub mədə kiçiltmə əməliyyatı olmaq istəməyən və yaxud da bu əməliyyatın riskli olduğu pasiyentlərə tətbiq etdiyimiz üsuldur.
Mədə balonu ilə nə qədər çəki itirmək olar?
Mədə balonu istəyən pasiyentlər əvvəlcə tərəfimizə müraciət edir. Biz xəstələrimizi müayinə edirik. Əgər müayinə sırasında pasiyentimizin mədə balonuna uyğun olduğunu görürüksə, mədə balonuna göstəriş olduğunu görsək, endoskopik bir üsulla mədə balonunu mədəyə yerləşdiririk. Əməliyyatsız bir üsul olduğu üçün, bundan başqa qalıcı izlər buraxmadığı üçün, xəstəxanaya yatışı tələb etmədiyi üçün və təkrar-təkrar icra oluna biləcəyi üçün pasiyentlər tərəfindən üstünlük təşkil edir.
Mədə balonu ilə təxmini olaraq 15-25 kq pasiyentlərimiz arıqlaya bilər. Mədə balolununu biz 10-15 dəqiqəlik prosedurla taxırıq. Pasiyentimiz prosedurun ardından 1 saat bizim nəzarətimiz altında qaldıqdan sonra evə yola salırıq. Pasiyentlərimiz istəsə eyni gün və yaxud da bir gün sonra öz normal həyatlarına dönərək işlərinə davam edə bilərlər.
Mədə balonu necə təsir göstərir?
Mədə balonunun təsir mexanizmasını üç qrupa bölə bilərik:
Birinci, mədə balonu bildiyimiz kimi mədədə mədənin həcmini azaldaraq restriktiv funksiya yerinə yetirir. Yəni bizim mədəmizin həcmi təxmini olaraq 1.2 litrdir. Biz mədə balonu proseduru zamanı mədənin həcmini gördükdən sonra təxmini olaraq bu həcmin yarısı qədər mədə balonunu şişiririk. Buradakı ən vacib nöqtə ondan ibarətdir ki, əgər mədə həcminin yarısından daha çox şişirilərsə, bu bizim pasiyentlərdə daha çox ağrı, daha çox diskomfort və bulantı kimi şikayətlər yarada bilər. Və tərsi olaraq əgər mədə balonu mədə həcmindən daha az şişirilərsə, o zaman pasiyentlərimiz istədiyi çəkiyə çatmaya bilərlər.
Mədə balonun ikinci funksiyası bizdə daha uzunmüddətli toxluq hissi yaradır. Bu toxluq hissi mədə balonun mədədə daim şiş qalaraq mədə divarında olan Baro reseptorları vasitəsilə beyinə siqnal göndərərək toxluq hissi yaradır.
Üçüncü funksiyası isə özəlliklə, bunlar mayeli mədə balonlarında daha çox görülən qidanın və mayenin mədədən bağırsaqlara keçişini azaldaraq pasiyentimizə əlavə olaraq arıqlamaqlarına köməklik göstərir.
Mədə balonu mədədə qaldığı müddətdə yemə vərdişi yaradır. Bu yemə vərdişini mədə balonunu çıxartdıqdan sonra pasiyentlərimiz əgər davam etsələr, itirdikləri çəkiləri qoruyub saxlayacaqlar, hətta çəki itirməyə davam edəcəklər.
Mədə balonu taxılmadan əvvəl mədə yoxlanılırmı?
Əlbəttə, mədə balunu taxılmadan əvvəl biz qastoskapiya dediyimiz üsulla mədə, qida borusu və onikibarmaq bağırsağı ətraflı olaraq müayinə edirik. Bu müayinə sırasında əgər mədə balonunu taxmamıza bir əngəl olan geniş mədə yırtığı, qida borusunda və yaxud da mədədə xoralar, qastrit, ezofagit və yaxud da onikibarmaq bağırsaqda bizim mədə balonunu taxmamıza əngəl olan hər hansı bir vəziyyət varsa, biz bu zamanmədə balonu taxmırıq. Əvvəlcə mədəni təxmini olaraq 4-6 həftə müalicə edirik. Müalicənin ardından mədəni təkrar dəyərləndiririk. Əgər mədəmiz normal hala dönübsə, mədə balonu taxırıq.
Mədə balonunun çıxarılması necədir?
Mədə balonunun çıxarılması yenə mədə balonu taxılması kimi endoskopik bir üsulla icra olunur. Təxminən olaraq 10 dəqiqə çəkir və mədə balonu çıxarıldıqdan həmən sonra xəstəmiz normal həyatına dönə bilir.
Sonsuzluqdan əziyyət çəkən 40 yaşlı qadın süni mayalanma ilə hamilə qaldı.
Ananın istəyi ilə ailə riskləri gözə alaraq 3 uşağı da dünyaya gətirməyi seçdi. Hamiləlik 34-cü həftəsini tamamladı və hər üç uşaq 2 kg-dan artıq çəki ilə sağlam bir şəkildə dünyaya gəldi. Bu çətin amma sonu sevincli yolu keçməyində ailənin yanında olan komandamıza təşəkkür edir, körpələrə xoşbəxtlik arzulayırıq!
Revmatizmal xəstəliyi olan insanlar çox zaman müraciət etdikdə bizə deyirlər “Doktor, revmatizmal xəstəliklər bildiyiniz kimi yaz-payız aylarında daha çox aktivləşir və bu dövrdə biz dərmanları qəbul edirik”. Yaxud da öncədən alışdıqları kimi “kurs” şəklində müalicə qəbul edirlər. Amma insanlarımızın, xəstələrimizin nəzərinə çatdırmaq istəyirəm ki, revmatizmal xəstəliklər mövsüm xarakteri daşımırlar.
Yəni revmatizmal xəstəliklərin 220-yə yaxın növləri var ki, onlar istər payızda, istər yayda, istər yazda aktiv bir halda ola bilirlər. Yəni rematoid artrit dediyimiz insanlar arasında daha çox yayılan və “poliartrit” deyə bilinən xəstəlik istər istər yaz, istər payız, istər qışda fərqi yoxdur hər dövrdə aktivləşə bilər.
Bu xəstəlik hər iki, üst və alt ətraf oynaqlarda, oynaqların ağrılı, şişliyi şəklində müşahidə olunur, deformasiyalarla müşahidə olunur.
Xəstələr yay mövsümündə dərmanlarını çox zaman kəsirlər, qəbul etmirlər. Bu isə xəstəliyin alovlanmasına və aktivləşməsinə səbəb olur. Bu da geri dönməyən ağır deformasiyalara səbəb ola bilər.
Bildiyimiz kimi revmatoid artrit birinci qrup əlilliklə nəticələnə bilir xəstələrdə. Oynaqların tamamilə sıradan çıxmasına səbəb ola bilər. Bu səbəbdən doktorlarının məsləhəti olmadan qətiyyən “Yaydır” deyib keçməsinlər və dərmanlarını doktorlarının nəzarəti altında qəbul edib, dozanı azaltsınlar və yaxud da ki, belə deyək kəsmək məsləhətdirsə kəssinlər.
Behçet xəstəliyi, əslində, təsnifat olaraq “qarışıq vaskulitlər” içərisində yer almaqdadır.
Təkrarlayan ağız yarası, biz ona “oral aft”deyirik, təkrarlayan genital ulser, dəridə çeşidli “eritema nodozum”, “pseudo follikulit” kimi dəri əlamətləri, eyni zamanda gözdə “üveit”, həm “ön üveit”, həm “arxa üveit”, həm də qarışıq, yəni “pan üveit” şəklində gedə bilən, bütün növ damarları tuta bilən, istər ven, istər kapilyar, istər arterial sistemi tuta bilən, nadir olaraq da beynin venoz sistemində və beynin parenximasında və bağırsaqda xəstəlik törədə bilən bir xroniki gedişli revmatizmal xəstəlikdir.
Behçet xəstəliyi əslində adını Türk alimi “Behçet”dən almaqdadır. 20-ci yüzilliyin başlanğıcında xəstəliyi ilk olaraq təsnif edən alimin şərəfinə bütün dünyada hal-hazırda “Behçet xəstəliyi” olaraq anılmaqdadır.
Hər ağız yarası Behçet xəstəliyidirmi?
Hər ağız yarası behçet xəstəliyidirmi? Təbii, deyildir. Amma təkrarlanan, ildə ən az 3 dəfə və daha çox olan ağız yaraları, xüsusilə, bu ağız yaraları dişin təmas etdiyi yerlər və ya dildə, dilin ətrafında, dilin ucunda varsa, bu ağız yarası, altı çökük bəyaz ağ şəklində olursa və ətrafında belə haşiyə şəklində qızartı varsa, bu ağız yarasının Behçet baxımından ətraflı dəyərləndirilməsi lazımdır.
Amma vurğulamaq lazımdır ki, hər ağız yarası Behçet xəstəliyi deyildir. Bundan başqa bəzi bağırsaq xəstəlikləri: “ulserativ kolit”, “kron xəstəliyi” və ya bizim biləşdirici toxuma xəstəliklərindən “qırmızı qurdeşənəyi” və digər biləşdirici toxuma xəstəliklərində və ya el arasında çox yayılan, insanlar arasında çox yayılan “xroniki stomatit” vardır ki, bu insanlarda da heç bir altda yatan səbəb olmadan təkrarlayan ağız yarası ola bilir.
Əlbəttə ki, revmatoloji bir uzman tərəfindən ətraflı xəstənin klinikası araşdırılır. Əgər ağız yarasının Behçet xəstəliyi ilə əlaqəsi varsa, ona uyğun, təbii ki, müalicə başlanılır.
Behçet xəstəliyinin gedişatında cinsiyyət fərqi varmı? Təbii ki, var.
Biz, əslində, kişilərdə xəstəliyin çox ağır gedişatı olduğunu bilirik. Xüsusilə, yaşı 20-25-in altında başlayan Behçet xəstəliyinin gedişatı son dərəcə ağır seyr edir. Xüsusilə, ilk atak şəklində bizə göz üveiti şəklində, hətta xəstəni korluğa qədər gətirib çıxaran üveit şəklində, bütün növ damarları, xüsüsilə, dərin ven trombozu və ya arterial sistemində anevrizmaya qədər gətirib çıxaran, eyni zamanda ağciyərin arteriasını anevrizması şəklində bizə ilk dəfə baş vuran Behçet xəstələrimiz olur ki, bunların əvvəlində, demək olar ki, bəzilərində ağız yarası belə olmayan xəstələrimiz də var.
Son dərəcə ağır gedişatı olur kişi xəstələrində.
Əlbəttə ki, bütün xəstələrdə bu eyni şəkildə olmur. Amma, xüsusilə, erkən yaşda başlayan kişi xəstələrin gedişatı daha ağır seyirli olur. Biz onlara başdan belə çox ciddi dərmanlar təyin edirik.
Xanımlarda bir az daha orta yaşlarında başlayan, daha çox ağız yarası, genital yara, dəri əlamətləri ilə gedən gedişatlı olurlar xanımlardakı Behçet tutulmalarının əksəriyyəti.
Və bunlarda da böyük orqan tutulmaları çox az görünür və daha bəsit dərmanlarla xəstənin əlamətlərini aradan qaldırmaq mümkün olur.
Behçet xəstəliyində həyati vacib orqan tutulmaları
Öncəki sualda da dediyim kimi, xüsusilə, erkən yaşda başlayan kişi xəstələrdə daha çox görməkdəyik. Bunların içərisində arxa üveit və ya pan-üveit olangöz tutulmaları, hətta xəstələrdə göz korluğuna qədər gətirib çıxarda bilir, korluğa qədər.
Eyni zamanda ağciyər arteriasının anevrizması, ağciyər arteriyasının emboliyası, dərin ven trombozları, aortun və onun şaxalərinin, xüsusilə, periferik şaxələrinin anevrizması, eyni zamanda vena kava və ya superior inferior vena kava inferiorlarda və eyni zaman da hepatit venlərdə trombozlara gətirib çıxarır. Budd Chiarisindromu deyirik biz buna. Xəstələrdə ciddi şəkildə asidlərə, xronik qaraciyər xəstəliyinə gətirib çıxara bilər.
Bəzən xəstələrdə nadir də olsa, mərkəzi sinir sistemi tutulumu, parenxima tutulumu ola bilir və ürəyin içərisində trombozlarla gedə bilir Behçet xəstələri. Ən çox dediyim kimi ölümə səbəb olan ağır gedişatı olan bunlardır.
Digər tutulma isə nisbətən daha zəif gedişat olur.
Behçet xəstələyinin diaqnostikası
Behçet xəstələyinin diaqnostikasını, əlbəttə ki, mütləq şəkildə revmatologiya uzmanı həyata keçirməlidir. Biz təkrarlayan ağız yarası və genital ulseri olan və yaxud bədənində Behçet xəstəliyinə spesifik dəri əlamətləri olan xəstələri bizə birbaşa və ya hansı bir başqa sahə həkimi tərəfindən yönləndirilən xəstələri ətraflı araşdırırıq. Lazım gələrsə, bu xəstələrdə “Həyatı vacib orqan tutulması varmı, yoxmu?” onu ortaya çıxardırıq. Xəstələrdə xüsusi iynə batırmametodu ilə biz buna “paterji testi” deyirik, bu testdə pozitivlik olsa, bu xəstələrdə, təbii ki, diaqnostikasında daha çox yardımçı ola bilir… Bütün bu əlamətlərlə birlikdə biz Behçet xəstəliyinin diaqnozunu qoyuruq və uyğun müalicəyə başlayırıq.
Differensial diaqnostikasında həm üveit yarada bilən bütün xəstəliklər Behçet xəstəliyinin diaqnostikasına girməkdədir, həm də təkrarlayan ağız yarası yaradan bütün xəstəliklər Behçet xəstələyinin differensial diaqnostikasına girməkdədir.
Eyni ilə təkrarlayan dərin ven trombozu yaradan xəstələrimiz çoxdur. Xüsusilə, orta yaşlarda xanımlarda dərin ven trombozunun mütləq bir Behçet xəstəliyi deyil, eyni zamanda ailədən gələn trombofilia, “familiar trombofilia” da ola biləcəyi üçün bunları da ətraflı araşdırırıq. Yəni, Behçet xəstəliyi qarışıq vaskulit olmaqla bərabər, eyni zamanda bütün orqanları tuta bilir. Ona görə də bunun bütün əlamətlərini daşıyan bütün xəstəliklərdə differensial diaqnostikasını aparmalıyıq.
Behçet xəstəliyinin müalicəsi
Behçet xəstəliyinin müalicəsində, əlbəttə ki, xəstəliyin tutulumundan asılı olaraq dəyişməkdədir. Sadəcə mukokutanozəlamətlərlə gələn, təkrarlayan göz, ağız yarası, təkrarlayan genital ulser, dəri əlamətləri ilə gələn xəstələrdə biz daha çox kolxisin dərmanı və ya düşük doza steroid təyin edirik. O dərmanlarla xəstənin əlamətləri, demək olar ki, geriləməkdədir.
Amma xəstələrin 1/3-də – 1/4-də artrit, oynaq iltihabı əmələ gəlir. Əgər bu oynaq iltihabı erkən yaşda başlayıbsa və ya çox tez-tez təkrarlayarsa, o zaman biz bu əvvəki verdiyimiz müalicələrə əlavə olaraq, yəni kolxisin və steroidə əlavə olaraq immunsupressiv dərmanlar, buna azatioprin, metotreksat, sulfasalazin kimi dərmanlar aiddir. Bunları başlayırıq.
Əgər xəstədə çox erkən yaşda və ya çox həyati vacib orqan tutulması varsa, göz tutulması kimi, ondan sonra damar tutulması kimi, beyin tutulması kimi bir tutulma varsa, biz xəstələrə başdan belə kolxisin, steroid, immuran kimi azatioprin kimi immunsupressiv dərmanlar başlayırıq.
Bu dərmanlardan əgər çox fayda görməzsə, o zaman bu xəstələrə siklofosfamid kimi daha ağır dərmanları və ya yüksək doz kortizonlar veririk. Hətta yeni çıxmış hədəfə yönəlik dərmanlar var, Anti-TNF molekulları, onları belə hətta erkən vaxtda, hətta ilk atak dövründə xəstələrdə başlayırıq.
Burada məqsəd xəstələrin sürətli bir şəkildə həm bu xəstəliyin atakını önləmək, həm də xəbərlər xəstəliyə bağlı olaraq korluq kimi və ya orqan yetməzliyi kimi əlamətləri vaxtında müalicə etmək və xəstəliyin əlillik durumunu, yəni xəstənin, belə deyim həyati funksiyasının, qabiliyyətinin itirilməsinə səbəb olmadan xəstəni müalicə etməkdir buradakı əsas məqsədimiz.
Bəzən hamilələrdən şəkər testi istərkən onlar çox təəccüb edir ki: “Doktor, mənim ailəmdə şəkər yoxdur, risk qrupunda deyiləm.” Amma bəzən hamiləlikdə şəkər ortaya çıxa bilər və bunun çox ciddi fəsadları ola bilər.
Bunlar nə kimi problemlərdir?
Hamiləliyin ilk yarısında olan şəkər problemləri fərqli fəsadlara yol aça bilər. 2-ci trimestrdan sonra olan hamiləlik diabeti daha fərqlidir.
Pregestasionar diabet
İlk hamilə qaldıqda, ilk trimestrində, hamiləliyin 3 aylığında mütləq şəkildə hamilələrdə aclıq şəkərini yoxlayırıq. Bu nəyi göstərir? Hamiləlikdən əvvəl olan bir diabet hadisəsi varmı, diabet halı varmı?
Əgər kontrolsuz bir şəkər varsa, buna biz pregestasionar diabet deyirik, yəni hamiləlikdən öncə olan bir diabet. O zaman bunun hamiləlikdə ciddi bir fəsadları ola bilər, uşaqda müəyyən qüsurlara yol aça bilər və bunun da artıq aşkarlananda çox gec ola bilər. Uşaqda ürək qüsurları ola bilər, beyin qüsurları ola bilər.
Amma əgər bir diabet halı varsa, hamiləliyin təyin anından düzgün kontrolla hamiləlik sağlam şəkildə irəliləyə bilər.
Gestasionar diabet
Bizi maraqlandıran mövzulardan biri də hamiləliyin 25-28-ci həftəsində olan hamiləlik diabetidir. Hamiləlik diabetinin diaqnozunu biz bu həftədə “qlükoza tolerans testləri” ilə qoyuruq: 50 qram, 75 qram və 100 qram testlər olaraq bilinir.
Biz nəyə görə qərar veririk, hansı testi seçək?
Hamilələri risk qrupuna görə ayrırıq.
Əgər hamilənin ailəsində şəkər xəstəsi varsa, anamnezində daha öncə ölü doğum hadisəsi varsa, qadın çox kiloludursa, daha əvvəl 4 kiloluq və daha artıq uşaq dünyaya gətiribsə, hal-hazırki ultrasəs müayinəsində uşağın ölçüləri böyükdürsə, çox sululuğu varsa, bu kimi risk qrupunda olan hamilələr və yaş qrupu. Xüsusilə 35 yaşın üzərində diabet riski artır.
Bu hamilələrə biz xüsusilə, 75 qram diaqnoz testini mütləq istəyirik.
Amma aşağı risk qrupu olan xəstələr olur ki, arıqdır, gənc yaşdadır, ailədə şəkər anamnezi yoxdur, ultrasəs müayinəsində hər hansı bir problem yoxdur. O zaman bunları 50 qram skrininq testi olaraq da edilə bilər.
Bu testlərin nəticəsi çox önəmlidir.
Əgər hamiləlik diabeti təsdiqlənərsə, “gestasionar diabet” deyirik, mütləq şəkildə ciddi kontrol edilməlidir və əgər yüksək şəkərlər varsa mütləq endokrinoloqa yönəldirik onları.
Hamiləlikdə istər dietoloqla, ya da hamilənin özü dietlər edərək, pəhriz saxlayaraq şəkəri kontrolda saxlayır. Əgər kontrolsuz şəkildə yüksək şəkər varsa, o zaman ehtiyac duyularsa endokrinoloq nəzarəti ilə insulin müalicəsinə də başlana bilir.