Autizm maarifləndirmə ayı
Bizim və bizim kimi ölkələrin Autizm problemi ilə mübarizəsi sadəcə özümüzün əslində problemləri ilə mübarizəsi deməkdir. Yəni autistik bir şəxsə, fərdə, uşağa xəstə kimi deyil, onun bizdən fərqli, amma bizdən biri olaraq yanaşmamız, ən böyük problemin həlli bu olacaqdır. Mən sosial mediada Azərbaycanda Alov Qüllələrinin və Qız Qalasının və böyük binaların mavi rəngə boyanacağını oxuyanda çox sevindim. Fərqindəlik əslində budur.
Aprel ayı fərqindəlik ayıdır autizmlə bağlı. Əgər mən, sən, o, bu autizmlə bağlı belə bir fərqindəliyi yaşasaq, zatən autizmli fərdlərə öz köməyimizi göstərə bilərik.
Yəni biz onları fərqli bir xarakter olaraq görməliyik, onları xəstə bir fərd olaraq görməməliyik. Bu, bütün vətəndaşlarımıza aiddir. Əngəlli olan vətəndaşlarımıza da aiddir, əngəlli hər hansı bir dil, fiziki əngəlli olan vətəndaşlarımıza da aiddir.
Onlar öz sosial həyatlarını bizim kimi, hətta bizdən də yaxşı yaşamalıdırlar və biz onları yaşatmalıyıq, bizim borcumuz budur. Yəni mənim borcum Azərbaycanın başqa vətəndaşlarına autizmin bir xəstəlik olmadığını, bizim bəzi qaçırdığımız şeyləri onların daha dərinə gedərək tutduğunu, amma onların qaçırdığı şeyləri bizim tutduğumuzu… Qısaca, özü budur Autizmin.
Kim nəyi doğru tutur, onlarmı həyatdakı bəzi anları doğru tutur, bizmi doğru anları doğru tuturuq hələ onu da bilmirik.
Autizmli şəxslərimiz özəl şəxslərdir və onlara münasibətdə də özəl olmalıyıq.