Daxili qadın orqanları olan 5 yaşlı uşaq bir enzim əksikliyi nəticəsində xarici genital bölgəsində anadangəlmə kişi orqanlarına sahib olub. Bir müddət öncə 5 yaşlı azyaşlının valideynləri “Bizimləsən” verlişinə müraciət edib. EGE Hospitalın yüksək ixtisaslı mütəxəssisləri Uşaq Cərrahı Prof. Dr. İlhami Sürer, Endokrinoloq Dos. Dr. Mehmet Aşık və Pediatr Uzm. Dr. Zühal Aşık tərəfindən uşağa gərəkli müayinə və müalicələr təyin edilib.
Bir aylıq müalicədən sonra EGE Hospitalın Uşaq Cərrahı və Uşaq Uroloqu Prof. Dr. İlhami Sürer tərəfindən uşağa total urogenital mobilizasiya, klitoroplasti və monsplasti əməliyyatları içra olunaraq qadın cinsi orqanları ilə təmin edilib. Keçirilən əməliyyat kifayət qədər riskli olub, 6 saatdan sonra azyaşlının daxilində olduğu kimi xaricində də qadın cinsi orqanı icra edilib.
Hazırda uşaq özünü yaxşı hiss edir. O gələcəkdə normal qadın kimi uşaq dünyaya gətirə biləcək. Vücudundakı enzim əksikliyini berpa etmək üçün ömür boyu dərman müalicəsi alacaq.