Beyin şişlərinin əlamətləri

Beyin şişlərinin əlamətləri

29 November 2021 3
beyin-sislerinin-elametleri.jpeg

Bu gün beyin şişləri haqqında danışacağıq. Beyin tümörləri haqqında yəni. 

Şikayətləri hansılardır? Yəni hansı hallarda beyin şişindən şübhələnmək lazımdır? İlk növbədə bu barədə danışmaq istəyirəm. 

Nələr var?

Baş ağrıları, epilepsiya beyin şişi əlaməti ola bilər

Birincisi, xüsusilə, baş ağrısı olur. Şiddətli baş ağrıları beyin şişlərinin əlamətlərindən biridir. Təbii ki, hər baş ağrısı beynin şişinin olduğunu göstərmir. Beyin şişləri ilə əlaqəsi olmayan çoxlu baş ağrıları var. 

Çünki cəmiyyətə nəzər saldıqda, xüsusən də, qadınlarda 90 faizi baş ağrılarından şikayətlənirlər. Ona görə də bütün baş ağrıları beyin şişi deyil. 

Ancaq xüsusilə, gecə baş ağrıları, heç keçməyən baş ağrıları, baş ağrısı ilə birlikdə ürəyi getmə, epilepsiya, baş ağrısı ilə paralel, xüsusilə, qusmanın olması, şiddətli qusma, irəli fışqırma tərzində qusmanın olması bizi beyin şişi haqqında düşündürən şikayətlərdən biridir.

Epilepsiya beyin şişi əlaməti ola bilər

Başqa bir əlamət də: Xəstələr bizə ən çox epilepsiya ilə müraciət edirlər. Yəni qıcolma olurlar. Bu epilepsiya müxtəlif növ ola bilər. Onlarda epilepsiya ola bilər.

Şişin yerləşməyinə görə əlamətlər

Yenə beyin şişinin yerləşməyinə görə müxtəlif klinik təzahürlər, müxtəlif simptomlar, şikayətlər xəstələdə ola bilir. Nə kimi? Məsələn, nitq mərkəzindədirsə, təbii ki, xəstə danışa bilmir, nitqi pozula bilir.

Yenə “frontal” dediyimiz ön hissələrdə bir şişlik varsa, bu xəstələrdə, reallıqla əlaqənin pozulması, xarakter dəyişiklikləri… Yəni, adam sakit və səssiz biri ikən, birdən xarakterinin dəyişməsi kimi, çox daha başqa, daha sərt biri olması kimi. Bu tip şikayətlər beyin şişində ola bilər.

Yenə motor korteks dediyimiz, yəni bədənimizin əzələlərini idarə edən beyin bölgəsindədirsə, sağ tərəfdədirsə, sol tərəfdə zəiflik görürük: qolda, ayaqda bir gücsüzlük, qüvvətsizlik –  hərəkət zəifliyi ilə müraciət edir bu tip xəstələr. Və əlbəttə ki, sol tərəfdədirsə, şiş sağ tərəfdə bir problem ola bilir.

Göz normaldır, amma görmədə problem varsa, beyin şişi ola bilər

Yenə, yerləşmə olaraq “oksipital lob” dediyimiz arxa tərəfdədirsə, görmə ilə bağlı problemlərlə xəstə bizə müraciət edir. Bunda da yenə, görmə itkisi olan xəstələrdə göz problemi yoxdursa, mütləq beyin şişləri və beyin tümörləri barədə düşünməliyik.

Beyincik yaxınlığında yerləşən şiş tarazlığımızı poza bilər

Kəllə sümüyü daxilində başqa bir bölgə də təbii ki, beyinciyin yerləşdiyi bölgədir. Əgər beyincikdə olarsa, təbii ki, beyincik, o bölgə bir az daha həssas bölgədir. Əgər həmin nahiyədədirsə, xəstədə koordinasiya pozulması, yerişin pozulması, tarazlığını saxlaya bilməmə, yıxılmalar – bu kimi şikayətlərlə xəstə bizə müraciət edir. Beyincik bölgəsində bu bir az daha böyükdürsə, ön hissədə ürəyimizi və tənəffüs sistemimizi idarə edən, bundan başqa “kəllə sinirləri” dediyimiz, bir sıra, məsələn, üz sinirlərimizi idarə edən sinirlər mövcuddur, bunlarla bağlı problemlərlə pasiyent bizə müraciət edir.

Beyin şişlərinin diaqnozu necə qoyulur?

Bu şikayətlərlə müraciət edən xəstələrimizə nə edirik?

İlk öncə ətraflı müayinə etməliyik ki, şişin harada olduğunu müəyyən etmək üçün, şişdirmi bu, yoxsa başqa bir problemdir, onları araşdırırıq. Çünki bəzi bənzər problemlər bəzi xəstəliklərdə, bəzi nevroloji xəstəliklərdə də oxşar problemlər yarana bilir.

Əlbəttə ki, qızıl standart – mütləq MRT çəkdiririk xəstələrimizə. Ehtiyac yaranarsa, KT-ni çəkdiririk və buna uyğun olaraq da ehtiyac qalarsa, göz dibi müayinəsi, ətraflı göz dibi müayinəsi etdikdən sonra xəstəliyin diaqnozunu dəqiqləşdiririk. Daha dəqiq, konkret bir diaqnoz qoyuruq.

Beyin şişlərinin müalicəsi necə aparılır?

Bundan sonra nə edəcəyik?

Əlbəttə ki, diaqnoza görə, şişin yerləşməyinə görə, xəstənin yaşına görə, şişin növünə görə əməliyyat edirik.

Heç bir həkim orada gördüyü, MRT-də gördüyü şiş barədə 100% dəqiq danışa bilməz.

Bizə xəstəliklərin adını verən patologiyadır. Odur ki, biz oradan onu götürməliyik, patologiyaya verməliyik, onlar bunu tədqiq etməlidir və sonra deməlidirlər ki, bu şiş hansı şişdir, neçənci dərəcədədir, böyümə sürəti necədir. Bəzi histopatoloji diaqnozlar, nəticələr deyirlər. Biz də ona görə, bundan sonra da xəstənin müalicəsini davam etdiririk.

Histopatologiya nəticəsinə görə müalicənin davamına qərar verilir

Əgər pis xəstəlikdirsə, əgər birinci dərəcə deyilsə… Birinci dərəcələr yaxşı xəstəliklərdir. Əməliyyat etdikdə, hamısını alsanız, “Bu iş bitdi” deməkdir. Amma birinci dərəcə deyilsə, xüsusilə də, 3-cü və ya 4-cü dərəcədirsə, xəstələrimizə mütləq şüa terapiyası və ya kimyaterapiya nəzərdə tutulmalıdır.

Prof. Dr. Özkan Tehli, Neyrocərrah


3 comments

  • Rafiq

    26 October 2022 at 22:37

    Salam mənim uşağımın 10 yaşı var gün ərzində bir vəya iki dəfə kürək nahiyəsində qaşınma olur və ya ağrı 2-3 dəqiqə ərzində qusma görmə ürək bulanma problemi yoxdur. Hərəkəti normaldı zəhmət olmasa bu barədə fikir bildirərdiz.

    Reply

  • Dost

    24 September 2023 at 23:23

    Salam məndə hipoviz şişidi bunu müalicə etməklə şişi yox etmək mümkündür?

    Reply

    • Rusane

      17 January 2024 at 18:31

      Sizde de var

      Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!