Dietologiya / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

metobolizma_suretii.jpeg

13 October 2021 Dietologiya0

Metabolizma – sadə dildə desək, aldığımız enerji ilə verdiyimiz enerji arasında disbalans yaradan bir mexanizmdir.

Kilo vermək istəyən insanların metabolizmasının sürətli olması bir avantajdır, lakin bu metabolizması yavaş olan insanların kilo verə bilməyəcəyi mənasına gəlmir.

Normal bir mütəxəssisə müraciət etsəniz, balanslı bir qida proqramı yazdırsanız, üstəlik fiziki aktivliyinizi daha da artırsanız, həm metabolizmanın sürətini artırmış olarsınız, həm də istədiyiniz nəticəni əldə etmiş olarsınız.

Az-az və tez-tez qidalanma metabolizma sürətini artırır

Metabolizmanın sürətini artıran amillərdən biri də az-az, tez-tez qidalanmadır. Çünki 2-3 saat ərzində bizim qan şəkərimiz enməyə başlayır və bu zaman da metabolizmamızın da sürəti minimuma yaxınlaşır və bu metabolizmanın sürətinin minimuma yaxınlaşmasının qarşısını almaqdan ötrü gündə heç olmasa, 5-6 dəfə qidalanmaq lazımdır bu: 3 ana (əsas yemək), 2 ara və yaxud da ki, 3 ana (əsas yemək), 3 ara öyün şəklində olmalıdır.

Fiziki aktivlik də metabolizmanın sürətini artırır

Metabolizmamızın sürətini artırmaqdan ötrü fiziki aktivliyimizi də artırmaq lazımdır. İdmanı həyat tərzimizə çevirməliyik. Yaxşı olardı ki, idmanla məşğul olaq. Əgər buna imkanımız yoxdursa, onda ən azından yürüyüşlə məşğul olmalıyıq. Bu da tövsiyəmiz həftədə 3 dəfə minimum 45 dəqiqə yürüyüş etməkdir.

Metabolizma sürətini artıran qidalar

Tədqiqatlar onu göstərmişdir ki, bəzi qidaların tərkibində olan maddələr metabolizmanın sürətini artırırlar, buna yaşıl çaylar və qırmızı pul bibəri misal göstərmək olar.

Yaşıl çaydan gündə 2-3 fincan içmək tövsiyə olunur, qırmızı pul bibəri də mədə xəstəsi olan insanlar üçün əks göstərişdir.

Dr. Aygün Abdullayeva, Dietoloq

 


balansli_qidalanmaq.jpg

22 February 2021 Dietologiya0

Orqanizmə lazım olan qida dəyərləri vardır ki, bunlar karbohidratlar, zülallar və yağlardır. Alacağımız enerjinin 50-55 faizi karbohidratların, 10-15 faizi zülalların, 20-25 faizi isə yağların hesabına düşür.

Çörəyi rasiondan çıxarmışıq, amma…

Bəzən insanlar karbohidratı rasiondan çıxartmış hesab edirlər.

Nəzərə çatdırmaq istəyirəm ki, karbohidratlarla zəngin olan qidalara, taxıllar qrupundan olan qidaların hamısı: ağ çörək, qara çörək, yarma, qarabaşaq, bulqur, düyü və s. aiddir. Bir də meyvələr karbohidratla zəngin olan qida qrupu hesab olunur. 

Ona görə də əgər siz təkcə çörəyi rasiondan çıxarmış olursunuzsa, əgər siz bulqur yemisinizsə, düyü yemisinizsə və yaxud da qarabaşaq istifadə etmisinizsə, deməli, siz karbohidrat almış olursunuz. Çünki 3 qaşıq qaynamış, bişmiş bulqur, qarabaşaq və yaxud da düyü bir dilim çörəyə bərabərdir və hər ikisi 70 kaloridir. Bir orta boy meyvənin də tərkibində 15 qram karbohidrat vardır. Ona görə də düşünməyin ki, əgər siz çörəyi rasiondan tamamilə çıxarmısınızsa, deməli karbohidratı rasiondan çıxarmış hesab olursunuz. Əslində də biz 50-55 faiz enerjimizi karbohidratdan almalıyıq.

Zülallar, yəni proteinlər də lazımdır

Proteinlər özləri 2 hissəyə bölünürlər: bitki mənşəli proteinlər vardır, bir də heyvani mənşəli proteinlər vardır.

Bitki mənşəli proteinlərə aiddir: noxuddur, lobyadır və s. Heyvani mənşəli proteinlərə isə qırmızı və ağ ət, yumurta və pendir aiddir.

Ən keyfiyyətli proteinlər heyvani mənşəli proteinlər hesab olunurlar. Ona görə də alacağımız enerjinin heç olmasa 10-15 faizini gündəlik protein qrupundan olan qidalardan almalıyıq.

Yağsız olmaz

Alacağımız enerjinin 20-25 faizi də yağların hesabına düşür. Yağ almağımız çox vacibdir. Çünki vitaminlər özləri 2 qrupa bölünürlər: yağda həll olunan və suda həll olunan vitaminlər vardır.

Suda həll olunan vitaminlər, əlbəttə ki, orqanizmdə həll olunur, amma yağda həll olunan vitaminləri almaqdan ötrü mütləq şəkildə biz yağlardan istifadə etməliyik.

Yağlar özləri də doymuş və doymamış olmaqla 2 qrupa bölünürlər.

Ən keyfiyyətli, ən xeyirli yağlar 3 omega doymamış yağlar hesab olunurlar. Bu yağlar da bitki yağlarıdır: günəbaxan yağıdır, zeytun yağıdır və s.

Yaxşı olardı ki, gündəlik rasionunuzda zeytun yağlarına daha üstünlük verəsiniz.

Dr. Aygün Abdullayeva, Həkim-diyetoloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!