Psixiatriya / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

asililiq-1200x675.jpeg

2 October 2022 Psixiatriya0

Asılılıq xroniki bir xəstəlikdir. Asılılıq günümüzdə gedərək artmaqdadır. Hal-hazırda Azərbaycanda bu yöndə narkotik maddə istifadəsi olsun, qumar asılılığı olsun, ciddi miqdarda artış var. 

Asılılığın xroniki olması nə deməkdir? Əslində asılı olan insanlar narkotik maddə və ya qumar oynama davranışından uzaq qala bilərlər. Ancaq bu insanlar bu davranışdan uzaq qaldıqca sağlam olurlar. Təkrar eyni davranışları və təkrar eyni narkotik maddəni istifadə etdikləri zaman yenidən xəstəlikləri aktiv olur.

Ailələr nə etməlidir?

Burada ailələr nə etməlidir? Ailələr narkotik maddə ilə əlaqəli mövzuda çox narahat və eyni zamanda çarəsiz qalırlar. Bu çarəsizlikləri eyni zamanda da xəstəyə necə davranacaqlarını bilmədiklərindən olur. Asılı olan xəstələrin mütləq şəkildə müalicəsi şərtdir. Çünki mütəxəssis tərəfindən müalicə edilməlidir. Ailələr çox vaxt bu yöndə özləri müalicə etməyə çalışırlar və ya töhmət və ya şiddət növləri ilə bu vasitədən uzaqlaşdırmağa çalışırlar. Ancaq ailələrin unutmamalı olduqları şey asılılığın bir xroniki beyin xəstəliyi olduğudur. Necə ki, digər: təzyiq, şəkər xəstəliyində insanlar həkimə müraciət edirsə, asılı olan insanlar da bu yöndə mütəxəssisə müraciət etməlidir.

Asılılığın ambulator və stasionar müəlicəsi 

Asılılığın həm ambulator, həm də stasionar yöndə müalicəsi vardır. Ambulator şəraitdə, təbii ki, xəstələr yazılan müalicəni və verilən tapşırığı yerinə yetirərsə, ambulator vəziyyətdə bu asılılıq müddətində düzəlmə olur. Ancaq bunu edə bilməyən xəstələr narkotik maddə istifadəsi intensivdirsə, gedərək artan miqdarlarda narkotik maddə istifadə edirsə və uzunmüddətli narkotik maddə istifadəsi varsa, narkotik maddə istifadəsinə bağlı fiziki və ya psixoloji problemlər yaranıbsa, bu psixoloji problemlər içərisində paranoya ola bilər, digər depressiya ola bilər və digər psixiatrik pozuntular ola bilər və eyni zamanda ambulator şəraitdə müalicəsini davam etdirə bilməyən xəstələr mütləq şəkildə stasionar vəziyyətdə müalicə almalıdır.

Asılılıq xəstəliyində müalicədə eyni zamanda dərman preparatları və psixoterapiya mütləqdir. Və xəstənin o mühitdən uzaqlaşması mütləqdir.

Uzman Dr.Fəqan Mehtiyev, Psixiatr-narkoloq


vaginizmin_mualicesi-1200x675.jpeg

30 September 2022 GinekologiyaPsixiatriya0

Vaginizmli qadınlarda cinsi əlaqə qorxusu olub, yayğın olaraq görülən, lakin dilə gətirilməyə çəkinilən bir xəstəlikdir. Bu xəstəliyin təməlində bir qadının cinsi əlaqəyə girməsində qorxu durur və buna əsasən orqanlardan uşaqlıq yolu əzələlərinin qeyri adi qeyri-iradi bir şəkildə yığılması müşahidə edilir.

Vaginizmli qadınlarda bu proses nə zaman ortaya çıxır?

Əsasən ilk cinsi təcrübələrində və ilk cinsi həyatlarında, ilk toy gecəsində özünü büruzə verir. Qadın qeyri-iradi bir şəkildə özünün əlində olmadan ayaqlarını sıxca bağlayır, özünün ifadə etdiyi bu şəkildə olur: “Sanki uşaqlıq yolunda bir divar varmış kimi, orada bir sədd varmış kimi” bu da heç bir şəkildə cinsi əlaqəyə imkan vermir.

Vaginizm xəstəliyinə sadəcə uşaqlıq yolu əzələlərinin yığılması deyil, eyni zamanda bel, qarın, üz əzələlərin yığılması da müşayiət edir. Və hətta bəzi qadınlarda huşun getməsinə qədər belə gətirib çıxarda bilir.

Birincili və ikincili vaginizm

Vaginizm xəsətliyi iki qrupa ayrılır: Birincili vaginizm və ikinci vaginizm.

Bizim əsasən qarşımıza çıxan birinci vaginizm xəstəliyidir. Bu qadınların ilk cinsi təcrübələrində ortaya çıxır, bu zaman büruzə verir özünü.

İkincili vaginizm isə daha az görsənən bir xəstəlikdir, xəstəliyin formasıdır. Bu hansı qadınlarda görsənir? Əsasən kobud doğum hekayəsi olanlarda, çətin, travmatik bir doğum keçirmiş olanlarda və ya kobud bir ginekoloji müayinə keçirənlərdə, kobud bir abort proseduru olan qadınlarda uşaqlıq yolu ilə əlaqədar çox pis xatirələri olduğu üçün onlar cinsi əlaqədən soyuyurlar və heç bir şəkildə cinsi əlaqəyə icazə vermirlər.

Bəs vaginizm xəstəliyin səbəbi nədir? Bunun təməlində nə yatır?

Bu iki qrupa ayrılır səbəblərinə görə: psixoloji səbəblər və orqana bağlı, orqan anomaliyasına bağlı olan səbəblər. 

Psixoloji faktorlar səbəbilə vaginizm

Bizim daha çox qarşımıza çıxan psixoloji faktorlar vaginizmdir. Bunun da birinci sırada ən çox gələn daha çox basqın, daha çox sıxıcı bir ailədə böyüyən qızlarda, ailə tərbiyəsinin çox daha ağır olduğu olan bir ailələrdə müşahidə edirik. Hansı ki, bu qız uşaqlarına: ayaqlarını bağla, yubkanı aşağı çək, kişi cinslərindən uzaq ol onlar sənə zərər verirlər. Və tabu ki, öz həyat yoldaşı ilə qarşılaşdığını, cinsi münasibət yaşadığında o onun həyat yoldaşı olmasına baxmayaraq özlərini cinsəllikdən qoruyurlar.

İkinci qrup qadınlarda onlar toy gecəsi ilə əlaqəli çox yanlış informasiya almış olur. Hansı ki: “İlk gecə zamanı qızlıq pərdəsi çox qanayacaq. Ağrın olacaqdır. Səni xəstəxanaya aparacaqlar.” Bunlar da onun şüur altında qalır və ta ki, öz toyu olana qədər. Və ilk toy gecəsində heç bir şəkildə cinsi əlaqəyə imkan vermirlər.

Üçüncü qrup isə çox rastlaşmadığımız amma daha çox təcavüz, zorlama, sataşmalarla həyatında belə bir anlar olan qadınlarda gördüyümüz qrupdur ki, bunlarda da vaginizm xəstəliyi müəyyən bir yaşdan sonra özünü göstərməyə başlayır. 

Orqana bağlı səbəblə vaginizm

İkinci səbəbi isə orqana bağlı anomaliyası olanlarda, patologiyası olanlarda görürük vaginizm xəstəliyini. Bunlarda qızlıq pərdəsinə bağlı əsas problemlər olur. Qızlıq pərdəsinin tam bütöv olması və ya yüksək kənarda olması, çox qalın və sərt olması və ya uşaqlıq yolunun içərisində arakəsmələrinin olması da cinsi əlaqəyə icazə vermir və bu özünü ağırlı bir cinsi əlaqə ilə yenə vaginizm xəstəliyi ilə özünü göstərir.

Vaginizmin müalicəsi

“Vaginizm xəstəliyinin müalicəsi varmı?” deyə bizə çox suallar gəlir. Əlbəttə vaginizm xəstəliyin müalicəsi var. 100 faizə yaxın qalıcı bir müalicəsi var. Və düzgün müalicə olunan qadınlarda vaginizm xəstəliyi təkrarlanmaz. Bu xəstəliyin müalicəsinin əsasında uşaqlıq yolu ilə beyin arasında olan o istəmsiz, yəni qeyri-iradi olan siqnal ötürmələrin kontrol altına alınmasıdır. Və bizim də bir qadın həkim olaraq bizə düşən vəzifə burada uşaqlıq yolu əzələlərinə “yeni bir yaddaş yüklənməsi”, yeni bir vərdiş öyrədilməsidir ki, biz də bunu edirik.

Vaginizm cütlüyün ortaq problemidir

Adətən müalicəyə cütlüklər şəklində mütləq: partnyorla bərabər, nişanlısı ilə, həyat yoldaşı ilə bərabər çağırırıq. İkisi ilə bərabər evə məşğələlər veririk, psixoloji seanslar keçiririk və bunlara riayət edən bütün xəstələrimizdə sağalma tamamilə özünü göstərir.

Bizə gəlməzdən əvvəl vaginizmli qadınlar bir neçə kəs təkrarlayır, cəhdlər edir. Çünki ailələri tərəfindən və ya bu xəstəlikdən xəbər tutan yaxınları: “Əgər siz bu əlaqəni dəfələrlə təkrarlasanız sağalarsınız” deyə bir yanlış bilgiləndirmə olur.

Burada söyləmək istəyirəm, bu sadəcə bizim üçün zaman itkisidir. Çünki vaginizm xəstəliyinin təməlini biz bildiyimiz üçün, səbəbini bildiyimiz üçün özünüzün bunun öhtəsindən gəlməsi bir az çətin olur. Mütləq bir mütəxəssisdən dəstəyə ehtiyacınız var.

Vaginizm zamanı cərrahi müdaxilə

Başqa bir qrup qızlıq pərdəsinin cərrahi olaraq götürülməsini, çıxarılmasını və ya çərtilməsini məsləhət görürlər. Bu da ən böyük səhvlərdən biridir. Çünki bunun təməlində qızlıq zarında əgər anatomik olaraq bir problem yoxdursa, bizim problemimiz qızlıq zarının qalın, yüksək və ya çərtilməsində deyil, beynimizlə uşaqlıq yolu arasında olduğu üçün bu da çox səhv bir müalicədir.

Vaginizm və sakitləşdirici dərmanlar

Başqa bir qrup isə sakitləşdirici dərmanlar içə bilərsən və ya alkoqol istifadə edə bilərsən. Hətta bunu önərən pasiyentlərimiz də olub: “Sedasiya altında bir əlaqə olarsa vaginizm xəstəliyi düzələrmi?”

Xeyr, heç bir şəkildə düzəlməz. Çünki vaginizm psixoloji bir qaynaqlı xəstəlik olduğu üçün sedasiya sonrası qadın özünə gəldiyində həqiqətləri xatırladığında bu yenidən təkrarlanacaqdır.

Vaginizmli qadınlara səslənmək istəyirəm: Çarəsiz deyilsiniz, çarə Sizsiniz! Bu xəstəliyin müalicəsi var. Önəmli olan düzgün mütəxəssisə müraciət etməyiniz.

Uzm.Dr.Aygün Əkbərova, Cərrah, mama-ginekoloq


psixiatrik-dermanlar-asililiq-yaradirmi-1200x675.jpeg

10 August 2022 Psixiatriya0

Bu problem əslində həm psixiatrları, həm də psixiatrlara xəstə yönləndirən digər ixtisaslı həkimləri narahat eləyən məsələdir. Çünki təkcə dərmanların verilməsinin izah olunması bizim bir 10-15 dəqiqəmizi alır.

Problem nədən ibarətdir? Xəstələrin çox vaxt beyninə gələn və maneələr yaradan məsələlər nələrdir?

Ən birincisi: “Dərmanlar məni dəli edərmi?”

İkincisi: “Dərmanlar məndə asılılıq yaradarmı?”

Üçüncüsü və dördüncüsü: “Böyrəyimə, qaraciyərimə və ya hər hansısa bir orqanıma uzunmüddətli istifadə zamanı bir ziyan gələrmi?”

Əlbəttə, beşinci və bizim xalq üçün ən əsas olanlardan biri: “Qohum-əqrəba, qonşular bilsə, mənə nə deyər? Mənə dəli deyər, onların arasında damğalanarammı?”

Psixiatrik dərman içsəm, dəli olarammı?

Məsələlərin birincisinə gəlsək, yəni “Mən dəli olarammı?”

Psixiatrik dərmanların əsas qruplarını götürdüyümüz zaman antidepressant və neyroleptiklər təşkil edir ki, bu bizim dərman qruplarımızın haradasa 95 faizini təşkil edir. Az-çox ola bilər. Praktikada istifadə olunan dərmanlar isə, əksəriyyəti bu dərmanlardan təşkil olunmuş olur. Digərləri daha çox köməkçi dərmanlar kimi istifadə olunur.

Bu dərmanların heç birinin xəstədə “dəlilik yaratma” ehtimalı yoxdur. Birincisi, xəstələr dərmanı qəbul edərkən bu mövzuda, əlbəttə, yenə həkimlərinə sual verə bilər. Amma öncədən də məlumatlı ola bilər ki, bu tipdə bir maneə yoxdur və bu heç bir problem yaratmayacaq sonradan. 

Yəni hətta elmi olaraq desək, 99,9% siz psixiatrik dərman atdığınız zaman dəli olmazsınız.

Bunun ən çox yaranma səbəbi nədən ibarətdir, bu mifin? 

Psixiatrik dərmanlar qəbul olunan zaman, xüsusilə, antidepressantlar ilk bir 1 həftə, 10 gün, 15 gün “antidepressantların yan təsiri” dediyimiz bir müddət var: başağrı, başgicəllənmə, ürək bulanma, ürəkdöyünmə, həyacanda artma, qorxuda artma, özünü key kimi hiss eləmək, yuxulu olmaq, yuxusuz olmaq… Siyahını daha da uzatmaq olar, əlbəttə. Və bu məqamlar yaranan kimi xəstə deyir: “Artıq mənə nə isə olur. Məndə bir dəyişiklik başlayır, mən dəli olmağa başlayıram” və s. Bu sadəcə dərmana uyğunlaşma dövrüdür.

İdmana uzun müddət getməyib, təkrar gedən adam ilk öncə bədən ağrılarından əziyyət çəkir, amma sonra nəticə almağa başlayır, bununla müqayisə edərək özünüzə təsəlli verə bilərsiniz, əslində. Onsuz da, dərmanların təsiri 1 həftə-10 gündən sonra yavaş-yavaş başlayar. Və dərmanların altda yatan başqa bir xəstəlik olmadığı müddətcə dəlilik yaratma ehtimalı yoxdur. Ona görə ürək rahatlığı ilə bunu istifadə edə bilərsiniz.

Psixiatrik dərmanlar asılılıq yaradarmı?

İkinci məsələyə gəldiyimiz zaman “Asılılıq yaradarmı?”

Əlbəttə, psixiatriya praktikasında istifadə olunan dərmanlar içərisində asılılıq yaradan qruplar var. Bu bizim daha çox benzodiazepin dediyimiz dərman qruplarıdır. Bu dərmanlar, onsuz da, həkim nəzarətində verilir və dərmanların verilməsi əksərən 2 aydan artıq çəkmir. Amma az öncə də dedim kimi bizim əsas istifadə etdiyimiz antidepressantlar, neyroleptiklər… Bu qrup dərmanlar heç bir asılılıq yaratmır.

Bu sualın bəs meydana gəlməsinə səbəb nədir?

Xəstələr deyirlər ki: “Mən dərmanı atıram yaxşı oluram, dərmanı atmıram pis oluram.” Əslində burada qüsurlu dövran ondan ibarətdir ki, onsuz da, dərmanı atmağımızın səbəbi sizin pis olmağınızdır. Dərmanı atmasanız, əlbəttə ki, pis olacaqsınız. Yəni təzyiq xəstələri ilə müqayisə etsək, təzyiq xəstələri dərmanı davamlı şəkildə atmadıqları zaman onların təzyiqləri davamlı şəkildə, onsuz da, yüksək olur. Bu o demək deyil ki, onlar narkotik bir şəkildə dərmandan asılıdırlar. Bu dərmandan asılılıq, sadəcə xəstəliyin gətirdiyi fəsadların qarşısını almaq üçün və ya xəstəliyin yenidən geri qayıtma riskini minimuma endirmək üçün görülən tədbirdir. Və dərmanların minimal atılma müddəti 6 aydır. Əksərən belə olur, əlbəttə.

Nəyə görə belədir?

Çünki tutaq ki, xəstələr dərmanı atdı. 1 aydan, 2 aydan sonra hər şey yaxşı, hər şey əla. Amma xəstə dedi ki: “Hər şey əladır, mən dərmanı kəsirəm.” Məsələ burada ondan ibarət olur ki, siz artıq orada dərmanı kəsəndən sonra problemin geri qayıtma riski daha da artır. Ona görə profilaktik olaraq minimal 6 aylıq bir müalicə müddəti var və 6 aydan daha tez kəsdiklərinə görə xəstəlik əlamətləri yenidən qayıdır və xəstə artıq fikirləşir ki, “Məndə artıq dərmana qarşı bir asılılıq yaranıb. Ona görə mən dərman atmasam, yaxşı olmuram.”

Bunların heç birinin olmaması üçün profilaktik müddətlərin hamısı nəzərə alınmaqla minimal 6 aylıq, əlbəttə, xəstəlikdən xəstəliyə dəyişir… Dərmanların atılmasına davamlı nəzarət etmək və dərmanların kəsilməsinə birdən-birə kəsmək yox, mütəmadi şəkildə kəsilməsinə riayət olunmalıdır ki, bu, onsuz da, həkim nəzarətində olur. Yəni bir həkimə gedirsinizsə, ona mütləq şəkildə inanmağınız lazımdır.

Psixiatrik dərmanlar mədəmə, qaraciyərimə, böyrəyimə ziyan verərmi?

Üçüncü və dördüncü məsələlər nədən ibarətdir? Qaraciyərimə, böyrəyimə və ya hər hansısa bir orqanıma, yaxud daha çox mədəmə ziyan verərmi?

Psixiatrik dərmanlar, ümumiyyətlə, istehsal olunarkən minimal müalicə müddəti 6 aydan hesablandığına görə, xüsusilə, antidepressantlar və neyroleptiklər nəzərdə tutulur, qaraciyər, böyrək və ya mədə kimi orqanlara xüsusi ziyan verməməsi nəzərdə tutulur. Uzun müddət atılması tam əksinə… Tutaq ki, mədə xorasının meydana gəlmə səbəblərindən biri stress faktorudur. Yəni stress faktoru nəticəsində mədə turşuluğu artır, selik ifrazı azalır və buna görə mədə divarı zədələnməyə, selikli qişası zədələnməyə başlayır və orada xora, eroziya və sairə… bu tip vəziyyətlər meydana gəlir. Tam əksinə antidepressant atıldığı zaman xaricdən gələn, ətraf mühitdən gələn stress faktorlara qarşı, bədənin dözümlülüyü artdığına görə bu tipdə stress faktorlara bağlı meydana çıxan hipertoniya, şəkər xəstəliyi və yaxud mədə xorası kimi xəstəliklərin profilaktikası və ya ortaya çıxacaqsa da, daha gec ortaya çıxmasına səbəb olur. Tam əksinə yəni bu dediyimiz kimi burada daha faydalıdır.

Bəs hansısa dərmanlar varmı ki, hansı ki, biz bunları qaraciyərimizə, böyrəyimizə və s. ziyan vura bilər?

Əlbəttə, bunlar var. Onsuz da, bunlar verilərkən həkim bunlardan davamlı şəkildə qaraciyər yoxlanması üçün və böyrək yoxlanması üçün analizlər istəyir.

Amma maraqlı məqam da ondan ibarətdir ki, misal üçün, 30 ildir spirtli içki içən bir adamdır. Adam psixiatr, dərman yazanda: “Bu mənim qaraciyərimə ziyan vurarmı?” deyə bir narahatçılığı olur. Və yaxud adam hər gün duzlu yemək yeyir, hər gün ədviyyatlı yemək yeyir: “Bu dərman mənim böyrəyimə ziyan vurarmı?” deyə bir dərdi var. Yəni inanın ki, bu dərmanı 30 il müddətində artmaqla o xəstənin, pasiyentin bir il müddətində qidalanmasından daha az ziyan vurur, nəinki bu dərmanların bu qədər müddət atılması.

Psixiatrik dərman atsam, “qohum-əqraba” mənə dəli deyər?

Beşinci məsələyə gələriksə, beşinci məsələ nədən ibarətdir? “Qohum-əqrəba nə deyər? Qonşular nə deyər? Mən dəli kimi tanınaram” və s. olaram. Burada pasiyentə və pasiyent, yaxınlarına veriləcək ilk sual bundan ibarətdir: “Nəyə görə sənin xəstəliyin (ümumi şəxsli cümlə kimi işlədirəm) başqa insanlar tərəfindən bilinməlidir?” Yəni bu sənin şəxsi bir problemindir, depressiya ola bilər, panik atak ola bilər və s. ola bilər fərqi yoxdur, enurez ola bilər. Nəyə görə, məsəl üçün, sənin uşağında olan enurezi – yəni ki, sidikqaçırmanı hər hansısa bir qonşu bilməlidir? Yəni bu niyə digər insanlar tərəfindən türklərin ifadəsində demişkən “afişe olunmalıdır”.

Ona görə ilk öncə bu məqamlardan narahat olmaqdan əvvəl bu məqamların bölüşülməsi sizi narahat etməlidir. Əlbəttə, bu mövzuda nə qədər çox fərqindəlik artarsa, insanlar bir o qədər çox bu dərmanların atılmasının kənar insanlar tərəfindən yalnış anlaşılmasının qabağını da alacaq. Və ətrafımızdakı insanları bu mövzuda maarifləndirərək həm biz həkimlərə, həm də bu xəstəliklərdən əziyyət çəkən pasiyentlərə kömək olmuş –olarsınız.

Sual üçün təşəkkür edirəm. Aktual bir mövzu idi. İnşallah ki, hamı üçün faydalı danışa bildim.

Dr.Orxan İsgəndərli, Psixiatar




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!