Qastrit – mədə nahiyəsində ağrı, mədə nahiyəsində yanma, iştahsızlıq, ürəkbulanma, qusma kimi əlamətlərlə gedən mədə xəstəliyidir.
Qastrit mədənin selikli qişasının iltihabı nəticəsində əmələ gəlir.
Səbəblərindən helikobakteri pilori mikrobu, bir çox dərmanlar: ən çox istifadə etdiyimiz aspirin, qeyri-steroid ağrı kəsicili dərmanlar, steroid dərmanları, bir çox antibiotiklərin istifadəsi nəticəsində qastrit əmələ gələ bilər.
Qastritin əlamətləri nələrdir?
Qastrit diaqnozu xəstənin şikayətlərinə görə, anamnezinə görə, xəstənin fiziki müayinəsinə görə və ehtiyac duyularsa,diaqnozu dəqiqləşdirmək üçün endoskopik müayinə ilə qoyulur.
Bəzən qastrit şikayətləri, mədə polipləri, mədə xorası, mədənin bədxassəli xəstəlikləri ilə qarışa bilir. Bunlardan şübhə etdiyimiz zamanlar endoskopik müayinələrdən istifadə edib: xərçəng, qastrit, və ya xora və ya digər bədxassəli xəstəlik olub-olmadığını aydınlaşdırmaq mümkündür.
Qastritin müalicəsi səbəbə bağlıdır
Qastritin müalicəsində əgər səbəb helikobakteri qastriti isə, antibiotik müalicəsi, proton pompa inhibitorları; əgər dərman istifadəsinə bağlı qastritlərdirsə, əsasən, səbəb olan etiologiyanın kəsilməsi, yəni dərmanın kəsilməsi – əgər mümkündürsə, əgər mümkün deyilsə, dərmanla bərabər proton pompa inhibitorları, anti-asit müalicələr istifadə olunur.
Yuxudan qalxınca əgər xəstənin ağıza acı su gəlməsi kimi şikayəti varsa, bu, reflüksə bağlıdır. Amma ağızda acı dad şikayəti varsa, o gecə boyu qidalanmadığımıza görə ağızda bakteriyalar çoxalır və o acı dad ondan əmələ gələ bilər.
Dilin quruluşu o şəkildədir ki, dil, ağız gigiyenası, təmizliyi olmasa belə, dilin o məməciklərinin içində bakteriyalar inkişaf edib, orada ağızda acı dad, acı hissi, pis qoxuya səbəb ola bilər.
Və ya reflüks olan xəstələrdə, yenə də eyni şəkildə dildə bu mədənin turş mühit möhtəviyyatı yığıla bilər ki, təmizlənməsə, o, ağızda qaldıqca acı dada səbəb ola bilər.
Bunlardan əlavə ağızda acı dadın çox səbəbi var.
Məsələn, gün içində, xüsusilə də, yay mövsümündə çox su içməyən, susuz qalan insanlarda da ağız quruluğu və ağızda bakteriyaların çoxalması nəticəsində ağızda acı dad hiss oluna bilər.
Siqaret çəkən insanlarda ağızda acı dad ola bilər ki, siqaretin içindəki bəzi maddələr oraya yığılaraq acı dada səbəb ola bilər.
Çox çay içən insanlarda da ağızda acı dad əmələ gələ bilər.
Bunlardan əlavə bəzi dəman preparatları qəbul eləyən insanlarda da ağızda acı dad əmələ gələ bilər.
Ağızda acı dadın qarşısını almaq üçün nə etmək olar?
Birinci növbədə ağız təmizliyi, ağız gigiyenası, dil təmizliyi önəmlidir.
Ya da istifadə olunan dərmanlardan sonra və ya siqaret çəkib… Siqaret çəkməyi, ümumiyyətlə, məsləhət görmürük. Çünki həm reflüksü, həm mədə problemlərini artırır, həm də bu kimi fəsadlara, bu kimi problemlərə səbəb ola bilir. Onlardan sonra su içməyi, dərman istifadə etdikdən sonra su içməyi, çay içdikdən sonra su içməyi məsləhət görə bilərik.
Bu tərz şikayətlədən çox narazı olan insanlar bəzi qarqaralarla ağız təmizliyini də, yəni dil təmizliyindən sonra bəzi qarqaralarla ağız təmizliyi, hətta ev şəraitində belə, duzlu su ilə belə gündə bir neçə dəfə ağızın və boğazın qarqarası belə faydalı ola bilər.
Qaraciyərin bir çox xəstəliklərində qaraciyər yağlanması görülə bilər. Amma birincili qaraciyər xəstəliyi olmadan qaraciyər yağlanması olursa, bu zaman “qaraciyərin yağlanma xəstəliyi” adlandıra bilirik.
Çünki cəmiyyətin üçdə birində harada isə qaraciyərinə baxsaq, yağlı qaraciyər görə bilərik.
Bu xəstələr əgər bərabərində şəkərli diabet, ifrat piylənmə kimi xəstəlikləri varsa, qaraciyər yağlanma faizi daha da yüksəlir və onlar ciddi morbidite, yəni daha ağırlaşmalarla və ölümə səbəb olan ağırlaşmalara gətirib çıxardığı üçün erkən mərhələdə diaqnozu və mütəxəssis tərəfindən izlənməsi önəmlidir.
Qaraciyər yağlanmasının səbəbləri?
Əgər xəstənin piylənməsi – obezite xəstəliyi, şəkərli diabeti varsa, “hiperxolesterolemiya” dediyimiz, yəni, ifrat lipid yükü varsa, bu zaman qaraciyərdə yağlanma əmələ gələ bilir. Yağlanma alkoqolik – spirtli içki qəbul edən insanlarda da olur – “alkolik qaraciyər yağlanması”, qəbul etməyənlərə “non-alkolik qaraciyər yağlanması” olaraq adlandırıldı, amma günümüzdə bu “metabolik xəstəliklərlə əlaqəli qaraciyər yağlanması” olaraq bəzi yerlərdə dəyişdirilmişdir.
Metabolik xəstəliklər – saydığım xəstəliklər varsa və ya metabolik xəstəliyə meyilli insanlar varsa, bunlarda qaraciyər xəstəliyi, həm yağlanması əmələ gəlmə faizi yüksəkdir. Ya şəkərli diabetə meyillilik, ya piylənməyə meyillilik varsa, bunlarda qaraciyərdə yağlanma əmələ gəlir.
Qaraciyər yağlanmasının irəli mərhələləri
Yağlanmanın da öz ayrı mərhələləri var.
Qaraciyərdə başlanğıc mərhələdə yağlanma qaraciyərin hüceyrələrinə zərər verməmiş ola bilər. Amma irəli mərhələdə bunu düzəltmirlərsə, yağlanma düzəlmirsə əgər, 5 il sonra, 10 il sonra bunlar qaraciyərin xroniki qaraciyər xəstəliyinə, qaraciyər sirrozuna və qaraciyər xərçənginə çevrilə bilər.
Qaraciyər yağlanması diaqnozu necə qoyulur?
Xəstələr ya izlədikləri bir xəstəlik – şəkər, təzyiqlə izlədikləri həkimin təyin etdiyi ultrasəs müayinəsi ilə diaqnoz qoyulmuş ola bilər və ona görə yönləndirilə bilər, ya da birbaşa skrinnq zamanı müəyyən oluna bilər.
Normal ultrasəs müayinəsində qaraciyər yağlanması aşkar olunur. Amma ən önəmli şey – qaraciyər yağlanması qaraciyərdə sərtləşmə əmələ gətiribmi, fibroz əmələ gətiribmi, xronik qaraciyər xəstəliyinə keçibmi – bunu müəyyən etməkdir.
Bunu müəyyən etməyin tək yolu, dəqiq diaqnoz üçün biopsiya lazımdır. Amma biopsiya da çox kiçik bir iynə ilə alındığına görə qaraciyərdə uyğun gələn yerə bağlı olaraq müxtəlif cavablar verə bilər.
Qaraciyər yağlanmasının mərhələsi necə təyin edilir?
Onun üçün günümüzdə çox araşdırılmalar aparılır invaziv olmayan üsullarla qaraciyər yağlanmasının qaraciyərə zərər verməsini müəyyən etmək üçün. Bir sıra düsturlar var. Qaraciyərin ultrasəs müayinəsi – elastoqrafiya ilə qaraciyərin sərtliyini hesablama, MR elastoqrafiya ilə qaraciyərin sərtliyini hesablama üsulları var.
Qaraciyər yağlanması izlənməlidir
Bunlar çox önəmlidir. Çünki yağlanma olan hər kəsə bir dəfə də olsa, bunlar məsləhət görülür Məsələn, şəkərli diabet xəstələrində vaxtaşırı olaraq onları izləyən həkimlər qaraciyər yağlanmasının dərəcəsini və ya qayaciyərdə sərtliyinin dərəcəsini müəyyən etməlidirlər ki, daha sonra qaraciyər sirrozu və əmələ gələ biləcək qaraciyər xərçənginin qarşısını ala bilək.
Fibroz varsa, artıq əgər qaraciyər yağlanmasını istər terapevt olsun, istər endokrinoloq olsun, izləyirsə, fibroz və xronik qaraciyər xəstəliyi varsa, bu həkim-qastroenteroloqa yönləndirilməlidir bu xəstələr ki, sonrakı izlənməsi həkim-qastroenteroloq tərəfindən aparılsın.
Qaraciyər yağlanmasının müalicəsi necə aparılır?
Qaraciyər yağlanmasının müalicəsi üçün çox araşdırmalar aparılıb.
Qaraciyərdə yağlanmanın sərtləşməyə, fibroza, xronik qaraciyər xəstəliyinə keçməsinin qabağını almaq üçün bir sıra dərmanlar araşdırılma mərhələsindən keçib və ya keçir. Amma heç biri praktikada öz əksini tapa bilməyib. Yəni, istifadə olunan dərman müalicəsi yoxdur qaraciyər yağlanmasında.
Əgər şəkərli diabeti varsa, onun müalicəsi, yüksək xolesterini varsa xəstənin onun müalicəsi, qaraciyər yağlanmasını azaldır. Ən əsası, xəstənin doğru qidalanması, diyetası və arıqlamasıdır. Yağlanma varsa, biz onlara müəyyən qidalanma rejimi məsləhət görürük və yaxından izləyirik.
Artıq çəkidən xilas olmaq qaraciyər yağlanmasını azaldır
6 ay müddətində, ən geci 1 il müddətində əgər bu xəstə artıq çəkilidirsə, bu çəkisinin təxminən 5-10 faizini verməlidir ki, qaraciyər yağlanması yüksək nisbətdə düzəlir.
Adətən, ultrasəs müayinəsi ilə baxırıq. Bir də qanda qaraciyər fermentlərində düzəlməni müşahidə edirik. Düzdür, qaraciyər fermentlərindəki yüksəklik və ya normal olması qaraciyər yağlanmasının qaraciyərə zərər verməsini birbaşa göstərən bir parametr deyil. Amma onları biz izləyərək qaraciyərdə yağlanmanın azaldığını görə bilirik və çalışmalarda da isbatlanmışdır ki, qaraciyər yağlanması olan insanlar əgər bədən kütləsinin 5 faiz verirsə, yağlanma azalır, 10 faiz verirsə, kəskin yağlanma – qaraciyərdə tam müalicə olunmuş ola bilir.
Qastro-ezofageal reflyuks xəstəliyi mədə möhtəviyyatının yemək borusuna gəlməsi nəticəsində əmələ gələn mədədə, yemək borusunda, döş qəfəsinin arxasında və boğazda yanma şikayətləri ilə seyr edən xəstəlikdir.
Bu reflyuks dediyimiz durum – mədə möhtəviyyatının yemək borusuna gəlməsi normalda fizioloji halda da olur insanlarda. Amma bu əgər xroniki hal alır və bəzi yemək borusunda yaralara, eroziyalara və xəstədə şikayətlərə səbəb olursa, buna “reflyuks xəstəliyi” adını veririk.
Ən çox verilən suallardan biri xəstələrin “Boğazım yanır, çox həkimlərə getmişəm, müalicələr almışam, keçmir” deyə gələn, müraciət edən xəstələr var. Bu xəstələr, adətən, qulaq-burun-boğaz həkimlərinə və ya terapevtlərə müraciət edirlər. Hər hansı patologiya aşkarlanmadıqda və ya reflyuks xəstəliyi ön diaqnozu ilə bizə yönləndirə bilirlər. Bunların altında qastro-ezofageal reflyuks xəstəliyi yata bilir ki, bunlar boğazda xroniki xəstəliklərin əmələ gəlməsinə belə səbəb ola bilir. Bəzən ağciyər xəstəliklərinin şiddətlənməsinə, boğaz xəstəliklərinin şiddətlənməsinə belə səbəb ola bilir.
Xəstəliyin diaqnozu və müalicəsi qastroenteroloq və ya terapevt tərəfindən aparıla bilər ki, müalicə sonrasında bu şikayətlər tam geriləyir.
Boğaz reflyuksu nədir?
Boğaz reflyuksu mədə içəriyinin yemək borusuna, oradan da yemək borusunda, üstündə olan sfinkter dediyimiz bir struktur vardır ki, oradan boğaza gəlir. Boğazın selikli qişası daha həssas olduğuna görə, boğaz bu mədə içəriyinə, turş içəriyə daha həssas olur və daha tez əlamətləri ortaya çıxır. Və bu xəstələrdə, adətən, mədə yanması və yemək borusunun döş qəfəsi altı yanma olmaya da bilər. Bunlar olmadan da boğazda şikayətlər ola bilər. Bu zaman “boğaz reflyuksu” – laringo-ezofageal reflyuksdan söhbət gedə bilər.
Reflyuksun diaqnostikası
Xəstələr gəldiyində “Zond udmalıyammı?” deyə bizə müraciət edirlər, “Zond udmadan müalicə ola bilmərəmmi?”
Qastro-ezofageal reflyuks xəstəliyinin diaqnozunda, adətən, anamnez aldıqda, xəstə ilə danışdıqda onun şikayətlərinə, əsasən, diaqnozu demək olar ki, qoyuruq. Amma bəzi həyəcan verici simptomlar ki var, xəstələr bu durumda mütləq endoskopik müayinə olmalıdırlar. Xəstənin əgər bu şikayətləri xroniki hal alıb və uzun illərdir bundan narahatdırlarsa, xəstələri bu narahat eləyirsə, bu xəstələr mütləq endoskopik müayinə olmalıdırlar. “Uzun il” dediyimizdə də 5 il və üstündə endoskopik müayinə mütləq şərtdir, məsləhət görürük.
Endoskopik müayinə yeni diaqnoz qoyulmuş reflyuks xəstələrində şərt deyil. Əgər bu xəstələrə öncə biz müalicəsini verib izləyirik, əgər müalicəyə cavab vermirsə, endoskopik müayinə mütləq edirik.
Reflyuksun “təbii yollarla” və dərmanla müalicəsi
“Olmaz ki, dərman istifadə eləməyim?”, “Evdə türkəçarə üsullarla müalicə eləyə bilərəmmi?” deyə soruşa bilirlər xəstələr.
Reflyuks xəstəliyinin əsas müalicəsi, “həyat tərzi, yaşam tərzi dəyişikliyi” dediyimiz, yəni istər diet, istər yaşam tərzində bəzi dəyişikliklər məsləhət görürük. Bunlar reflyuks xəstələrinin əsas müalicəsidir, yəni dərmansız əsas müalicəsidir.
Hansı yeməklərdən uzaq durmalıdırlar, necə qidalanmalıdırlar, hansı saatlarda qidalanmalıdırlar – bunları xəstələrə ətraflı olaraq biz başa salırıq. Bunlarla xəstələrin çoxu şikayətlərindən tamamən qurtulmuş olur.
Reflyuksun diaqnozunda endoskopik müayinə
Bunlardan fayda görməyən və ya kəskin şikayətlə baş vuran xəstələrdə dərman müalicəsi başlayırıq. Dərman müalicəsi reflyuks xəstəliyində bir az uzun müddət aparılması lazımdır.
Əgər xəstələr qidalanma dəyişikliyi, həyat tərzi dəyişikliyindən fayda görmürsə və ya müalicədən fayda görmürsə və ya müraciət etdiyində kəskin əlamətlərlə müraciət edirsə, bunlara endoskopik müayinə mütləq edirik. Bir də bunlara xəstənin həyəcanverici simptomları əlavə eləmək olar. Bunlar da varsa, endoskopik müayinə eləməliyik.
Endoskopik müayinədə reflyuks xəstəliyinə səbəb olan mədə patologiyaları aşkarlana bilər. Reflyuks xəstəliyinə səbəb olan yemək borusu ilə mədə arasında girişdəki qapaqcıq deyə adlandırılan “sfinkter” strukturunun boşalması, çalışmaması ya “diafraqmatik yırtıq” kimi patologiyalar təsbit oluna bilər ki, bunların qastroenteroloq tərəfindən diaqnozu və müalicəsi aparılmalıdır.
Müalicədən sonra təkrar reflyuks ola bilərmi?
Əgər endoskopik olaraq müəyyən olunmuş bəzi patologiya və mədə patologiyaları varsa, reflyuks xəstəliyinə səbəb ola biləcək onların müalicəsi sonrası reflyuks xəstəliyi təkrarlanmır əksər hallarda.
Amma əgər qidalanma dəyişikliyi ilə məsləhət görmüşüksə xəstəyə, bunları eləyib faydasını görüb və ya dərmana bağlı xəstələr olur, dərman müalicəsi istifadə eləməsə, xəstəliyin əlamətləri keçmir… Bu xəstələrdə, əlbəttə, həyat tərzi dəyişikliyi və dərmanla remissiyaya girir şikayətləri azalır. Bunları kəsdikdən sonra təkrarlanma ehtimalı, əlbəttə vardır.
İlk başda diaqnoz qoyduğumuzda xəstəyə daha sıx diqqət eləməyi məsləhət görürük, istər diet, istər digər dəyişikliklərə. Bunları yaxın təqib edərək qastroenteroloqun, həkimin, mütəxəssisin nəzarətində olaraq, xəstə ilə birə-bir onun qidalanmasını, həyat tərzi dəyişikliyin hamısını yaxın izləyərək bir az daha rahatlatma mərhələsinə keçə bilərik. Bu vəziyyətdə təkrarlanma ehtimalı vardır.
Reflyuksun əməliyyatla müalicəsi
“Əməliyyat olub canım qurtarsın” deyən xəstələr var.
Reflyuks xəstəliyində əgər dərmana bağlı xəstələr varsa və ya dərman istifadəsi sonrası dərmanın yan təsirləri ortaya çıxırsa, bu xəstəliyinin endoskopik və ya əməliyyat ilə müalicəsi vardır.
Əlbəttə, əməliyyat reflyuks xəstəliyində ən son baş vurduğumuz metodlardan biri olsa da, seçilmiş xəstələrdə əməliyyata yönləndiririk.
Xüsusən də, gənc yaşda dərmana bağlı yaşayan xəstələr əməliyyatdan fayda görə bilirlər.
, Müasir dövrdə endoskopik bəzi minimal invaziv əməliyyatlar vardır ki, reflyuks xəstəliyində endoskopik əməliyyatlar da oluna bilir.
Reflyuks xəçəng əmələ gətirirmi?
“Xərçəng ola bilərəmmi?” deyən, bizə müraciət edən xəstələr olur.
İstər endoskopiya sırasında, uzun müddət dərman istifadə edən xəstələrdə mədəsində poliplər əmələ gələ bilir, “Bunlar xərçəngə dönə bilirmi”, ya da “Reflyuks xəstəliyi xərçəng əmələ gətirə bilərmi?” deyə bizə müraciət edən xəstələr olur.
Reflyuks xəstəliyi yemək borusunda “ezofagit” dediyimiz “yemək borusunda eroziyalar” – yaralara səbəb ola bilir və ondan sonra da “barret ezofaqusu” dediyimiz yemək borusundakı hüceyrələrdəki dəyişikliklərə səbəb ola bilir. Barret ezofaqusu “xərçəngönü xəstəlik” adlanır ki, bunlar yaxından izləmə tələb edir.
Qastroenteroloqun nəzarətində olmalıdır bu xəstələr. Əlbəttə, onun ağırlıq dərəcəsinə görə, mərhələsinə görə nəzarət müddətini qastroenteroloq müəyyən edir ki, gələcəkdə xərçənglə nəticələnə bilən xəstəliklərdir.
Xüsusiyyətinə görə bəzən mədə poliplərinin də xərçəngə çevrilə bilmə ehtimalı vardır.
Qastroenteroloq mədə-bağırsaq sisteminin xəstəlikləri ilə məşğul olan; yemək borusu, mədə-bağırsaqlar, qalın bağırsaq, nazik bağırsağın ayrı-ayrı xəstəlikləri ilə məşğul olan; eyni zamanda qaraciyər, öd yolları və mədəaltı vəzinin xəstəliklərinin diaqnozu, müalicəsi və izlənməsi ilə məşğul olan mütəxəssisdir.
Hansı hallarda xəstələr qastroenteroloqa müraciət edirlər?
Xəstələr YA birbaşa bizə müraciət edə bilər, ya da qastroenteroloji xəstəlik diaqnozu qoyulmuş xəstələr – başqa bir həmkarımız tərəfindən diaqnoz qoyulmuş xəstələr bizə müraciət eləyə bilər. Bəzən də qastroenteroloji skrininq üçün, yəni bəzən gastroentroloji xəstəliklərin, özəlliklə, bədxassəli şişlərin skininqi üçün müraciət eləmələri lazımdır xəstələrin.
Ümumiyətlə, xəstələr, əlbəttə, hansı nə zaman qastroentroloqa müraciət edəcəklərin özləri tam bilə bilməzlər. Ümumiyyətlə, götürək qarın boşluğu ilə əlaqəli şikayətləri varsa, xəstənin qarın ağrısı və ya mədə şikayətləri dediyimiz qarnın üst hissəsində ağrı, yanma, şişkinlik, qəbizlik, ishal, bu kimi durumlarda xəstələr bizə müraciət edə bilərlər.
Amma bundan əlavə xəstələrin fərqli bölümlərə müraciəti sonrasında da altda yatan qastroenteroloji xəstəlik, əgər müəyyən olunursa, o zaman da başqa həmkarlarımız tərəfindən də bizə yönləndirilən xəstələr olur.
Hansı xəstəliklərdə xəstəni qanstroenteroloqa yönləndirirlər?
Xroniki xəstəlikləri varsa xəstənin – “qastroezofageal reflyuks” xəstəliyi varsa, qastriti varsa, qaraciyərin virus hepatitləri varsa, autoimmun qaraciyər xəstəlikləri varsa, “pankreas” dediyimiz mədəaltı vəzinin xroniki və ya kəskin xəstəlikləri varsa, öd daşı xəstəliyi – əgər daş öd yollarına düşübsə… Yəni bu durumda, bunların müalicəsi üçün xəstələr qastroenteroloqa yönləndirilirlər. Xroniki xəstələrin müşahidəsi mütəxəssis qastroenteroloq tərəfindən aparılmalıdır.
Eləcə də bağırsaqların, “çölyak” xəstəliyi kimi “inflamatuar bağırsaq xəstəliyi” dediyimiz “xoralı kolit”, “kron xəstəliyi” kimi bu xroniki xəstələr də birbaşa qastroenteroloq nəzarətində olmalıdırlar.
Bunlarla yanaşı xəstələr başqa həkimlər tərəfindən izlənilirsə, başqa xəstəliklərlə, o izləyən həkimlərin də bildiyi kimi, bəzi əlamətlər olduqda qastroenteroloqa yönləndirirlər.
Məsəl üçün, ürək xəstəliyi olan biri çox dərman istifadə edirsə, qan sulandırıcı dərmanlar və ya ağrıkəsici dərmanlar bunların mədə problemləri əmələ gələ bilər. O zaman qastroenterologiya şöbəsinə yönləndirilirlər.
Revmatoloji xəstəliklərdə, xəstənin bərabərində yanaşı “inflamatuar bağırsaq xəstəliyi” dediyimiz autoimmun xəstəliklər, xəstənin immun sistemi ilə əlaqəli xəstəliklər eyni zamanda gedə bilər. Bu durumda da xəstə qastroenteroloqa yönləndirilir.
Məsələn, şəkərli diabet xəstələri olsun, obezite, yəni ifrat piylənmə olsun… Bu durumda da xəstənin yanaşı gedən ciddi qaraciyər yağlanması varsa, bunlar da qastroenteroloqun nəzarətində olmalıdır ki, irəlidə başqa daha ağır fəsadlarla bizə gəlməsin deyə vaxtında bunlar bizə yönləndirilməlidir.
Qastroenteroloqlar hansı müayinə və müalicə üsullarından istifadə edir?
Diaqnozda endoskopiya, kolonoskopiya, ERCP öd yollarında və mədəaltı vəzin xəstəliklərində istifadə olunur. “Endoskopik ultrasonoqrafiya” dediyimiz metodlarla xəstələrin diaqnoz və müalicəsini aparırıq.
Bunlardan əlavə bir qrup xəstələr də vardır ki, xüsusilə də, yetişkin qastroenteroloqlar… Uşaq qastroenteroloqu ayrı olur, yetişkin qastroenteroloqu ayrı olur.
Müəyyən yaşdan sonra, 50 yaşdan sonra tövsiyə olunan, hətta o indi bəzi ölkələrdə daha önə çəkilir, 45 yaşa çəkilir, 50 yaşdan sonra hər bir insan mütləq qastroenteroloq müayinəsinə gedib, kolonoskopiya incələnməsi olmalıdır.
Kolonoskopiya incələnməsi bir uzun zontla bağırsaqdan girib qalın bağırsağa baxırıq. Bunun üçün biz “sedasiya” dediğimiz metodla, xəstəni damardan verilən bir dərmanla yatızdırırıq və daha komfortlu bir şəkildə xəstəyə intubasiya eləmədən, nəfəs yoluna boru taxmadan, yatızdırıb təxminən 15 dəqiqə ilə yarım saat arasında çəkən bir prosedurda xəstənin yoğun bağırsağını incələyirik.
Çünki yoğun bağırsaq xərçəngi, eləcə də mədə-bağırsaq sistemi xərçəngi adətən yoğun bağırsaqda olan “polip” dediyimiz bir xal kimi, onlardan əmələ gəlir, “ət xalı” kimi bağırsağın içində… Çoxu onlardan əmələ gəlir. Onları erkən mərhələdə müəyyən eləmək, vaxtında onun diaqnozunu qoymaq xəstəni yoğun bağırsaq xərçəngindən qorumuş olur.
Ona görə 50 yaşından sonra bütün insanlar mütləq bir dəfə də olsa, bu müayinəni keçməlidirlər.
Ondan sonrakı müşahidəni, əlbəttə, qastroenteroloq həkim müəyyən edir. Orada müəyyən olunan bir patologiya varsa, ona görə ondan sonrakı müşahidənin hansı ardıcıllıqla, hansı vaxtlarda olunmalıdır, onu qastroenteroloq, mütəxəssis müəyyən edir.
Rutin skrininq məsləhət görülmür endoskopiyada, amma şikayəti olan xəstələrdə əgər həyəcanverici simptomlar dediyimiz bizi “alert” edəcək simptomlar varsa, xəstələrə endoskopik müayinə də məsləhət görürük.
Endoskopik müayinə də yenə daha incə bir zontla, yenə eyni şəkildə damardan verilən dərmanla sedasiya sonrası ağızdan bir zontla, mədəyə 12 barmaq bağırsağa və yemək borusuna baxış keçiririk.
Ailəsində mədə-bağırsaq sistemi xərçəngi olanlar
Burada vurğulamaq istədiyim ən önəmli şey əgər birinci dərəcə qohumlarında mədə-bağırsaq sistemi xərçəngi diaqnozu qoyulubsa, o diaqnozun qoyulduğu yaşdan, deyək ki, qardaşında, atasında mədə xərçəngi, bağırsaq xərçəngi diaqnozu 50 yaşında qoyulubsa, 40 yaşında… Yəni normal skrininq 50 yaşından sonra məsləhət görülsə belə, bu xəstələrdə o diaqnoz qoyulan zamandan 10 il öncədən mütləq bu şəxslər qastroenteroloq müayinəsindən keçməlidir və gərəkirsə, lazımdırsa endoskopik və kolonoskopik müayinə mütləq olmalıdırlar.
Bağırsaqlarda və mədədə olan poliplər, bunlar zamanla yavaş-yavaş bağırsaq xərçənginə doğru yol ala bilirlər ki, bunların daha vaxtında müəyyən olub aşkarlanması çox qısa və bəsit bir prosedurla – “polipektomiya” dediyimiz, yəni o polipi kəsib çıxarmaqla tamamən bağırsaq xərçəngi olacaqsa və ya mədə xərçəngindən qorunmuş olurlar.