Plevra ağciyərlərin səthini örtən, döş qəfəsin iç divarını örtən, iki hissəsi olan bir təbəqədir, zardır. Bir İki qisim arasında bir boşluq yerləşir. Buna plevral boşluq deyirik. Normal şərtlərdə insanlarda bu plevral boşluqda ağciyərlərin rahat hərəkətini təmin edən bir maye olur, təxminən 20 ml maye olur bu boşluqda.
Əgər hər hansı bir şərtlər olarsa, yəni bir xəstəlik olarsa, burdakı maye artış göstərir. Buna plevral effuziya və ya plevreziya deyirik.
Mayenin yaranma səbəbi olaraq, yəni bir infeksiya, ya da başqa bir səbəb olarsa, buradakı plevral maye getdikcə arta bilər və yaxud da sorulmaq olaraq, geri sorulması pozulduqda plevral boşluqda ciddi şəkildə maye yığıla bilir.
Əsas səbəblər olaraq: ürək çatışmazlığı, pnevmoniyalar, viral, bakteriyal və yaxud da göbələk infeksiyalarına bağlı olaraq, travmalarda, xüsusən qabırğa qırıqlarında biz görürük,
Bu səbəblərdən ağciyər xərçəngində və yaxud da başqa bir orqanların plevraya olan metastazlarında, plevral damarlar tıxandıqda hər hansı laxtayla – pulmonar emboliya deyirik, bu zaman və yaxud da ürək-damar əməliyyatlarından sonra ağırlaşma olaraq qarşımıza çıxır.
Böyrək çatışmamazlığında, qaraciyər çatışmamazlığlarında qarşımıza plevral effuziyalar və ya plevral plevreziya dediyimiz plevral maye artışları qarşımıza çıxır.
Ağciyərlərə su yığılmasının əlamətləri
Xəstələrdə şikayət olaraq: təngəfəslik, nəfəs alarkən batma hissi, kürək ağrısı və ya sinə ağrısı, düz yata bilməmə şikayəti, boğulma şikayəti, döş qəfəsinin yan tərəfində yanma şəklində ağrılar, şikayətlər olur.
Ağciyərlərə su yığılmasının diaqnostikası
Diaqnostikasında öncəliklə xəstədən tibbi bir hekayə dinlənilir. Xəstənin anamnezi toplanılır və bir neçə metoda başvurulur.
Bunlar rentgen, ultrasəs müayinə, döş qəfəsinin kompyuter tomoqrafiyası şəklində diaqnostik metodlar, radioloji metodlardır ki, bunları istifadə edərək biz plevral mayenin həcmi, harada yerləşdiyi, sərbəstmi, ya da hər hansı bir boşluqda, qapalı bir yerdə və ya lokal olaraq, yeri olaraq harada yerləşdiyi tam olaraq müəyyən olunur.
Ağciyərlərə su yığılmasının müalicəsi necə aparılır?
Xəstəyə bir neçə prosedura icra oluna bilir yəni göstərişdən asılı olaraq.
Torasentez – iynə vasitəsilə yerli keyitmə olunaraq qabırğa arasından girilərək həmin plevral mayedən örnək alınması prosesidir. Bir nümunə alınır və analizə göndərilir və ona görə xəstənin müalicəsi müəyyənləşdirilir.
Drenaj dediyimiz metodda qabırğa arasından bir drenaj kateter və boru yerləşdirilir və oradan maye həm boşaldılır, xəstənin şikayətləri geriləyir və bir nümunə, örnək də alınır ki, xəstənin hansı səbəbdən mayesi yığılıbsa, ona uyğun müalicəsi başlanılsın.
Əgər xəstədə bir bakteriyal infeksiya düşünülürsə, təbii ki, antibiotik müalicəsi başlanılır.
Vərəm şübhəsi varsa və ya vərəm alınan nümunə də təsdiqlənirsə, protokola uyğun vərəm müalicəsi alır.
Xəstədə hər hansı bir onkoloji proses, xərçənglə əlaqəli bir düşüncə varsa, şübhə varsa və ya təsdiq olunubsa, buna uyğun da xəstə medikal onkoloqun və cərrahın bərabər olaraq konsultasiyası ilə uyğun müalicəsini alır.
Xəstələrdə bəzən plevral mayelər, xüsusən də xərçəng xəstələrində təkrarlaya bilir.
Bu zaman plevradez deyilən bir proseduradan istifadə edirik. Yəni xəstənin qabırğa arasından yerləşdirilmiş kateteri və yaxud drenaj borusu vasitəsi ilə içəriyə xüsusi maddələr verilir ki, bu “talk”dır, adətən biz daha çox buna üstünlük veririk.
“Talk” xüsusi bir tozdur, plevral boşluğa yeridilir və bunun vasitəsi ilə bir süni iltihab yaranır orada və plevral yarpaqlar, plevra təbəqələri ağciyər səthini örtən və döş qəfəsinin iç tərəfini örtən təbəqələr bir-birinə yapışaraq potensiyal boşluq aradan qaldırılır və xəstənin bir daha ağciyərində olan maye təkrarlanmamış olur.
Bundan başqa əgər bizim torasentes və ya drenaj vasitəsi ilə aldığımız nümunələrdə hər hansı bir nəticə yoxdursa, diaqnostik olaraq yetərli deyilsə, onda biz qapalı metoda baş vururuq. Bu, videotorokoskopiya prosedurasıdır.
Burada biz bir neçə 1-2 sm nöqtələrdən kəsiklər vasitəsi ilə kameranın köməyi ilə plevral boşluğa giririk və oradan, plevradan çoxsaylı biopsiyalar alıb onu xüsusi analizə, patohistoloji müayinəyə göndəririk və gələn nəticəyə görə xəstə müalicəsini alır.
Uzman Dr. Nurlan Əlizadə, Torakal cərrah