Xəbərlər / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.


Preeklampsiya diaqnozlu hamiləliyi 28-ci həftəyə qədər davam etdirə bildik. 28-ci həftədə ananı xilas etmək üçün hamiləliyi dayandırmağa məcbur olduq. 1000 qr çəkiylə vaxtından əvvəl doğulmuş körpənin qayğısına isə yenidoğulmuşların reanimasiyası şöbəmiz qaldı. Körpə 1800 qr çəkiyə çatdırılaraq sağlamlıq problemləri olmadan ana ilə birlikdə evə yola salındı. Dünyanın bir çox yerində belə hamiləliklər ananı xilas etmək üçün uşağı qurban verməklə nəticələnir. Ege Hospital komandası olaraq həm ananı həm körpəni xilas edə bildiyimiz üçün sevincli və qürurluyuq.

 

 

 


sonsuzlugun_mualicesi-1200x1800.jpg

27 January 2021 Xəbərlər0

Xəstəxanamızda 15 ildir sonsuzluqdan əziyyət çəkən ailənin əkiz körpələri dünyaya gəlib. 

Uzun illər övlad həsrəti ilə yaşayan ananın hamiləliyi də asan keçmədi. 

Əməliyyatdan sonra açıqlama verən həkimimiz Ege Reproduktiv Təbabət Mərkəzinin sonsuzluq üzrə mütəxəssisi Uzm.Dr.Olcay Turgut 24-cü həftəyə çatdıqda uşaqlıq boynunda açılma – servikal yetməzliklə qarşı-qarşıya qaldıqlarını bildirdi. Olcay həkim kiçik müdaxilə ilə vəziyyəti nəzarətə götürdüklərini qeyd edərək “Tikiş qoyduq, hamiləliyi bu həftələrə qədər çatdırdıq və körpələrimizi sağlam bir şəkildə dünyaya gətirdik” dedi.

Uşaqların və ananın vəziyyəti yaxşıdır və bir neçə gün xəstəxanada qaldıqdan sonra evə yazılacaqlar.

 


1_qarabag_qazisi_xaqani_selimov-1200x675.jpg

21 January 2021 Xəbərlər0

Ege Hospitalda Qarabağ qazisinə süni ürək köçürülməsi əməliyyatı icra edilib. Artıq əməliyyatdan 3 ay keçib və o normal həyatını yaşadığını bildirir.

Xocalı hadisələrinin canlı şahidi, Birinci Qarabağ Müharibəsi qazisi Xəqani Səlimova Ege Hospitalda süni ürək köçürülüb. Əməliiyatı ürək-damar cərrahı, millət vəkili, T.e.d Rəşad Mahmudov icra edib. Əməliyyatda həmçinin Ege Universiteti Tibb Fakültəsi, Ürək və Damar Cərrahiyəsi Kafedrasının müəllimi, ürək və damar cərrahı Prof.Dr Tahir Yağdı və xəstəxanamızın komandası iştirak edib.

Qarabağ qazisi Xəqani Səlimov 18 sentyabrda vəziyyətinin ağırlaşdığını, yaxşılaşmasına ümidin olmadığı üçün xəstəlik tarixçəsinə baxdıqdan sonra heç kimin onu qəbul etmək istəmədiyini bildirib. Daha sonra Ege Hospitala üz tutan qazinin sağalması üçün burada bütün imkanlar səfərbər edilib, ən kiçik bir şans belə qiymətləndirilib.

Qazini əməliyyat etməyə qərar verən Dr.Rəşad Mahmudov bu əməliyyatın sadəcə bir insanın həyatının qurtarılması deyil, həm də başqa mənəvi dəyər daşıdığını qeyd edərək “Çünkü bu həm də Xocalıdan uzaq düşmüş Azərbaycan əsgərinin qayıtma şansını, ümidləri doğrultma əməliyyatıdır.” deyib.

Qazi əməliyyatın keçirildiyi ərəfədə həyatında əlamətdar hadisənin baş verdiyini, ilk nəvəsinin dünyaya gəldiyini və İkinci Qarabağ Müharibəsinin başladığını deyib. O baba olmasının və Qarabağ döyüşlərindən gələn zəfər xəbərlərinin, bir gün yenidən uşaqlığının keçdiyi, böyüdü o torpaqlara qayıtma ümidinin onda yaşamaq üçün böyük stimul olduğunu qeyd edib.

Dr. Rəşad Mahmudov müayinə zamanı ürəyin gücünün 12-13% olduğu və gələcəkdə canlılığın bərpası ilə əlaqədar heç bir ümidin olmadığı bir vəziyyətlə qarşı qarşıya olduqlarını bildirib. “Hər nə qədər süni ürək transplantasiyası kimi imkanlar olsa da, bu xəstəmizdə ciddi infeksiyanın və sepsisin olması bütün bu şansları əlimizdən alırdı.” deyən Rəşad həkim reanimatoloq Uzman Dr.Murat Asıliskender, infeksionist Uzman Dr.Nuri Beslen, terapevt Uzman Dr.Xəyyam Eyvazovun səyləri nəticəsində infeksiyanın, ürək çatışmazlığının nəzarət altına alındığını və xəstəni əməliyyata hazırladıqlarını qeyd edib. 

Uğurlu keçən əməliyyatda planlaşdırılan sol mədəcik köməkçi cihazı problemsiz bir şəkildə implantasiya olunub.  Sonrakı mərhələdə reanimasiya, əməliyyat sonrası periodu olub və bədənin bu cihaza adaptasiyası üçün vaxta ehtiyac olub. 2 həftəlik təqiblər sonrasında xəstə sağ salamat evinə göndərilib.

Əməliyyatdan sonra özünü 30 yaşındakından daha gümrah, güvənli hiss etdiyini bildirən qazi “İstəyirəm Azərbaycanda Rəşad həkimlər çoxalsın” deyə qeyd edib.


ege_hospital_bayragi_antarktidada.jpg

9 December 2019 Xəbərlər0

Dünyanın müxtəlif yerlərini gəzib təəsüratlarını kitablarında oxuyucuları ilə bölüşən dəyərli yazıçımız Rövşən Abdullaoğlu bu dəfə insan yaşamayan materikə, buzlar ölkəsi Antarktidaya yola düşüb.

Fiziki hazırlıqla bərabər böyük maddi vəsait də tələb edən bu səfərdə yazarımızın yanında olmaq Ege Hospital olaraq bizim üçün məmnuniyyət vericidir. Səfərə yola düşmədən öncə xəstəxanamızda ciddi müayinələrdən keçən yazıçı Rövşən Abdullaoğlu gələcəkdə birlikdə başqa maraqlı layihələr həyata keçirəcklərini bildirib.

Noyabrın 21-də yola çıxmış yazıçı, öz rəsmi sosial hesabında paylaşdığı məlumata görə, artıq Antarktidadadır. Yer kürəsində öz ibtidai təbiətini qoruyub saxlamış yeganə böyük ərazi olan Antarktidada stansiyalara getmək, onların elmi fəaliyyəti ilə yaxından tanış olmaq da yazıçının səfər planına daxildir.

Bestseller əsərlərin müəllifi yazıçımıza bu maraqlı və təhlükəli səfərdə uğurlar arzulayır, gözəl təəssürat və maraqlı məlumatlarla vətənə geri dönməsini arzu edirik.


65f369c2c1762dc96aac97defeee859c.jpg

14 November 2019 AksiyaXəbərlər4

Ege Hospitalda riskli ve normal hamilələrin təqibi,ultrasəs müayinəsi,normal doğum və keysəriyyə,keysəriyyə sonrası normal doğum, sonsuzluğun müalicəsi, aile planlama, vaginal infeksiyaların müalicəsi,uroginekoloji problemlər, genital estetika və bu kimi bütün növ ginekoloji xəstəliklərin müalicəsi konservativ ve cərrahi yolla yüksək peşəkarlıqla həyata keçirilir.


0156bb0d3d0095fa27d5eb4d806d936b-1.png

14 November 2019 Xəbərlər0

5 Dekabrda “Boutique-Baku” jurnalının 3 aylıq qış buraxılışının təqdimat tədbirində EGE Hospital tərəfindən iştirakcılara Kardioloji Check-up paketi hədiyyə edilib. EGE Hospitalın baş həkimi və ümumi cərrahı Op. Dr. Aytekin Başargan tərəfindən təqdim edilən 5 suala düzgün cavab verən iştirakcılara 40 yaşdan aşağı/40 yaşdan yuxarı Check-up paketləri hədiyyə edildi.


2f0c35b95b4076357dd7917184b6217a.jpg

14 November 2019 Xəbərlər0

ABŞ-nın Klivlend klinikasında calışmış, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı İnvaziv Kardioloqu Dos. Dr. Uygar Çağdaş Yüksel Ege Hospitalda fəaliyyətə başladı.

Dos. Dr. Uygar Çağdaş Yüksel 1999-cu ildə Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) Hərbi Tibb fakultəsini bitirib. 2002-2006-cı illərdə  Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) Hərbi Tibb fakultəsi/ Daxili Tibb Bilimləri Bölümü/ Kardiologiya üzrə uzmanlıq təhsili alıb. 2014-cü ildə Dosent adını qazanıb.

Uzun illər ABŞ-nın Klivlend klinikasının İnvaziv Kardiologiya şöbəsində çalışıb.  Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) İnvaziv Kardiologiya şöbə rəhbəri olaraq çalışıb.

Ürəklə bağlı hər hansı narahatlığınız olduqda, Ege Hospial müraciət edə bilərsiniz.

İnvaziv Kardioloqu Dos. Dr. Uygar Çağdaş Yükselin qəbuluna yazılmaq üçün əlaqə:

1117

+994 12 599 11 17

+994 50 299 11 17


a9b3b621ab95b57a53064b204e51e7a2.jpeg

14 November 2019 Xəbərlər0

Noyabrın 2-də Uşaq Nevroloji Xəstəxanasında EGE Hospitalın Neyrocərrahı Dos. Dr. Özkan Tehlinin “Pediatrik Neyrocərrahiyyə” mövzusunda təqdimatı oldu.

Təqdimatda pediatrik neyrocərrahiyyə, pediatrik neyrocərrahiyyənin tarixçəsi, konjenital (hidrosefaliya, beyin malformasiyaları və s.), şiş, travma, vaskulyar, funksiyonal(epilepsiya cərrahiyyəsi və s.) bölmələri barədə geniş məlumat verildi.

Uşaq Nevroloji Xəstəxanasının tibb heyətinin böyük marağına səbəb olan təqdimatın sonunda suallar ətrafında fikir mübadiləsi aparıldı.


e19fc4a3a21f43e3a062c355b2b4ca3d.jpeg

14 November 2019 Xəbərlər0

Sol böyrək daşı olan 60 yaşılı Alustan Əliyev uzun müddət müalicə almasına baxmayaraq, uğursuz nəticələnib. Sonunda pasiyent EGE Hospitala müraciət edib. EGE Hospitalın yüksək ixtisaslı Uroloqu  Op. Dr. Akın Avcı tərəfindən pasiyentə bütün lazımi müayinələr keçirilərək “Piyelolitotomi” cərrahi əməliyyatı uğurla icra olundu. Əməliyyatdan sonra xəstə qısa zamanda tam sağlamlığına qovuşdu.  EGE Hospital ilə sağlamlığınız güvənli əllərdə!




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!