COVID – Delta ştammı və uşaqlar
İlk öncə dedilər “Uşaqları virus tutmur”. Sonra da dedilər “Tutur, zəif keçir” filan…
Həqiqətən də, ölüm faizləri belə 1 faizin altında idi ilk başda.
İndi bölüblər “Birinci dalğa”, “İkinci dalğa”… Dördüncü dalğanı yaşayırıq artıq. İlk dalğalardan çox az ölüm faizləri gəlirdi, həddindən artıq. Uşaqlar çox az tuturdu..
İndi “Delta variantı” çıxıb. Bu variantların sayı artacaq deyə düşünürəm. Bu pandemiya müddəti uzandıqca bu mutasiya ilə dəyişmə artır. Artır onsuz da… “Delta”sında, “etta”sında bütün o latın qrafikasında olan bütün hərflər çıxacaq.
Bu delta ştammı… Digərləri kimi dad, qoxu filan itirmir. Ən çox şikayəti temperatur, burun axıntısı, boğaz ağrısı və mədə-bağırsaq pozuntusu. Mədə-bağırsaq pozuntusu altda qalır. Əsas odur ki, burun axıntısı, boğaz ağrısı, bir də temperatur. Və temperaturlar düşməyən temperaturlar, qızdırmalar olur həddən artıq. “Düşürə bilmirəm” – ailələr müraciət edirlər.
Delta variantı uşaqlar arasında da yayılır
Bu deltanın xüsusiyyəti çox sürətli yayılmasıdır. Həddən artıq çox sürətlə yayılır. Bir ailədə hər kəs test vermir ki… 1 nəfər verir – “Korona pozitivdir”… Heç uşaqlardan mən indiyə kimi…
Uşaqlardan Azərbaycanda statistika niyə yoxdur? Çünki heç kimin uşağı vermir.
Çox nadir hallarda… Görür vəziyyəti çox ağırlaşır, onda gedir testini verir – PCR testin verir, “Hə, pozitiv gəldi” və ya da “Neqativ gəldi.” Çox az. Ona görə də Azərbaycanda statistika uşaqlar haqqında deyə bilmirik.
Dünya statistikasında COVID-li uşaqların sayı
Avqustun 8-nə olan, sadəcə indi maraqlı gəldiyi üçün deyirəm, Florida ştatında… Amerikanın 51 ştatı var, məsələn, onların sadəcə 1 dənə ştatında 178 uşaq bu delta ştammına yaxalandı.
Hə, reanimasiya girmə şansı… Bunların yatış çox az bir hissəsidir. Amma hamısında çox sürətli şəkildə qızdırması… Stasionar yatışları olub bunların içində.
Qazaxıstanda 72 uşaq eyni gündə olmuşdu. Almatada.
Bunların içindən dördü reanimasiyaya girmişdi.
Düzdür, uşaqlarda, indi əvvəlki kimi də deyəcəyəm sizə ki, ağır getmir.
Kimlərdə ağır gedir? Altda yatan bir xəstəliyi varsa. Və bir də ailələr özbaşına dərman preparatları istifadə etdiyində o daha da aqressivləşdirə bilir. Belə ümumilikdə götürdükdə, həqiqətən, uşaqları delta tutur. Ağır forması keçəni də var, yüngül forması keçəni var. Çox da yayılıb, həddindən artıq.
Qızdırması olan hər uşaq korona deyil!
Son dönəmlərdə səbəbi bilinməyən qızdırmalarla çox müraciətlər olur. Hər səbəbi bilinməyən qızdırmalar korona demək deyildir. Təbii ki, biz pandemiya dönəmində yaşayırıq. Mənə bu dəqiqə müraciət gəlir. Ortalama statistika – görürəm ki, bu dönəmdə qrip olmaz, bu dönəmdə başqa xəstəlik olma şansı az olduğu üçün, qrip sezonu deyil çünki, hər gələnə, qızdırması olana mən korona kimi baxıram. Çünki pandemiya dönəmində yaşayırıq. Amma hər gələn qızdırması olan korona deyildir.
Son dönəmlərdə mədə-bağırsaq sisteminin pozuntusu ilə gəlirlər. Özü də ishallar olur. Gün içində 4-5 dəfə. Əvvəl temperaturla başlayır. Yüksək temperatur sonra ishallarla davam edir.
Elə mənə müraciət edənlərdən danışım. Bu son 1 həftənin içərisində 5 dəfə – 5 uşaqda nəcisində rota virus pozitiv gəldi. Elə hər kəs onda korona deyil yəni, delta deyil. Rota virus…
Rota virusa qarşı peyvənd oluna bilər uşaqlar
Delta ştammı, korona mədə-bağırsaq sistemini pozurmu? Pozur. Amma hər mədə-bağırsaq pozuntusu da delta demək deyildir. Roto viruslar həddən artıq gəlir.
Bütün dünyada var, Azərbaycanda da var.
Rota virusunun peyvəndləri var. 2-4 cü aylarında bu peyvənd vurulur. Bu dəqiqə ödənişlidir o peyvəndlər. Dünyada, Türkiyədə də ödənişlidir, başqa yerdə də ödənişlidir. Peyvənd protokoluna daxil olunacaq, inşallah, yaxın zamanlarda. O da pulsuz olacaq. Amma hal hazırda pulludur və bütün ailələrə 2-4 aylarında, bu aylarda çox, həddən artıq çox şiddətli gedir. Ona görə rota virus peyvəndinin vurulmasını məsləhət görürəm.
Uşağın qızdırması qalxıbsa, yaşına baxırıq
Çox verilən suallardan da – “Evdə qızdırmam var. Uşağın qızdırması çıxıb.”
Birinci, uşağın yaşı çox önəmlidir. Niyə? Yenidoğulan dönəmində… Ümumiyyətlə, 3 ayın altındadırsa, bu uşağı xəstəxanada həkimin görməsi lazımdır. Yenidoğulan, məsələn, 28 gün, 1 ayın altındadırsa, mütləq qızdırması varsa, xəstəxanada yatar.
3 ayın altında həkim görməsi lazımdır, 1 yaşın altında diqqətli olması lazımdır. Bu yaş önəmlidir.
Amma indi deyək ki, 3 ayın üstündə uşağın qızdırması var və ailədə də qızdırmalı var və bu uşağa necə yanaşmalıyam? Birincisi, həkimə müraciət eləsələr, çox gözəl olar. Amma indi son dönəmlər mənə də zənglər gəlir – “Müəyyən bir səbəblərə görə gələ bilmirik”. Evdə birinci qızdırmasalıcı preparatlarının necə istifadəsini bilmələri lazımdır. Necə gəldi istifadə olunur.
Qızdırmasalıcı preparatlardan necə istifadə edilməlidir?
Bax, bildiyimiz beynəlxalq dərman preparatlarından “parasetamol tərkibli” var. Onun şamı var, siropu var… Ailələr bilməsi lazımdır ki, kilo başına hesablanılır, üzərində yazılan rəqəmlərlə deyildir. 5 yaşına qədər filan qədər ver, 3 yaşına qədər… Belə bir şey yoxdur. Kilo başına 5 yaşında 50 kilo da ola bilər və 5 yaşında 5 kilo da ola bilər. Məsələn, deyirəm, misal gətirirəm sadəcə olaraq. Odur ki, kilo başına. Parasetamol tərkibli 10-15 milliqram kiloqram doza, hər dəfə verəndə kilo başına. 10 kilodursa, 150 milliqram verə bilirsiniz 15-dən.
“İbuprofen tərkibli” olanlara isə 10 mq/kq. Bunların da müxtəlif formaları var, satışlarda baxa bilərlər. Mən sadəcə olaraq tərkib olaraq deyirəm. Bunlardan istifadə edə bilərlər.
Qızdırmanın həmin dəqiqə düşməsini istəmirik
37,5-ə qədər müdaxilə etmirik. Qızdırma müdafiə sistemidir, əslində. 38 və üzərinə çıxdığında artıq müdaxilə edirik, qızdırmasalıcılardan istifadə edirik.
İlk öncə sizə, ailələrə bütün məsləhətim ilıq su ilə, ilıq deyək ki, bir tənziflə vücudunun silinməsi, qoltuq altlarının, qasıq nahiyələrin silinməsidir. Özü də yüngül tip şeylərdə daha… Çünki həmin dəqiqə salmaq istəmirəm ki, qızdırmanı aşağı. Çünki qızdırma müdafiə sistemidir. Qoy yavaş-yavaş düşsün.
Qızdırmasalan dərmanlar yarım saat sonra təsir etməlidir
Verdiyimiz preparatların… Bax, parasetamol tərkibli bir preparatı verdiyimizdə 45 dəqiqədən sonra təsirini göstərir. “Ay doktor, verdim, düşmədi” – Belə bir şey yoxdur. Verən kimi düşməz ki. Heç düşməsini də istəmirəm. 45 dəqiqədən sonra təsir edir.
İbuprofen tərkibli dərmanlar isə yarım saat sonra təsirə başlayırlar. Görürsünüz, bunlar dərmanı özləri elə hesablamışlar hamısı ki, “Həmin dəqiqə düşməsini də istəmirəm”.
Hə, “Doktor, qorxuruq, birdən panik oluruq, sudurqa keçirər.” İndi, qıcolmalar kimi keçirdə bilir. Bu sadəcə 1 faizdir. Qızdırmasalıcı var satışlarda, verirsən həmin bir saniyə içərisində düşürür. Hətta 36-nın altına endirir. Elə bir qızdırmasalıcıların istifadə olunması qəti qadağandır!
Ailədə korona varsa, uşaqları necə qoruyacağıq?
Ailədə korona var. Uşaqları necə qoruyacayıq?
Ekstradan heç bir dəyişiklik yoxdur. Yenə də maskasını taxsın, gigiyena qaydalarına diqqət etsin, əlini, ağzını tez-tez yusun, otağı havalandırsın. Yeməsinin, yatmasının düzənini pozmasın.
Qorumaq budur. Başqa, bir ailədə əgər anada-atada pozitiv çıxıbsa, o deməkdir, uşaqlar da təmas ediblər. Ay, “Uşaqlar başqa yerə göndərim, ayırım, olsun” filan.. Xeyr! Onsuz da, təmas ediblər. Getsə, o gedəcəyi yerin ailələrini və ya oradakı yaşayanları yoluxdura bilərlər. Ona görə elə ailə içərisində qalsınlar, bol mayesini içsinlər.
Virusdur da.. El arasında da deyirlər “Müalicə eləsən bir həftə, eləməsən 7 gün çəkir.” Qorxmağa gərək yoxdur. Qızdırma olduğunda qızdırmasalıcıları verilsin, bu dediyim də preparatlardan və dozası ilə.
Korona xəstəsi ana körpəsinə süd verə bilərmi?
Özəlliklə, süd verən analar çoxlu mesajlar yazır, ya da əlaqə saxlayırlar. Mənə bildirirlər ki, “Süd verirəm, doktor, korona keçirtmişəm. Uşağı ayırımmı süddən?” Xeyr! Əsla elə şey yoxdur. Hətta deyilir ki, südün miqdarını artırın.. Süddə qoruyuculuq var, immunoqlobulin var və bu olan immunaqlobulinlər uşağa daha da keçsin, immun sistemini aktivləşdirsin.
Hə, ana nə eləməlidir?
Süd vermədən öncə gigiyenik qaydalar – yenə, maskasını taxacaq, əllərini yuyacaq, ağzı, ağız boşluğunu yuduqdan sonra bir də, məmə ətrafını da silsin, təmizləsin. Təmizliyinə, gigiyenik qaydalara baxaraq südünü verəcək. Südü kəsmək kimi belə bir praktika yoxdur.
Süd verən analar peyvənd vurdura bilərmi?
Bunun da araşdırması var. Araşdırılıb və süd verən analar və hamilələr peyvənd vurdura bilər. Əks göstəriş yoxdur. Sadəcə hamilələrdə ilk 3 ayı məsləhət görülmür. Hamilələrdə ilk 3 ay… Birinci trimestr deyirlər də… Ümumiyyətlə, birinci trimesterdə nəinki bu peyvəndlər məsləhət görülmür, heç bir preparatlar məsləhət görülmür. Elə bu da, peyvənd də onlardan biri olduğu üçün ikinci, üçüncü trimestrlərdə vurulur və hətta məsləhət görülür vurulması ki, özəlliklə, hamilələrdə. Çünki hamiləlikdə koronavirus daha ağır keçir. Peyvəndin vurulması da məsləhətlidir hamilələrə.
Uzman Dr. Rəşad Tağıyev, Pediatr