Neyrocərrahiyyə dəqiqlik və peşəkarlıq tələb edən komanda işidir. Ege Hospital bu işi daha da önə aparmaq üçün peşəkar komandasıyla xidmətinizdədir.
Ege Hospitalın neyrocərrahiyyə şöbəsinin Türkiyədə təhsil almış və çalışmış cərrahları Uzm. Dr Ruslan Yunusov və Uzm. Dr Röyal Mehtiyev tərəfindən uzun illərdir ki, bu sahədə ən riskli əməliyyatlar yüksək peşəkarlıqla həyata keçirilmiş və uğurlu nəticələr əldə edilmişdir. Qeyd edək ki, adı çəkilən cərrahlar Avropa və Beynəlxalq Neyrocərrahiyyə Cəmiyyətlərinin üzvləridir.
Ege Hospitalın ən müasir tibbi avadanlıqlarla (neyrocərrahi mikroskop, C-arm, Medtronic kraniotom və s.) təchiz olunmuş Neyrocərrahiyyə şöbəsində uzman neyrocərrahlarımız
Cərrahi əməliyyat üçün göstəriş olarsa uzman cərrahlarımız tərəfindən əməliyyatlar açıq, mikroskopik, endoskopik, minimal invaziv yanaşmalarla və mikroneyrocərrahi metodla icra olunur.
Ege Hospitalda vətəndaşlara vaxtında və dəqiq şəkildə yardım edə bilmək üçün sutkanın istənilən saatında təcili laborator analizlərin verilməsi və həmçinin radioloji müayinələr ( KT, MRT, Rentgen) həyata keçirilir.
Ege Hospital olaraq Bizim işimiz və məqsədimiz imkansızı bacarmaqdır.