Oftalmologiya


Ege Hospitalın oftalmologiya şöbəsi ən son texnoloji avadanlıqlarla təchiz olunub. Oftalmologiya şöbəmizdə göz xəstəliklərinin erkən mərhələlərdə aşkar edilməsi, müayinə və müalicələri həyata keçirilir. Yüksək ixtisaslı oftalmoloqlarımız ən müasir avadanlıqların köməyilə görmə qabiliyyətini qiymətləndirir, göz xəstəliklərinin diaqnostikası və müalicəsini aparır. Oftalmologiya şöbəmizdə gözdaxili təzyiqin ölçülməsi, gözdən yad cismi çıxarılması, göz yaşı vəzisinin kanalının açılması, zəifgörmənin dərəcəsinin təyin edilməsi və s. kimi xidmətlər fəaliyyət göstərir. Aşağıda qeyd edilən xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi tətbiq edilir:

  • Qlaukoma,
  • Katarakta,
  • Çəpgözlük;
  • Gözün allerqik xəstəlikləri,
  • Göz qapaqlarının kəskin və xroniki xəstəlikləri,
  • Göz təzyiqi;
  • Miopiya (yaxındangörmə), hipermetropiya (uzaqdangörmə), astiqmatizmin
  • və s.

Vaxtaşırı göz müayinəsindən keçməyi unutmayın!




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!