Ege Hospitalın Pediatriya şöbəsində 0-16 yaş arası uşaqların diaqnostika, müalicə və profilaktik müayinələri həyata keçirilir.
Körpələrin düzgün qidalanmaları, yarana biləcək xəstəliklərin erkən diaqnostikası, müasir və geniş spektrli laborator müayinələr, peyvəndlər və müalicələr pediatriya şöbəmizin əsas iş prinsipidir.
Əziz analar və atalar, əgər uşaqlarınızın və yenicə dünyaya gələn körpələrinizin inkişafı ilə bağlı, mədə-bağırsaq xəstəlikləri, infeksion xəstəliklər, allerjik xəstəliklər, hormonal pozqunluqlar, sinir sistemi xəstəlikləri, ilə bağlı hər-hansı narahatlığınız varsa, pediatrlarımıza müraciət edə bilərsiniz.
Uşaqlarınızı sağlam böyüməsi üçün vaxtaşırı pediatr müayinəsi vacibdir.
Sağlam uşaq, sağlam nəsil, sağlam gələcək!