Həkimlərimiz

Nefroloq

Dr. Barat Yusubov

Hospitalımızın nefroloqu Dr.Barat Yusubov Azərbaycan Tibb Universitetinin (1995-2001) məzunudur. Daha sonra M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Nefrologiya üzrə internatura (2001-2002) keçmişdir. 2004-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında, 2005-2009-cu ildə M.Tobçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim nefroloq kimi fəaliyyət göstərib.

Bundan sonra  2009-2012 –ci illərdə Avrasiya Hospitalda, 2012-2015-ci illərdə Medistyle Hospitalda baş həkim olaraq çalışmışdır. 2015-ci ildən Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasında Hemodializ şöbəsinin müdiri, 2019-cu ildən etibarən Azərbaycan Tibb Universitetinin III-Daxili xəstəliklər kafedrasının assistenti kimi çalışır. Həmçinin Dr.Barat Yusubov 2015-2018-ci illərdə “Medical Plaza” klinikasının, 2017-ci ildə “HB Güven” klinikasının, 2017-2019-cu illərdə Sonomed eşitmə mərkəzinin baş məsləhətçisi,  2018-ci ildən “Ege Hospital”ın Müşahidə Şürasının sədri olaraq çalışıb. Dr.Barat Yusubov 2018-ci ildə “Azərbaycan Nefrologiya Cəmiyyəti”ni təsis edib və cəmiyyətin (2018-2020) sədri olub. Eyni zamanda 2022-ci ildə Azərbaycan Daxili Xəstəliklər dərnəyini təsis edib və dərnəyin sədri olaraq fəaliyyətini davam etdirir. Dr.Barat Yusubov müxtəlif beynəlxalq konfranslarda və simpoziumlarda məruzəçi və iştirakçı kimi iştirak edib. Hal hazırda Yeni Klinikada direktor və Ege hospitalda həkim-nefroloq  kimi fəaliyyətini davam etdirir

Həkimlərimiz