Uzman Dr. Ayxan Abbasov İstanbul Universitetinin Tibb Fakültəsini bitirib. Daha sonra eyni universitetin Ümumi Cərrahiyyə bölümündə uzmanlıq təhsili alıb. Türkiyədə Liv Hospital Ulus xəstəxanasında çalışıb, cərrahiyyə ilə bağlı kurs, təlim və konqreslərin iştirakçısı olub. Beynəlxalq elmi yığıncaqlarda təqdim olunan və icra kitablarında nəşr olunan məqalələrin müəllifidir. Hazırda fəaliyyətini Ege Hospitalda bariatrik və metabolik cərrah olarak davam etdirir.