Pediatr Uzman Dr. Azər Əhmədov Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. Ə. Qarayev adına 2 saylı KUX-da internatura keçib. Kəlbəcər MRX-da həkim-pediatr vəzifəsində, Türkiyə Cümhuriyyətində fərqli özəl xəstəxanalarda Təcili Yardım Şöbəsinin məsul həkimi olaraq çalışıb. Türkiyə Cümhuriyyəti Qazi Universiteti Tibb Fakültəsində Pediatr ixtisasi üzrə uzmanlıq təhsili alıb. Daha sonra bir sıra dövlət və özəl xəstəxanalarda rəhbər, baş həkim, şöbə müdiri vəzifələrini icra edib. Hazırda Ege Hospitalda həkim-pediatr olaraq fəaliyyətini davam etdirir.