Hospitalımızın nefrologiya üzrə yandal uzmanı Dr. Cəbrayıl Cəbrayılov 2010-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra Hacettepe Universiteti Tibb Fakültəsində daxili xəstəliklər üzrə uzmanlıq, nefrologiya üzrə yandal uzmanlığı təhsili alıb. Türkiyə və Azərbaycanda sertifikasiya proqramları, kurs və konqreslərin iştirakçısı olub, beynəlxalq jurnallarda dərc olunan məqalələrin müəllifidir. Türkiyədə “Azərbaycanlı Həkimlər Dərnəyi”nin sədr müavini olub. Türkiyə və Azərbaycanda bir sıra xəstəxanalarda, Ümumdünya Səhiyyə Təşkilatında çalışdıqdan sonra Ege Hospitalda nefroloq olaraq fəaliyyət göstərir.