Klinikamızın pulmonoloqu Uzman Dr. Çağla Xurşud Hüseynova Azərbaycan Tibb Universitetinin (2013) məzunudur. Hacettepe Universitetində pulmonologiya üzrə uzmanlığa yiyələnib. Məqalələri beynəlxalq jurnallarda dərc olunub, pulmonologiya üzrə bir sıra kurs və seminarlarda iştirak edib. Bir müddət Türkiyədə və Azərbaycanda çalışdıqdan sonra hazırda fəaliyyətini Ege Hospitalda davam etdirir.