Hospitalımızın ginekoloqu, Uzman Dr. Şəlalə Məmmədova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmişdir. Türkiyə Ondokkuz Mayıs Universitetində Qadın xəstəlikləri və Doğum üzrə uzmanlıq təhsili almışdır. Uzman Dr.Şəlalə Məmmədova həmin Universitetin xəstəxanasında assistent və baş assistent həkim olaraq çalışmışdır. Çalışdığı illər ərzində əməliyyatın ilk cərrahı olaraq yüzlərlə açıq (laparotomiya) , qapalı (laparoskopiya), vajinal, V-Notes (izsiz laparoskopiya), histeroskopiya, vajinal estetik cərrahiyyə, onko-ginekoloji, uro-ginekoloji əməliyyatlar, normal-riskli vajinal doğumlar, keysəriyyə əməliyyatları və s. etmişdir. Onlarla beynəlxalq konfranslarda məruzəçi və iştirakçı olmuş Uzman Dr.Şəlalə Məmmədova hazırda Ege Hospitalda fəaliyyət göstərir.