Doğumda oksigensiz qalan körpələrin ümumi soyutma ilə müalicəsi

Perinatal asfiksiya, ya da körpənin doğumda oksigensiz qalması.
Dünyanın inkişaf etmiş səhiyyə sistemlərinin olduğu dövlətlərdə belə min doğumda 2-9 arasında dəyişməkdədir. Bu Avropa və Amerika üçün rəqəmlərdir.
İnkişaf etməkdə olan dövlətlərdə belə bir rəqəm, belə bir statistika yoxdur. Bu dövlətlərdə, çox güman ki, çox daha yüksəkdir.
Bunun səbəbi uşaqlıqdan plasentanın doğumdan daha əvvəl ayrılması, göbək ciyəsinin uşaqdan daha əvvəl xaricə çıxması, ananın təzyiqinin düşməsi, ya da doğumun son mərhələsində ananın kifayət qədər gücənib uşağı çıxarda bilməməsi və başın doğum kanalında sıxılması kimi fərqli səbəbləri vardır.
Bütün dünyada qarşısı alına bilməyən bir prosesidir. Amerikada da qarşılaşılır, Avropada da qarşılaşılır… O zaman mümkün olduqca belə bir şey olmasın deyə önləmlərimizi biz alaq. Amma buna rəğmən əgər belə bir şeylə qarşılaşırıqsa, ilərləyən zamanda uşağın şikəst olmaması, SP – uşaq selebral iflic olmaması üçün bəzi müalicələr yaradıldı.
Doğumda oksigensiz qalmanın da, hal-hazırda sübut olunmuş tək müalicəsi hipotermiya müalicəsi, yəni uşağın soyudulma müalicəsidir.
Amma bu, kontrolsuz soyudulma deyil, bədən temperaturun müəyyən dərəcələrdə 33.5-34 dərəcə temperaturda saxlanma ilə 72 saat ərzində soyudulması müalicəsidir. Və dünyada sübut olunmuş tək müalicədir.
Bəzən soruşulur ki, “Elə dərman varmı ki, bu dərmanı biz verək, soyutma müalicəsi olmasın, ya da ilərləyən zamanda uşaqda qalıq əlamət qalmasın?”
Bu gün elə bir dərman yoxdur. Sadəcə bu dərmanlar tədqiqat mərhələsindədir, hipotermiya – soyutma müalicəsinin yanında dəstək olaraq verilir.
İndi insanlar dünyaya körpə gətirdikdə daha çox dəbdəbəyə üstünlük verir, daha çox görünüşə, sosial mediada şəkillərin paylaşılmasına, bir çox şeylərə əhəmiyyət verir.
Çox təəssüf ki, bu körpənin harada doğulacağına, bu körpədə doğumda işlər yolunda getməzsə, yatırılacaq reanimasiya şöbəsinə… Deyək ki, oksigensiz qaldı, buna hipotermiya müalicəsi veriləcək bir cihazın olduğu bir xəstəxanadamı doğacam? Ya da mənim uşaq həkimim kim olacaq? Nələrə mənim uşaq həkimim diqqət edəcək, necə keçəcək bu proses?
Buna, çox təssüf ki, çox az insan diqqət edir. Böyük çoxluq daha çox sosial mediada paylaşacağı şəkillərə, kadrlarına daha çox diqqət edir.
Hal-hazırda, hal-hazırda çox təssüf ki, doğum ağırlaşmaları 2021-ci il olmasına rəğmən qarşılaşılır və uzun bir müddət daha qarşılaşacaq kimi görünür.
Biz Ege Hospitalda, Ege Hospitalın yeni rəhbərliyi ilə reanimasiyamızı bütün bu standartları qarşılayacaq şəkildə qurmaq mövzusunda anlaşdıq.
O cümlədən, Avropada, Amerikada, Türkiyədə olub bizdə olmayan cihazlardan biri də hipotermiya cihazı idi ki, “Əgər bir doğumumuzda buna ehtiyac olarsa, niyə xəstəmizə biz bunu tədbiq etməyək, bu müalicəni həyata keçirməyək?” deyə bu sualı özümüz öz-özümüzə rəhbərliklə verdik. Və biz bu cihazı Ege Hospitala gətirdik. Hal-hazırda hipoksik doğumlarda bu cihazımız, hipotermiya cihazımız var və bunla müalicəni aparacaq komandamız var. Amma burada yenə də ilk 6 saat, doğumdan sonra 6, olmadı 12 saata qədər bu qərar verilib başlanması gərəkir.
6 (12) saatı keçdikdən sonra artıq qatarın arxası ilə qaçmaq məcburiyyətində qalacağıq. Bundan sonra elə bir müalicə yoxdur ki, sən bu uşağın beynin qoruyasan. Bundan sonra ancaq fizioterapiya və dəstək müalicələri gündəmə gəlir. Səbəbi ortadan qaldıra bilmirik.
Dr.Kamil Şərifov, Neonatologiya uzmanı