Sentyabrın 29-da Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində “Gilan Holding”in, FHN-in, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri – “Mübarizlər” yarışı keçirilib.
Ege Hospital “Mübarizlər” yarışında sağlamlıq partnyoru olaraq iştirak edib və yarış zamanı həm iştirakçıların, həm də tamaşaçıların sağlamlığının keşiyində durub İdman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir