Hamiləlik zamanı miomalar
Miomalar hamiləlik zamanı sıx rastlaşdığımız problemlərdən biridir. Reproduktiv yaşda poliklinikaya müraciət etmiş hər 3-4 qadından birində miom problemi ilə rastlamış oluruq. Bu miomalar çox zaman təsadüfü ultrasəs müayinəsi zamanı və ya keysəriyyə əməliyyatı sırasında aşkarlamış olur və ya hamiləliyin gedişatında miomun qidalanmasının pozulmasına bağlı olaraq kəskin qarın ağrıları, erkən doğum fəaliyyəti ilə başlaya bilir.
Ümumiyyətlə, miomalar çox zaman hamiləlikdə az sayıda, xırda ölçüdə və hamiləliyin gedişatına mənfi təsir göstərə bilməyəcək uşaqlığın bir nahiyəsində yerləşmiş olur.
Miomanın hamiləliyin gedişatına mənfi təsir göstərə bilməsi üçün bir neçə şərtlər vardır.
Bunlardan birincisi miomanın endometriuma yaxın yerləşməsidir. Endometrium adlandırdığımız gələcəkdə dölün yerləşəcəyi uşaqlığın iç qatına kənardan təzyiq göstərən miomalar çox zaman erkən düşüklərə, hamiləliyin erkən sonlanmasında səbəb olurlar. Çox zaman belə miomalar hamiləlikdən öncə aşkarlanmış olur və cərrahi müdaxilə edilmiş olur.
İkinci faktor isə ciftin miomanın üzərində yerləşməsidir. Ciftin miomanın üzərində yerləşməsi zamanı gələcəkdə özəlliklə hamiləliyin 30-cu həftəsindən sonra uşaqda inkişaf geriliyi əlamətləri müşahidə oluna bilər.
Üçüncü faktor isə miomanın servikal kanala, yəni uşaqlıq boynuna yaxın yerləşməsidir. Miomanın uşaqlıq boynuna yaxın yerləşməsi zamanı mexaniki təzyiq göstərməsi nəticəsində həm normal doğum fəaliyyətini əngəlləmiş olur, həm uşaqlığın doğum fəaliyyəti zamanı saya əzələsinin yığılma qabiliyyətini pozaraq normal doğumu əngəlləmiş olur ki, bu zaman çox vaxt keysəriyyə yolu ilə normal doğuşun sonlandırılması məsləhət görülür.
Miomalar hamiləlik zamanı, özəlliklə, hamiləliyin ilk 3 ayında sürətlə böyümüş olurlar. Miomanın sürətlə böyüməsinə bağlı olaraq diafraqmaya təzyiq göstərməsi anada tənəffüs problemlərinə səbəb ola bilər. Bundan başqa, hamiləlikdə miomanın sürətlə böyüdüyü bir dövrdə dölün də və uşaqlığın da hamiləliyin inkişafında sürətlə böyüdüyü bir zamanda qanın daha çox uşağa və uşaqlığa gəlməsi zamanın miomun qidalanması pozulmuş olur ki, bu da miomanın çürüməsi, miom degenerasiyası dediyimiz hal ilə rastlaşmış olur ki, 5-10 faiz hallarda hamilələrdə ciddi qarın ağrılarına, hətta xəstəxanaya yatışı belə gərəkdirəcək ciddi ağrılara, erkən doğum fəaliyyətinə səbəb ola bilər.
Özəlliklə, 24-26-cı həftədən sonra 5 sm üzərində olan, çox sayıda olan və ciftə yaxın yerləşmiş miomalar ərkən doğum fəaliyyətini tətikləmiş ola bilərlər.
Miomalar bəzən malprezentasionlara da səbəb ola bilər.
Malprezentasion nədir?
Doğuşu gözlədiyimiz bir dövrdə baş gəlişində gözlədiyimiz bir dölün sağrı gəlişində və ya ayaq gəlişində olmasıdır ki, bu zaman da hamiləliyin cərrahi yolla sonlandırılması məsləhət görülür.
Mioması olan qadın normal doğuş edə bilərmi? Miomanın olması qətiyyən normal doğuşa əngəl deyildir. Sadaladığımız hallar zamanı isə cərrahi əməliyyat, yəni doğumun keysəriyyə əməliyyatı ilə sonlandırılması məsləhət olunarsa, bu zaman əməliyyat zamanı qanaxma riski yüksək olduğu üçün mütləq olaraq uzman həkimlər tərəfindən aparılmalıdır.
Uzman Dr.İranə Qorçiyeva, Cərrah mama-gineokoloq
13 comments
Mm
3 August 2022 at 12:26
Salam, mən 5heftelik hamiləyəm qarnım arada sancır belim daima ağrıyır ama aybaşına qalmış dehşet qarnım ağrıyır dura bilmirdim uzanirdjm keçirdi indi dayanıb ama belim ağrıyır bu normaldirmi
Ege Hospital
10 August 2022 at 11:09
Salam, hamiləliyin erkən həftələrində yüngül qasıq sancılarının olması normaldır, istirahət etməyinizi və sidiyin ümumi analizini verməyinizi tövsiyyə edərdim.
Uzman Dr. Iranə Qorçiyeva, Cərrah Mama-Ginekoloq
Mm
3 August 2022 at 12:30
Cvb versəz çox sevinerem
Ege Hospital
10 August 2022 at 11:09
Sizin suala cavab verildi.
Mm
3 August 2022 at 12:33
❤️
Nn
12 February 2023 at 08:05
Salam, sağ yumurtalığın arxa fonunda 35 mm miomatoz duyun hamile qalmağa mane olur? Müalicəsi varmi?
Ege Hospital
13 February 2023 at 18:10
Salam. Miomanın harada yerləşməsindən asılıdır, uşaqlığın iç qatında olan submukoz mioma deyilsə, hamiləliyə əngəl törətməz.
Uzman Dr. Iranə Qorçiyeva, Cərrah Mama-Ginekoloq
Lamiyə
7 July 2023 at 08:21
Salam həkim. Mioması olan 6 aylıq hamilədə qarının yuxarı hissəsində ağrıları olur. Sancı şəklində. Nə etməlidir? Əgər uşaq götürülsə sağ qalma ehtimalı nə qədər olar?
Ege Hospital
14 July 2023 at 13:36
Salam. Sırf mioma ilə əlaqədar olaraq 6 aylıq hamiləlikdə, hamiləliyi sonlandırmırıq, yəni uşağı götürmürük.
Ağrının səbəbini araşdırmaq lazımdır. Əgər mioma ilə əlaqədardırsa, ağrıkəsicilər ilə, yox əgər erkən doğuma bağlıdırsa, erkən doğum riski yaşayırsa, o zaman erkən doğum önləyici müalicələr ilə təqib etmək lazımdır. Mümkün qədər hamiləliyi gedə bildiyi yerə qədər götürmək lazımdır. Təbii ki, 6 aylıq uşağın sağ qalmaq ehtimalı var. Amma yenə də erkən doğumun heç bir zaman tərəfdarı deyilik. Ola bildiyi qədər hamiləliyi davam etdirmək lazımdır. Nə qədər ana qarnında keçən gün sayı artsa, uşağın sağ qalmaq ehtimalı o qədər çoxdur.
Uzman Dr. Lena Bağırova, Cərrah Mama-Ginekoloq
Lamiyə
20 October 2023 at 23:31
Salam doktor
Ege Hospital
23 October 2023 at 17:35
Salam. Submukoz miyom embrionun implantasiyaslna əngəl olabilər. Digərləri o qədər də əhəmiyyətli ölçüdə deyil.
Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq
Lamiyə
20 October 2023 at 23:37
17 heftəlik ilk hamiləliyim uğursuz oldu..Arxa divarda Submukoz 34*33mm, ön divarda İntramural 15*12mm və uşaqlığın dibində İntramural 15*12mm miomla uşaq dünyaya gətirməm mümkündür ??? 28 yaş
Ege Hospital
23 October 2023 at 17:35
Salam. Submukoz miyom embrionun implantasiyaslna əngəl olabilər. Digərləri o qədər də əhəmiyyətli ölçüdə deyil.
Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq