Hamiləlik zamanı qan gəlməsi normaldırmı?

Hamiləlik zamanı qan gəlməsi normaldırmı?

19 April 2021 85
hamile_qadindan_qan_gelmesi.jpeg

Hamiləliyin 40 həftəlik dönəmində heç bir vaginal qanaxma olmamalıdır. Əgər qanaxma varsa, bunlar nə tipdə olurlar və bunlarla necə mübarizə aparırlar? Mən onun haqqında bəzi məlumatları vermək istəyirəm.

Hamiləlik bilirik ki, 40 həftə davam edir və onu şərti olaraq 3 yerə bölürlər: Birinci Trimestr, İkinci Trimestr və Üçüncü Trimestr.

Birinci Trimestr hamiləliyin əvvəlindən 12-14-cü həftəyə qədər, İkinci Trimestr 12-14-cü həftədən 28-ci həftəyə qədər, Üçüncü Trimestr isə 28-ci həftədən ta doğuşa qədər, yəni 40-cı həftəyə qədər davam edir.

Hər dövrün qanaxmaları başqa cür olur. 

Birinci Trimestrdə qanaxmalar

Birinci Trimestr hamiləliyin əvvəlində təqribən 4-5-ci həftədə bir balaca qəhvəyi rəngdə qanaxma ola bilər. Buna hətta “Hamiləliyin uşaqlığa yerləşməsi” də deyirlər. O bəzən müalicəsiz də keçib gedir. 2-3 gün açıq qəhvəyi rəngdə ifrazat olur. Bundan qorxmaq lazım deyil.

Lakin əgər qanaxma artarsa, möhkəm ağrılar olarsa, qanın intensivliyi çox olarsa, onda əlbəttə, bu, açılışa, düşüyə gətirib çıxarda bilər. Ona görə mütləq müalicə olunmalıdır. Müalicəsi də, həkimlər bilirlər, hormonal spazmolitik və ağrı kəsənlərlə olur.

Bundan başqa Birinci Trimestrdə olan digər qanaxma növü də vardır ki, bu, ilişkidən sonra olan qanaxmadır. Əgər cütlük 3-4 gün müddətində fasilə verərsə, ondan sonra qanaxma olmayacaq. O, kiçik travmadan olan azacıq qanaxmalar ola bilir.

İkinci Trimestrdə qanaxmalar

İkinci Trimestr qanaxmaları necə olur və onların səbəbləri nədir?

İkinci Trimestr qanaxmaları 12-14-cü həftədən sonra 28-ci həftəyə qədər olan qanaxmalardır. Buna birinci səbəb uşaqlıq boynu çatmamazlığı, yəni servikal çatışmamazlıqdır.

Bu vaxt müayinə necə aparılır?

Transvaginal ultrasəslə uşaqlıq boynu uzunluğu ölçülür, əgər o 25 millimetrdən azdırsa, onda uşaqlıq boynu tikilir. Ona həkimlər serkulyaj deyirlər. Uşaqlıq boynu kiset şəklində tikilir, daraldırılır ki, gələcəkdə açılma davam eləməsin və hamiləliyin təqribən 36-cı həftəsində o çıxarılır ki, rahat doğuşa gedilsin. Yəni bu İkinci Trimestrdə olan qanaxmanın qarşısını almaq üçün, davam eləməmək üçün bu üsula əl atırlar.

İkinci Trimestrdə olan digər qanaxma səbəblərindən biri də plasentanın uşaqlıq boyuna yaxın yerləşməsidir. Bu, özü də az-az qanaxmalar verə bilər. Ona görə əgər sizdə hər hansı bir problem varsa mütləq səbəbi nədir, onu müəyyən etmək üçün həkimə getmək lazımdır.

Bundan başqa İkinci Trimestrdə olan qanaxmalara həm də hamiləlikdən asılı olmayan problemlər də səbəb ola bilər. Məsələn, əvvəldən mioma varsa, əgər eroziyası olubsa qadının və yaxud əgər uşaqlıq boynunda polip varsa, bu da hamiləlikdən səbəb olmayan, amma yenə də qanaxma verə bilər.

Üçüncü Trimestrdə qanaxmalar

Üçüncü Trimestr qanaxmalarına nə aiddir?

Buna aiddir birinci növbədə erkən doğuş. Əgər doğuş başlayırsa, uşaqlıq boynu açıldığı üçün az qanaxma verə bilər. Ona görə həkimlər onları stasionara alırlar, doğuşu sakitləşdirən dərmanlara başlayırlar, spazmolitiklər verirlər. Elə eləyirlər ki, erkən doğuş başlamasın. Çünki uşaq ana bətnində vaxtına qədər – 40-cı həftəyə qədər, nə qədər qalsa, o qədər uşağın xeyrinədir.

Bundan başqa səbəb ola bilər, yenə də plasentanın aşağıda yerləşməsi və yaxud da ki, “plasenta previa” deyirlər, plasentanın uşaqlıq boynunun tam üzərində yerləşməsidir. Bu vaxt “profuz qanaxma” başlaya bilər və həkimlər istəyəcəklər hamiləliyi saxlamağı. Əgər mümkün olmasa, kesəriyyə əməliyyatına gedib uşağı və ananı azad etmək lazımdır ki, qanaxmadan nə uşağa, nə də ki, anaya zərər olmasın.

Ona görə mənim hamilələrə tövsiyəm odur ki, onlarda hər hansı bir narahatlıq olarsa, qan görərlərsə, bir az qanaxma başlayarsa, panikaya düşməsinlər, mütləq həkimə müraciət etsinlər və qanaxmanın hansı növüdür həkim təyin edib, onların müalicəsini başa çatdıracaq və sağlam uşaq doğuşu ilə nəticələnəcək.

Dr. Sevinc Mehtiyeva, Ginekoloq

 


85 comments

  • Samirə

    22 December 2021 at 18:46

    Salam 6 heftelik hamileyem aciq qehveyi rengde axintim var.amma agrim yoxdu…acilis ehtimali ola bilermi sizce…heleki hekim teyin etmemisem..meslehet alacaq hekimim yoxdur…

    Reply

    • Ege Hospital

      23 December 2021 at 13:58

      Salam. Mütləq USM kontrolu lazımdır. Hamiləlik də ola bilər, açılış da.
      Ali dərəcəli Dr. Sevinc Mehtiyeva, Ginekoloq

      Reply

      • Gizli

        22 April 2022 at 21:26

        5 heftedirki hamileyem bugun yungul qehveyi axintim oldu aybasi vaxtimnnada 5 gun kecib ayin 14 test etmisdim 2 xett cxmisdir.Bu ikinci hamileliyimdir.bundan evvelki hamilleikde 19 heftelik suni dogus olmusdur.

        Reply

        • Ege Hospital

          27 April 2022 at 17:36

          Salam. Sizi müayinə etdikdən sonra bir fikir bildirə bilərəm.
          Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

          Reply

    • Leman

      13 May 2022 at 21:37

      Salam 5 hefte+4 gunluk hamileyem bu gun azca qan kimi nese oldu bilmedim nedendi qorxuludu?

      Reply

      • Ege Hospital

        17 May 2022 at 12:50

        Salam. Həkim müayinəsi mütləqdir. Kontrol etmədən bir söz demək mümkün deyil.
        Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

        Reply

        • Rashad

          12 October 2022 at 12:42

          Sizədə nə yazırlar müayınə olunmalıdır yazırsız.

          Reply

      • Gizli

        22 May 2022 at 08:26

        Salam. Yaşım 40. Sonuncu aybaşım 02.05.22. 10,12,14,16 əlaqədə olmuşam. 21.05.22 tünd qəhvəyi 2-3 damcı selik gəldi. Mən uşağa qalmışam?

        Reply

        • Ege Hospital

          24 May 2022 at 16:25

          Salam. İyun ayının 10-12-sinə kimi gözləyin. Ondan sonra hamiləliyin olub olmadığını deyə bilərik.
          Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

          Reply

  • Lamiyə

    28 December 2021 at 21:26

    Salam Sevinc xanım 38 həftəlik hamiləyəm talasemiyya daşıyıcısıyam hemoqlabinim 8.3;8.9 aralığında olur müalicələr qanımı artırmır hemoqlabinim stabil qalır digər hər şey qaydasındadır.həkimlərin bəzisi deyir normal doğuş etməlisən bəzisi deyir keysəriyyə mən normal doğuş etmək istəyirəm. mənim üçün normal doğuş risklidir yoxsa keysəriyyə?

    Reply

    • Ege Hospital

      30 December 2021 at 15:09

      Salam. Heç biri riskli deyil.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

      • Aygün

        8 January 2022 at 06:50

        Salam mən noyabrın 15 i aybaş oldum 16 sı spiralımı çıxartdırdım dekabrın 12 si qəhvəyi rəngli az qan gəldi 1.gün aybaşı olmadım amma ürəyim bulanır test edirəm 2 ci xət zəif görünür.Bu gündə qan gəldi nə əlamətidi hamiləlikdirmi ?

        Reply

        • Ege Hospital

          10 January 2022 at 19:53

          Salam. Qan analizi nəticələrini görmək lazımdır və USM etdikdən sonra araşdırılmalıdır.
          Dr Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

          Reply

          • Aysel

            13 April 2022 at 04:56

            Salam 16 heftelik hamilelikde cinsi elaqeden sonra az miqdarda selikli qan geldi bu normal haldir ?

        • Aliyə

          26 January 2022 at 06:32

          Salam həkim mən 5 həftəlik hamiləyəm.mən bu gün qan müşahidə etdim .bu qorxuludurmu? düşük təhlükəsi ola bilərmi?

          Reply

          • Ege Hospital

            1 February 2022 at 12:16

            Salam. USM müayinəsi olunmalısınız. Müayinədən sonra bir söz demək mümkündür.
            Dr Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

        • Dilarə

          14 March 2022 at 11:49

          Salam xanım..məndə 4, həftəlik hamiləyəm..bugün qəhvəyi qan geldi..sizdə necə oldu?qorxuludur? Düşük sayılır bu?

          Reply

          • Ege Hospital

            9 April 2022 at 13:24

            Salam. Bəli bu normaldır. Birinci dəfə qəhvəyi, qara kimi gələ bilər.
            Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

        • Gizli

          22 April 2022 at 21:29

          5 heftedirki hamileyem bugun yungul qehveyi axintim oldu aybasi vaxtimnnada 5 gun kecib ayin 14 test etmisdim 2 xett cxmisdir.Bu ikinci hamileliyimdir.bundan evvelki hamilleikde 19 heftelik suni dogus olmusdur.

          Reply

          • Ege Hospital

            27 April 2022 at 17:36

            Salam. Sizi müayinə etdikdən sonra bir fikir bildirə bilərəm.
            Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      • 0503394742

        17 March 2022 at 15:33

        Salam hekim mən 22 yanvar sonuncu ay başi olmuşam 6 fevral əlaqem olub 4 hefdelikde uziden keçdim hamiləlik dedilər birde bu gün keçdim 6 hefdelik dedilər və hekim 5 hefdedən intişafdan qalib dedi ancaq məndə nə agri var döşlərimde agirliq var qan ləkəsi yoxdu bir defe sarimtil ləkə olub bu nə qeder düz ola bilər hekim və abortsuz aça bilərəmmi elədirse

        Reply

        • Ege Hospital

          18 April 2022 at 14:23

          Salam. Gulbahar, qızım, sizi görmədən, müayinə etmədən bir söz demək mümkün deyil.
          Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

          Reply

  • Sevinc

    12 January 2022 at 02:01

    Salam mən 9-10 həftəlik hamiləyəm , məndən açıq rəgli axıntı gəlir. Açılış ola bilər və nə etməliyəm?

    Reply

    • Ege Hospital

      12 January 2022 at 16:15

      Salam. Əlbəttə açılış ola bilər. Bunun üçün yoxlanmaq lazımdır. Təsdiqlənsin, ondan sonra müalicə yazılmalıdır. Mütləq müayinəyə getməlisiniz.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

      • Mine

        11 February 2022 at 17:00

        Salam hekim dunen yox o bir gun leke kimi oldum ele bildim xestelencem.bir gun sonura yeni bu gun yene leke oldum xestelenmedim yene.hamiliy ola biler hekim?

        Reply

        • Ege Hospital

          15 February 2022 at 11:28

          Salam. Hamiləlik ola bilər. USM müayinəsi sonrası bir cavab vermək mümkündür.
          Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

          Reply

    • Aliyə

      26 January 2022 at 06:31

      Salam həkim mən 5 həftəlik hamiləyəm.mən bu gün qan müşahidə etdim .bu qorxuludurmu? düşük təhlükəsi ola bilərmi?

      Reply

      • Ege Hospital

        1 February 2022 at 12:17

        Salam. USM müayinədən sonra bir söz demək mümkündür.
        Dr Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

        Reply

  • Bənövşə

    25 January 2022 at 22:30

    Salam doldor 3 həftəlik olar ..ayin 22si xəsdələnmişdim..aybaşımın üstünə 3 gün keçib dünən dərman qoydum..axşam güclü ağrılarım oldu döze bilmedim ağri keçici içdim.. qan axma oldu azacığda dirnağ boyda laxda düşdü..axşam üstünə kimi qan gəldi kəsildi .çox az toylete gedəndə qan gəlir..sizcə açılmışam…..?

    Reply

    • Ege Hospital

      1 February 2022 at 12:18

      Salam. Müayinədən sonra dəqiq bir söz demək mümkündür.
      Dr Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Aynur

    17 February 2022 at 12:19

    Salam Hekim. Men 40 heftelik hamileyem. Dunenden geceden gorurem ki üzr isteyirem ifademe gore yuyunub silende mende aciq qirmizi rengli axinti var. Ama ki helede sancim yoxdu. Ne ede bilerem?

    Reply

  • Aygun

    23 February 2022 at 19:29

    Salam manda 6 hefteliy hamileyem bu gun mende az bir sey aqri var gehveyi kimidi qan azdi amma bu ne demaydi cox narahat oldum zehmet olmasa deyardizde

    Reply

    • Ege Hospital

      25 February 2022 at 18:31

      Salam. Həkimə müraciət etmək və USM-də müayinədən keçmək lazımdır.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

    • Dilarə

      14 March 2022 at 11:52

      Salam xanım..məndədə sizdəki kimi qəhvəyi rəng qan gəlir..4 həftəlik hamiləyəm.. sizdə necə oldu? Açılış sayılır bu?

      Reply

      • Ege Hospital

        9 April 2022 at 13:24

        Salam. Bəli bu normaldır. Birinci dəfə qəhvəyi, qara kimi gələ bilər.
        Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

        Reply

  • Aynur

    24 February 2022 at 09:49

    Salam. Men yanvarin 21 i aybasi olmusdum.bu ayheleki olmuyub.ama 2gundu qehveyi lekeler olur.Gecikenem aybasiya..cozvaxt aybasidan qabag qehveyi leke olandi mende.. test qoyuram gah 2xett gosterir gah yox.Hamilelikdi.?

    Reply

    • Ege Hospital

      25 February 2022 at 18:30

      Salam. 2-3 gün sonra USM-də müayinədən keçmək lazımdır.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

      • Nuray

        26 February 2022 at 00:08

        Salam. Mən yanvarın 25i xəstələnmişdim mən həmişə qabağa atıram indi 25 idi ama hələ xəstələnməmişəm ama məndən şirişli kimi qan gəlir axıntı deməy olar qarnımdada arada sancılar olur sizcə bu hamiləliydi?

        Reply

        • Ege Hospital

          1 March 2022 at 12:43

          Salam. Hamiləlik olub olmadığını bilmək üçün həkimə müraciət etmək lazımdır. USM müayinəsi lazımdır.
          Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

          Reply

  • Nuray

    26 February 2022 at 00:09

    Salam. Mən yanvarın 25i xəstələnmişdim mən həmişə qabağa atıram indi 25 idi ama hələ xəstələnməmişəm ama məndən şirişli kimi qan gəlir axıntı deməy olar qarnımdada arada sancılar olur sizcə bu hamiləliydi?

    Reply

    • Ege Hospital

      1 March 2022 at 12:43

      Salam. Hamiləlik olub olmadığını bilmək üçün həkimə müraciət etmək lazımdır. USM müayinəsi lazımdır.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Mine

    28 February 2022 at 21:19

    Salam hekim.nece heftrsinde hamiliyin elametileri tam bawlayir.men 5 heftesindeywm hele ki hecine hiss etmirem

    Reply

    • Ege Hospital

      1 March 2022 at 16:04

      Salam. Həkimə müraciət edin. Təsdiqlənməlidir ki, hamiləlik uşaqlıq daxilindədir, uşaqlıqdan kənar hamiləlikdən deyil. Onu hiss edə də bilməzsiniz uşaq tərpənənə qədər. Hamıda ürəkbulanma, qusma olmur. Elə qadınlar var ki, hamiləliyi çox rahat keçirir. USM təsdiqləyirsə, vəssalam.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Gulsen

    12 March 2022 at 09:37

    Salam men 7 heftelik hamileyem uwaq istemirem derman aldim.icdim aciliw ucun agrim oldu biraz qan geldi tund qirmizi sabahi gun karicnivi axinti gelir?sizce uwaq duwe biler?

    Reply

    • Ege Hospital

      18 April 2022 at 15:09

      Salam. USM-də müayinə etdikdən sonra bir söz demək mümkündür.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Aytac

    19 March 2022 at 12:46

    Salam doktor.Mende 3defe inkiwafdan qalma baw verib erken heftelerde.sonra hamilelik oldu 9ay kleksan vurdum qizim doguldu.yene hamileyem 7-8heftelik olar.Uziye 1hefte qabaq duwmuwdum her wey normaldi,urek doyunurdu.Kleksan vururam.Amma boyuk bayira cixanda vaginadan az qan gelib dayanir.Uzide bele nese gorunmedi.Hekim deyir kleksani dayandir helelik.Ondan nese olar?ya neden olar?ne etmeliyem cox qorxuram

    Reply

    • Ege Hospital

      18 April 2022 at 14:18

      Salam. Həkim nə deyirsə, ona riayət edin. Sizi müayinə etmədən bir söz demək mümkün deyil.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

    • Minow

      22 May 2023 at 10:10

      Salam.Aytac xanim.3 defe inkiwafdan qalma olub sizde bele mualice aldiniz sonura hamile qaldiniz .mende 3 defe inkiwafdan qalib baw qarinda mualice almiwam heleki hamile deyilem.sizde sebeb nede idi i kiwafdandan qalmani. mende bilmir

      Reply

  • Aytac

    29 March 2022 at 18:14

    Salam həkim.Mənim son aybaşım fevralın 20 si olub.İlk dəfə vaxtımnan keçdi test elədim ikinci xətt tünd oldu.Amma USM bu gün göstərmədi dedi hələ düşməyib aşağı.Sizcə bu normaldı? Çox narahatm.

    Reply

    • Ege Hospital

      18 April 2022 at 14:15

      Salam. 20-si keçməmiş USM olunmaq düzgün deyildir. 20-dən sonra, 3-4 gün keçəndən sonra USM-yə gedin.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Aysel

    13 April 2022 at 20:17

    Aysel13 April 2022 at 04:56
    Salam 16 heftelik hamilelikde cinsi elaqeden sonra az miqdarda selikli qan geldi bu normal haldir ?

    Reply

  • Leyla

    19 April 2022 at 00:27

    Salam hekim ilk defeydiki vaxtimnan kecirdi , 2 gun kecmisdiki aybasi oldum normalda 5 gun cekir ilk 3 gunu cox sonra azalir , indise 2 gundu lap az gelir hemde tund qehveyi rengde sebebi ne ola biler , cox sagolun

    Reply

    • Ege Hospital

      20 April 2022 at 16:21

      Salam. Müayinə etdikdən sonra dəqiq fikir bildirmək mümkündür. 1 dəfə gecikmə üçün narahat olmayın.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Pərvanə

    20 April 2022 at 18:14

    Salam hekim. 9 heftelik hamileyem. Uzaq yola bu gun mashinla gelmishem qan gelib aciq rengde biraz sebebi yol gelmeyim di?

    Reply

    • Ege Hospital

      27 April 2022 at 17:39

      Salam. Narahatçılıq qanaxmaya səbəb ola bilər.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Gulka

    20 April 2022 at 21:13

    Salam hekim men 37ci heftedeyem bu gun menden aciq rengli qan geldi cox az amma argi yoxdu buna sebeb ne ola biler? Ilk hamileliyimdi. Bu gun cox ayaq uste hereket elemisem sebeb ola biler?

    Reply

    • Ege Hospital

      27 April 2022 at 17:37

      Salam. Buna səbəb vaxtından əvvəl doğuş ola bilər, buna səbəb ciftin ayrılması ola bilər. Mütləq USM-yə gedin.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Xədicə

    26 May 2022 at 11:21

    Salam Həkim.Mən ayın 24 aybaşı vaxtımdı 3 gündür gecikmişəm çox açıq qəhvəyi ləkə gəlir aybaşıdan əvvəl gələn ləkə kimi ama aybaşı olmuram bu hamiləlik ola bilərmi yada düşük ola bilərmi gizli gedən hamiləliyin düşüyü

    Reply

    • Ege Hospital

      27 May 2022 at 13:33

      Salam. Bunun hamiləlik və ya gecikmə olduğunu ancaq müayinə və analiz nəticələrini gördükdən sonra demək mümkündür.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

      • Ramilə

        14 June 2022 at 15:45

        Salam.Mən hamiləliyin 7ci ayının birinci həfdəsindəyəm.Məndə 6 cı aya kimi heç bir qanaxma olmamışdı.6cıaydan sonra az miqdarda qan oldu o da üzr istəyirəm ifadəmə görə paltara heç nöqtə kimi də düşmür.Ancaq kiçik bayra çıxanda sidiyin sonunda gelir.Həkimim yataq şəraitində müalicə etdi.Bir müddət dayanmışdı ama indi yenidən başlayıb.Ama uşağın hərəkəti var bu nədən ola bilər.Həkim yenə yataq vəziyyəti deyib bu normaldırmı?

        Reply

        • Ege Hospital

          23 June 2022 at 14:45

          Salam. Nədən olduğunu sizi müayinə etmədiyim üçün deyə bilmərəm. Həkiminiz deyən məsləhətə riayət edin.
          Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

          Reply

  • Reqsane

    12 June 2022 at 10:42

    Men 8 heftelik hamileyem menden bir az biraz qan gelir? UZM gosterirki usaq sukur yaxsidi sol yumurtaligimda kissa bu qanin gelme sebebi ne ola biler?

    Reply

    • Ege Hospital

      23 June 2022 at 14:43

      Salam. Sol yumurtalıqda olan kista sarı cismin kistasıdır. O bütün hamiləlikdə olmalıdır. O qanaxmaya səbəb deyildir. Qanaxmaya səbəb başqa şeydir. Mütləq həkimə müraciət etmək lazımdır.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

    • aygul

      14 December 2022 at 00:35

      Salâm hekim men 32 hefte 4 gün hamileyem 6 ayindân qanamam var sebeb.alcaq plasenta oldu müalicə aldım qalxdı 8 sm.indi yene heteket eden kimi qanama başlayır.leke daima var usm etmişik heçnə yoxdu səbəb tapılmır.indide damar çatı deyirler

      Reply

      • Ege Hospital

        15 December 2022 at 15:36

        Salam. Səbəbləri çox ola bilər. Müalicə həkiminizə müraciət etməlisiniz. Müayinə etmədən bir söz deyə bilmərəm.
        Dr. Sevinc Mehtiyeva, Cərrah Mama-Ginekoloq

        Reply

  • Günay

    13 July 2022 at 15:14

    Salam xanım bu ayın 4-ü aybaşı vaxtım idi olmadım ayın 7-si test etdim iki xətt düşdü 8-i az miqdarda tünd qan gəldi qan gələ gələ yenə test etdim iki xətt düşdü ama analizdə hamilə olmadığımı göstərdi sonra ayın 13-ü qan möhkəm gəldi hələdə davam edir sizcə bunun əlaməti nədir hamiləlik yoxsa heçnə?
    Öncədən təşəkkürlər

    Reply

    • Ege Hospital

      29 July 2022 at 12:41

      Salam. Bu hamiləlik deyil. Həmiləlik USM-də təsdiqlənməlidir. Təsdiqlənmirsə, deməli hamiləlik deyil. Sadəcə yalançı pozitiv nəticədir.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Günay

    13 July 2022 at 15:15

    Salam xanım bu ayın 4-ü aybaşı vaxtım idi olmadım ayın 7-si test etdim iki xətt düşdü 8-i az miqdarda tünd qan gəldi qan gələ gələ yenə test etdim iki xətt düşdü ama analizdə hamilə olmadığımı göstərdi sonra ayın 13-ü qan möhkəm gəldi hələdə davam edir sizcə bunun əlaməti nədir hamiləlik yoxsa heçnə?

    Reply

    • Ege Hospital

      29 July 2022 at 12:45

      Salam. Bu hamiləlik deyil. Həmiləlik USM-də təsdiqlənməlidir. Təsdiqlənmirsə, deməli hamiləlik deyil. Sadəcə yalançı pozitiv nəticədir.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Ginekoloq

      Reply

  • Aliyee

    13 December 2022 at 00:30

    Men aybasina 3 qalmis test eledim 2 xett cixdi sora getdim qan analizi verdim 3 heftelik hamilelik cixdi ama indi qan gelir bilmirem nedendi neye goredi zehmet olmasa cvblandirasiniz

    Reply

    • Ege Hospital

      13 December 2022 at 14:38

      Salam. Aybaşıdan əvvəl test qoymazlar. Testi aybaşıdan 3 gün keçəndən sonra qoyulur.
      Dr. Sevinc Mehtiyeva, Cərrah Mama-Ginekoloq

      Reply

  • aygul

    14 December 2022 at 00:36

    Salâm hekim men 32 hefte 4 gün hamileyem 6 ayindân qanamam var sebeb.alcaq plasenta oldu müalicə aldım qalxdı 8 sm.indi yene heteket eden kimi qanama başlayır.leke daima var usm etmişik heçnə yoxdu səbəb tapılmır.indide damar çatı deyirler

    Reply

    • Ege Hospital

      15 December 2022 at 15:36

      Salam. Səbəbləri çox ola bilər. Müalicə həkiminizə müraciət etməlisiniz. Müayinə etmədən bir söz deyə bilmərəm.
      Dr. Sevinc Mehtiyeva, Cərrah Mama-Ginekoloq

      Reply

  • TuranNur

    14 January 2023 at 15:11

    Salam hakim men 5 gün evvel USM da oldum 5 heftelik hamilelik izlendi eslinde 6 hefte 5 günlük olmalidi hakimin dediyine göre. 1 hefte sonra yeniden baxılmalıdır ama artig 10 gündür ki az az qan gelir evvel 2 3 gün qehveyi oldu sonra qırmızı.neyin elameti ola biler

    Reply

    • Ege Hospital

      16 January 2023 at 14:12

      Salam. Mütləq təkrar USM olunmalısınız.
      Dr. Sevinc Mehtiyeva, Cərrah Mama-Ginekoloq

      Reply

  • Konul

    1 March 2023 at 15:58

    Salam doktor ən son fevralın 1i xəstələnmişəm elə fevral ayının 27si mənnən qəhvəyi rəng qan gəldi çox az həddindən artıq 2 3 gün davam etdi hərgün çox çox cüzi miqdarda bu nəyin əlaməti ola bilər 8 aydı evliyəm uşağım yoxdu

    Reply

    • Ege Hospital

      13 March 2023 at 21:49

      Salam. Yeni evlilikdən sonra bir az hormonal disbalans ola bilir. Hormonlar qalxıb düşür. Ona görə 2-3 aydan sonra ola bilsin bu hal keçsin. Hətta müalicəsiz. Bu problem deyil.
      Dr. Sevinc Mehtiyeva, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gizli

    7 March 2023 at 14:15

    Salam 6-7 həftəlik hamiləyəm bu gun sancilarim var bel nahiyemde yungul agri hiss edirem az miqdarda qehveyi axnti olub neden olar

    Reply

    • Ege Hospital

      13 March 2023 at 21:48

      Salam. Açılış ola bilər. Ona görə həkim müayinəsinə gedin.
      Dr. Sevinc Mehtiyeva, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gizli

    7 March 2023 at 14:15

    Salam 6-7 həftəlik hamiləyəm bu gun sancilarim var bel nahiyemde yungul agri hiss edirem az miqdarda qehveyi axnti olub neden olar

    Reply

    • Ege Hospital

      13 March 2023 at 21:47

      Salam. Açılış ola bilər. Ona görə həkim müayinəsinə gedin.
      Dr. Sevinc Mehtiyeva, Cərrah Mama-Ginekoloq

      Reply

  • Leman

    25 March 2023 at 12:13

    Salam men aybasim dan 2 gun kecdi yzi oldum sari cisim birde endrometriyam 16 mm idi AMA usaq girsenmedi test cixdi pozitiv xq analizi Norma 15 yazilmisid Mende 17.8 cixdi bele halda hamilelik olur birde aybasimdan2 gun kecib axinti gelir qan kimi

    Reply

    • Ege Hospital

      27 March 2023 at 22:44

      Salam. Bu hamiləliyə kimyasal hamiləlik deyirlər. Hamilə olmaq istəyib, amma hamiləlik baş verməyib. Səbəbini bilmək üçün müayinə şərtdir.
      Dr. Sevinc Mehtiyeva, Cərrah Mama-Ginekoloq

      Reply

    • Ege Hospital

      26 April 2023 at 15:37

      Salam. Problemli deyil, keçə bilər.
      Dr. Sevinc Mehtiyeva, Cərrah Mama-Ginekoloq

      Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!