Haqqımızda

Həsən Əliyev 38 ünvanında yerləşən və 12 mərtəbəli əsas korpusdan və N1 Ambulatoriya poliklinika korpusundan ibarət EGE Hospital vətəndaşlarımıza yüksək keyfiyyət, güvən və davamlılığı bir arada təqdim etmək məqsədilə xidmətinizdədir. Dünya standartlarına uyğun tibbi xidməti ölkəmizdə tətbiq edən EGE Hospital peşəkar həkimlərin, bilik və təcrübələrini səmimi şəkildə paylaşan tibbi heyətin, düzgün keyfiyyət strategiyasının, ən müasir tibb texnologiyası ilə keyfiyyətli tibbi xidmətə hər tərəfli təminat yaradır.

Düzgün müayinə və müalicə üçün ölkə xaricinə çıxmağa ehtiyac yoxdur. Ege Hospital uzaq yolları yaxın edir!

Sağlamlığınız Sağlamlığımızdır!

Missiyamız

Xəstəxanamız fiziki və ruhi şəfa ocağı olaraq səhiyyədə keyfiyyət standartlarına uyğun xidmət verən, Azərbaycan səhiyyə sektorunda aparıcı xəstəxanalardan olan, xəstə, xəstə yaxını və işçi məmnuniyyətini daima yüksək tutan, öyrətməyə, araşdırmaya açıq olan və səhiyyə işçilərinin yetişməsinə dəstək verən bir mərkəzdir.

Vizyonumuz

Əsas məqsədimiz dünyada tibbi yenilikləri təqib edərək xidmət verən, heç kimin zərər görməyəcəyi, hər kəs tərəfindən tövsiyə edilən, lider, referans mərkəz olmaqdır.

Dəyərlərimiz

  • Öncə zərər verməmək
  • Ölkəmizin qanunvericiliyinə hörmətlə yanaşmaq
  • Dürüst olmaq
  • Güvən qazanmaq
  • Araşdırmaya və elmi yeniliklərə açıq olmaq
  • Şəffaflıq

Yanaşmamız

  • Xidmətlərdə davamlı yaxşılaşma yönündən planlama
  • İşçi heyətimizin tibbi yeniliklərə sahiblənməsinə dəstək olmaq
  • Xəstəxananın maddi və texniki bazasının modern texnologiya ilə müqayisə etməklə yeniləmək
  • Yüksək xəstə məmnuniyyətinə sahiblənmək
  • İşçi məmnunuyyətini əldə etmək
  • İşçilərdə birlik, qrup şəklində işləməyi təmin etmək və motivasiyanı yüksək tutmaq