Hematoloqa nə zaman müraciət edilir?

Hematologiya – qan xəstəkilərinin diaqnozu, təqibi və müalicəsi
Ən sıx qarşılaşdığımız xəstəliklər və ya şikayətlərdən əsas olaraq qanın ümumi analizi ilə bağlı problemləri saya bilərəm. Bunlara qanın əsas 3 hüceyrə qrupunun xəstəlikləri göstərilə bilər. Qan azlığı, qanın ağ qan hüceyrəsinin miqdar olaraq azlığı və çoxluğu, trombosit dediyimiz laxtalanma hüceyrələrinin azlığı və çoxluğu kimi halların müalicə və diaqnozu ilə məşğul olur bir hematoloq.
Bundan əlavə, çox təəssüf ki, həm yaxınlarımızda, həm sosial mediada bir çox lemfomalı xəstələrlə qarşılaşırıq. Bu xəstələr bizim, ümumiyyətlə, hematologiyanın bədxassəli xəstəliklər qrupunda sayılır və əsas olaraq lemfomalar, leykozlar, multipl miyelom kimi sümük iliyi və böyrəkləri tutan bir çox hematoloji bədxassəli xəstəliklə də məşğul oluruq eyni zamanda.
Hematoloqa nə zaman ehtiyac olur?
Hematoloqa nə zaman ehtiyac olur? Kimlər hematoloqa müraciət etməlidirlər? Bu haqda bir az danışmaq istəyirəm.
Açığı, ixtisasım olduqca “izole”, yəni bizə aid olan bir ixtisas olduğu üçün digər həkim yoldaşlarımız bu sahədə, təbii ki, köməyə, əməkdaşlığa, birlikdə çalışmağa ehtiyac duya bilirlər zaman-zaman. Bunlardan da əsas qanın ümumi analizində zaman-zaman onların qarşısına çıxan fərqli qan tabloları ilə əlaqədar həkimlər bir-biri ilə əməkdaşlıq içərisində olmalıdır. Yəni bu zaman bir hematoloq görüşünə ehtiyac duyurlar.
Qan azlığı problemləri
Ən sıx hematoloq görüşünə, məsləhətinə ehtiyac yaranan hallardan biri bəhs etdiyim kimi, qan azlığı, qan çatışmazlıqlarıdır.
Bunlar ümumi olaraq qadınlarda, gənc, yetişkinlik periodunda olan uşaqlarda, hamilə qadınlarda, xüsusilə, qan azlığı ciddi bir sağlamlıq problemi olaraq qarşımıza çıxmaqdadır.
Bununla yanaşı, qan azlığı səbəbinə, təbii ki, anadangəlmə “herediter səbəblər” dediyimiz talassemiya, oraq hüceyrə anemiya xəstəlikləri də sayıla bilər.
Talassemiya xəstəliyi
Hematoloji xəstəliklərdən, xüsusilə, talassemiya xəstəliyini vurğulamaq istəyirəm ki, ciddi bir sağlamlıq problemi olaraq qarşımıza çıxmaqdadır və bununla ən təməl mübarizə yolu evlilikdən əvvəl skrininq testləri ilə talassemiyalı uşaqların dünyaya gəlinməsinin qarşısınının alınması olmalıdır. Çox təssüf ki, bunlar bəzən nəzarətdən qaça bilir. Bəzən evlilikdən əvvəl cütlüklər buna çox meyilli olmurlar. Çox diqqət yetirmirlər və təəssüf ki, bu hal talassemiyalı uşaqların doğulması ilə nəticələnir.
Təbii ki, bir hematoloq olaraq mən də talassemiyalı xəstələrin müalicəsi, diaqnozu və təqibi ilə məşğul oluram. Ailə üçün, ana, ata üçün və eyni zamanda xəstə olan uşağın özü üçün ciddi bir sağlamlıq problemidir. Heç də rahat, asan olmayan bir həyat onları gözləyir.
Buna görə əslində düşünürəm ki, bu xəstələrin müalicəsini vurğulamaqdan çox bu xəstəliklərin qarşısının alınmasına çalışmaq daha doğru olacaqdır.
Hamilələrdə qan problemləri
Bundan əlavə, hamilələrdə qanla bağlı çox problemlər görülməkdədir. İlk növbədə dəmir ehtiyacının artması ilə əlaqədar dəmir əskikliyi, dəmir çatışmazlığına bağlı anemiyalar sıx görülməkdədir.
Eyni zamanda digər hüceyrə qrupları ilə əlaqəli problemlər də görülə bilməkdədir. Bu zaman da təbii ki, mən ginekoloq həkim yoldaşlarımızla birlikdə xəstə təqibini, onlarla ortaq əməkdaşlıq içində çalışmağı təklif edirəm hər zaman və bu şəkildə də çalışırıq.
Eyni zamanda hamilə qadınlarda artmış dəmir ehtiyacına bağlı olaraq “dəmir çatışmazlığına bağlı anemiya” çox sıx görülməkdədir. Bununla bağlı qanın laxtalanma hüceyrəsi olan trombositlərlə bağlı olan problemlər də hamilə qadınlarda sıx görülməkdədir və belə hallarda ginekoloq həkiminin bir hematoloq ilə ortaq əməkdaşlıq içərisində işləməsi uyğundur.
Qan azlığı xəstəlik deyil, əlamətdir
Bunu da unutmamalıyıq ki, qan azlığı bir xəstəlik deyil, bir əlamətdir, bir simptomdur. Qan azlığına əslində səbəb olan xəstəliyin araşdırılması önəmlidir. Altda yatan bir çox xəstəlik qan azlığına səbəb olur. Mən bunların çox təfərrüatına girmək istəmirəm. Amma bunu fərqində olunmasını istəyirəm ki, qan azlığı bir simtomdur, bir əlamətdir və hər qan azlğı olan şəxs dəmir preparatları və ya başqa bir preparatlar, müalicəvi preparat qəbul etməzdən əvvəl bu qan azlığının səbəbinin nə olduğu müəyyənləşdirilməlidir.
Bunun üçün də ilk əvvəl hematoloqun təqibi altında, lazım olduqda bir hematoloq ehtiyacı gördüyü halda digər ixtisas sahibi həkimlərlə xəstənin vəziyyətini konsultasiya edərək altda yatan səbəbin, altda yatan xəstəliyin aydınlaşdırlması daha uyğun olacaqdır.
Dəmir preparatlarının kortəbii qəbulunun fəsadları
Birbaşa dəmir preparatlarının qəbul edilməsi ya qeyri-ixtisas, hematologiyadan uzaq həkimlər tərəfindən yazılması, təəssüf ki, çox qarşılaşdığımız şüursuzca – bəlkə qonşudan eşitməklə, bəlkə, yaxınının təklifi ilə dəmir preparatlarının qəbul edilməsi heç də düzgün bir hal deyil. Çünki əsas altda yatan, bu problemə səbəb olan xəstəliyin gizlənməsinə, bəlkə də, irəliləməsinə gətirib çıxara bilər bu problem.
Uzm.Dr.Təhməz Həziyev, Hematologiya yandal uzmanı
17 comments
Afət
1 November 2021 at 20:26
Salam.mənim oğlumun 24 yaşı var
Talassemiya xəstəsidir.aralıq forması..
2007-ci ildə dalağı götürülüb.lakin o zamandan qan vurdurmayıb.qanı 8.9;90;80;hətta 100 olduğu vaxtlarda olub.dərmanlar(Yəni vitaminlər,hidreya,birdə vitaminli qidalar) sayəsində.
Lakin hal hazırda onun topuq ayaq nahiyəsində güclü ağrılar yaranıb.ayağını yerə basa bilmir.
Xahiş edirəm mənə bildirin -bu oğlumun xəstəliyi ilə bağlıdır?
Və bilmək istəyirəm 24 yaşda xəstələrin Türkiyədə ilik dəyişmə əməliyyatı aparılır,
buna sizlər tərəfindən nəsə bir köməklik…olurmuş?
Ege Hospital
2 November 2021 at 13:27
Salam. Keçmiş olsun. Bir şərhə sığmayacaq qədər geniş bir mövzudur. Yaxşı olar ki, müayinə və konsultasiya üçün həkim qəbuluna yazılasınız.
Fazil
23 June 2022 at 01:49
Salam Xanım.
Sizə melumat verildi topuqdakı ağrıların sebebi nedir
Afət
1 November 2021 at 20:33
Talassemiya xəstəsi üçün ilik dəyişmə əməliyyatı
Elnare
16 September 2022 at 07:57
Salam.Menim ogullarimda talassemiya dashiyicisi diaqnozu qoyuldu.Bilmek isteedim bunun dereceleri var?’ve eger varsa nece muayine etmek olar?’ve dashiyicu qorxulu bir seydir heyatlari ucun.
Ege Hospital
16 September 2022 at 11:29
Salam. Talasemiya daşıyıcılığı xəstəlik deyil, müalicəsi yoxdur və buna ehtiyac yoxdur. Daşıyıcılığın dərəcəsi olmur, xəstə həyatı üçün heç bir təhlükə yaratmır. Evlilik yaşlarına gəldikləri zaman həyat yoldaşları da müvafiq analizlərdən keçib uyğun yolla övlad sahibi olmaları tövsiyyə olunur.
Uzman Dr. Təhməz Həziyev, Hematoloq
Zülfiyyə
2 November 2022 at 22:06
Salam.Qaynanamda limfa düyünlərinin xərçəngi çıxıb.Çenealtında olan şislerle hekime muraciet etdik.Boyamanin cavabı çıxanda 4cu derece dediler.Amma heç bir problemi yoxdu.Artiq ilk ximya olunub. İm mmuniyet artıran her şey verirəm.Həkim heç bir söz demədi netice barədə.Sizce şans varmıdır?
Ege Hospital
5 November 2022 at 12:35
Salam. Xəstəni və analiz nəticələrini poliklinik müayinədə görüb ona görə bir məlumat verə bilərəm.
Uzman Dr. Təhməz Həziyev, Hematoloq
Taleh
5 November 2022 at 10:01
Salam,
Yoldaşımda qan azlığı – anemiya var. Bunları yaradan səbəb dəmir defsiti və ya talassemiyadır. Lakin MCV/RBC düsturu ilə nəticə 23-dən yüksəkdir. Bu nəticədən əmin olmaq olar mı ki onda talassemiya daşıyıcılığı yoxdur?
Ege Hospital
5 November 2022 at 12:37
Salam. Analiz nəticələrini ya müayinəyə gələrək və ya köməkçimə whatsapp vasitəsi ilə göndərərsəniz, sizə məlumat verəbilərəm.
Tel: 055 336 33 20
Uzman Dr. Təhməz Həziyev, Hematoloq
Qismet
7 November 2022 at 20:18
Salam doktor menim qizimin6 yawi var var may ayinda uwaqin cene alti hissesi wiwdi ve qizardi.4 gunden sonra uwaq gece az qala sudurqa kecirdi qizmadan nefes almasida cox cetin oldu.burda wirvan weherinde 2 kurs mualice olundu lakim boyun nahitesindeki limfalari buyumuw veziyyetde qaldi. Texminen 2 sm boyuk deyildi .hereketlidr hemen duyunler narahatciliq vermir .qizma vermir yumuwaq konsistensiyadadi.cox narahat oluram bir meslehet verin.
Ege Hospital
7 December 2022 at 15:37
Salam. Keçmiş olsun. Təəssüf ki, mən uşaq pasiyent qəbul etmirəm, yetişkin hematoluquyam.
Limfalarla əlaqədar olaraq pediatr həkimlərə müraciət etməyinizi tövsiyyə edirəm. İnfeksion mənşəli və ya başqa səbəblərdən də ola bilər. Çünki limfa böyüklüyü bədxassəli xəstəliklərdən olacaqdır deyə bir şey yoxdur. İnfeksion mənşəli ola bilər, uşaqlar da infeksion xəstəliklərə çox meyillidirlər. O baxımdan USM müayinəsi ilə limfalarin təbiəti dəyərləndirilər və təqib edilər. Önəmli bir şey olarsa da ona görə addım atılar.
Keçmiş olsun.
Uzman Dr. Təhməz Həziyev, Hematoloq
Mushfiq
23 November 2022 at 07:54
Salam atama keskin leykoz diaqnozu qoyulub artiq 3cu ximyasin alib ancaq 3cu ximyadan sonra dahada agirlasib ve bedeni ozune gele bilmir. Bundan evvelki kurs mualiceler daha effektiv idi. Indi bilmirem nece eliyim kime muraciet edim.
Elnur
6 January 2023 at 20:33
Salam hekim sizinle nece elaqe saxlamaq olar
Ege Hospital
12 January 2023 at 14:06
Salam. Hematoloq Uzman Dr Təhməz Həziyevin qəbuluna yazılmaq üçün aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
Tel: 1117,
012 599 1117
050 299 1117,
055 336 33 20
Vuqar
16 February 2023 at 17:04
Salam hekim.Menim yoldawimda qan azliqi ve demir azliqi var.Hem de ayaq nahiyelerinde goyermeler emele gelir.Qawinma verir.Bunun sebebi ne ola biler?
Ege Hospital
17 February 2023 at 18:10
Salam. Xanım əgər aktiv menstruasiya görürsə, böyük ehtimal ki, qan azlığının, dəmir azlığının səbəbi odur. Göyərmələr ilə bağlı ümumi bir laxtalanma sistemi araşdırılıb, bir iki yüngül test ilə baxılıb dəyərləndirilməlidir, ciddi bir şey varmı yoxmu? Bəzən tək başına anemiya – qanazlığı belə səbəb ola bilər.
Əgər menstruasiya görməyən yaşadırsa, o zaman mədə bağırsaq sistemi yoxlanılmalıdır.
Keçmiş olsun.
Uzman Dr. Təhməz Həziyev, Hematoloq