Hidrosefaliya – kimlərdə rast gəlinir?
Hidrosefaliyalıları yaş qrupuna görə ayıra bilərik.
Yəni böyüklərdə hidrosefaliyalar ola bilər ki, bunlar, adətən, anadangəlmə deyildir, başqa səbəblərdən beynimizdə suyun yığılmasıdır.
Bir də əlbəttə, uşaqlarda olanlar var. Xüsusən də, ana bətnində olarkən bəzi problemlərlə qarşılaşan uşaqlarda və ya kiçik uşaqlarda, yenə beyin şişməsi səbəbilə hidrosefaliya ola bilər. Yenə, “konjenital” dediyimiz, yəni anadangəlmə bəzi anomaliyalarda da hidrosefaliya ola bilir.
Hidrosefaliyanın əlamətləri
Hidrosefaliyalı uşaq necə olur?
Birincisi, uşağın başı öz yaşıdlarına nisbətən daha sürətli böyüməyə başlayır. Yəni 102 sm-ə qədər başlar gördüm. Çox daha böyük başlar da ola bilər. Ona görə də ailə buna diqqət etməlidir. Əlbəttə ki, uşağın pediatrı da bunu davamlı olaraq nəzarətdə saxlamalıdır. Başda böyümə ola bilər. “Əmgək” deyirsiz – fontanellərdə genişlənmə, oralarda bir gərginlik – bunlar ilk diqqəti cəlb edən şeylərdir.
Yenə, hidrosefaliyalı uşaqlara baxdıqda, “batan günəş mənzərəsi” deyilir. Bu uşaqların gözləri sanki batan bir günəş imiş kimi bir az fərqli və yarı-qapalı olur. Ona görə də bu cür şikayətləri olan xəstələr üçün mütləq bir neyrocərraha müraciət etməlidirlər.
Hidrosefaliyanın müalicəsini, əsasən, neyrocərrahlar edirlər və bəzi müşahidələrə ehtiyac olduqda uşaq nevroloqları da təqib edə bilər.
Hidrosefaliya diaqnozu necə qoyulur?
Hidrosefaliyanın diaqnozunu neçə qoyuruq?
Klinik müayinə olaraq bir sıra detallı müayinələr edilməlidir. Başın çevrəsinin ölçülməsi ilə başlayırıq. Başqa müayinə metodlarımız var: göz dibinə baxmaq, əmgəyə baxmaq… Amma tam dəqiq diaqnozu isə, bəli, MRT və KT ilə qoyuruq.
Burada “ventrikul” adlandırdığımız mədəciklərin, çuxurların böyüməsi varsa, o zaman konkret olaraq hidrosefaliya diaqnozu qoyuruq.
Hidrosefaliyanın müalicəsi
Diaqnozu qoyduqdan sonra nə edirik?
Onların böyük əksəriyyətini əməliyyat edirik. Müxtəlif əməliyyat metodları var.
Əgər ana bətnində aşkar edilərsə, bəzi üsulları var, amma təəssüf ki, dünyanın hər yerində edilmir. Bəzi ölkələrdə, bəli, bu uşaqlar ana bətnində olanda da əməliyyat edilə bilirlər.
Biz, adətən, doğuşdan sonra əməliyyat edirik. Nə edirik?
Adətən, bəzi endoskopik əməliyyatlar edilir. “Third ventriculostomy” dediyimiz ventrikulların üçüncü ventrikula bağlanması əməliyyatını həyata keçiririk.
Ventrikuloperitoneal şuntlama
Və ya “şuntlama” dediyimiz sistemlər qoya bilərik. Ventrikuloperitoneal şunt yerləşdirə bilərik. Bu nə deməkdir? Beyində yığılan artıq suyu götürüb bir boru sistemi ilə xəstənin qarın boşluğuna boşaldırıq.
Əgər xəstənin qarnında bir problem varsa, o artıq su burada problem yaradırsa və sovrulmursa, effektiv deyilsə, onda onu döş qəfəsinə yerləşdiririk. Yəni ağciyərin membranları arasına – “plevra” dediyimiz pərdələr arasında biz bu suyu göndəririk. Orada da bir problem varsa, ürəyinə – “atrium” adlandırdığımız qulaqcıqlarına göndərə bilərik və bundan sonra onu izləyə bilərik.
Təkrari əməliyyatlar tələb oluna bilər
Ancaq bütün xəstələr bilməlidirlər ki, bir dəfə şunt taxıldıqdan sonra təəssüf ki, bu, ömürboyu neyrocərrahların nəzarəti altında olmalıdır. Biz – neyrocərrahların əksəriyyəti, şuntlarla məşğul olmaq istəmirik, çünki təəssüf ki, iş bir dəfə ilə bitmir. Yəni o uşaq və ya yetkin insan ömrünün sonuna qədər artıq yaxınınız kimi olur. Xəstənizlə davamlı görüşməli, davamlı təqib etməlisiniz. Biz isə istəyirik ki, bir dəfə əməliyyat edək və hər şey bitsin. Ancaq əksər xəstələrdə, ümumi əməliyyatlar arasında ən çox “re-operation” dediyimiz, yəni təkrarlanan əməliyyatlardan olduğu problem, əməliyyat hidrosefaliya və ventrikoperitoneal, yəni şuntlama əməliyyatlarıdır.
Ventrikuloperitoneal şuntlama müşahidə tələb edir
Bu səbəbdən bu tip xəstələrimiz davamlı neyrocərrah tərəfindən müşayiət olunmalı və həyatlarına davam etməlidirlər. Əlbəttə ki, bu ailə üçün böyük bir problemdir, xəstə üçün böyük bir problem ola bilər, amma əmin olun ki, bir çox xəstədə heç bir əməliyyat keçirilmədən… Mənim xəstələrim var elə doğulduqda şuntlama etdiyimiz, hal-hazırda universitetə qəbul olub. Universitetdə oxuyan, heç bir zəka problemi olmayan, heç bir nevroloji problem olmayan bir çox xəstəmiz var. Ümid edirəm bütün xəstələrdə də belə olar.
Prof. Dr. Özkan Tehli, Neyrocərrah