HPV – İnsan papilloma virusu

HPV – İnsan papilloma virusu

25 October 2022 0
hpv-insan-papilloma-virusu-1200x675.jpeg

Bu papilloma virusu “müasir dövrün bəlası”adlandıra bilərik. Demək olar ki, əksər qadınlarda yoxlanış aparsaq, bu virusa yoluxma aşkarlanacaqdır. Ancaq “Bütün hamısı təhlükəlidir” deyə bilmərik. Sadəcə iki növü vardır ki, Human Papillomavirus HPV 16 və 18 tipləri gələcəkdə xərçəng yaranma riskini 3 dəfə artırmış olur. Digər formaları vardır ki, HPV 6 və 11 tipləri, bunlar isə vulvar nahiyədə problemlər, papilomaların yaranmasına səbəb olur. 

Bütün qadınlar Human Papillomavirusa qarşı skrininqdən keçməlidir. Skrininqin nəticəsinə, əsasən, neqativdirsə, artıq bu 5-10 ildə bir təkrarlanmalıdır. Təzədən 5-10 ildə birtam 50 yaşına qədərqadın bu müayinədən keçməlidir. Yox, əgər skrininq pozitiv çıxarsa, HPV 16-18 də yoluxma riski varsa, bu qadın diqqətdə saxlanılmalıdır. Nə üçün? Bu tiplər qadın servikal xərçəng yaranma riskini üç dəfə artırmış olur və əgər pozitiv çıxıbsa, artıq digər müayinə metodları: kolposkopiya, biopsiya tövsiyə olunur. 

30 yaşına qədər bütün qadınlarda deyə bilmərik ki, HPV testi mütləq edilməlidir və əlavə müayinələrə cəlb edilməlidir. Əgər 30 yaşına qədər yoluxma baş veribsə, orqanizm çox böyük ehtimalla bunun öhdəsindən gələcək, tam sağalacaqdır. Yox, əgər 30 yaşından sonra yoluxma baş verərsə, bu artıq orqanizmin supressiya vəziyyəti ilə əlaqədar olaraq orqanizm tam virusdan təmizlənə bilmir və gələcəkdə servikal problemlər yaranma riski artmış olur. İlk növbədə bu problemlər aşkarlandısa, daim nəzarətdə saxlanılmalıdır, ta ki, HPV neqativ alınana qədər. Yox əgər HPV mənfi alınmasa, yəni yoluxma sağalma ilə nəticələnməsə artıq hər 3 ildə bir sitoloji müayinədən və ya kolposkopiya müayinəsindən keçməlidir. 

Müalicəsi zamanı əgər yoluxma baş veribsə və kolposkopiya müayinəsində biz hər hansı problem aşkar etməmişiksə, artıq iki ildən sonra təkrar HPV diaqnostika aparılır və yenə yoluxma aşkarlanırsa, yenə virus orqanizmdə qalıbsa, artıq kolposkopiya, biopsiya və digər müayinə metodları tövsiyə edilir. Müalicəsi zamanı virus əleyhinə terapiya məsləhət görülmür, çünki heç bir effektiklinik olaraq sübuta yetirilməmişdir. 

Ən yaxşı müalicə vaksinasiyadır

Ən yaxşı müalicə kimi profilaktika nəzərdə tutulur və bu da 26 yaşına qədər qadınların vaksinasiya olunmasıdır. 

İki tip vaksinlər vardır ölkəmizdə: 1, 2 valentli və 4 valentli. Tövsiyə olunan 4 valentli vaksinasiyadır. 26 yaşına qədər 2 dozası, immun zəif qadınlarda isə 3 dozası alınsın. Yox, əgər bu doza alınmayıbsa və yoluxma baş veribsə, tam müalicəsi orqanizmdən asılıdır. Orqanizm özü müqavimətini qaldıraraq bunun öhdəsindən gəlməlidir. Yox, əgər gələ bilmirsə və virus orqanizmdə persistensiya edirsə, digər müayinə metodları aparılmalıvə 50 yaşına qədər bu qadın nəzarətdə olmalıdır. 50 yaşından sonra isə iki dəfə bizim sitoloji müayinəmiz neqativ, yəni yaxşı nəticə verərsə, artıq skrininq proqramı dayandırılır və normal həyatına davam edir. 

Dr.Afaq Tağıyeva, Cərrah Mama-Ginekoloq

 


Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!