Keysəriyyə + Abdominoplastika
Keysəriyyə və abdominoplastika hal-hazırda 3 qadından 1-nin ehtiyacı olan bir prosedurdur.
Əlbəttə, biz də istəyərdik ki, doğuşdan sonra, keysəriyyədən sonra qadın müəyyən bir dieta tutsun, idman eləsin və ondan sonra gəlsin tam abdominoplastikaya. Amma əlbəttə ki, bu, mümkün olmur.
Birincisi, maddiyyat problemidir. Çünki həm keysəriyyə əməliyyatı olacaq, bir neçə ay sonra yenə maddiyyat üçün pul toplayacaq və gəlib abdominoplastika əməliyyatı olunacaq. bu bir.
İkincisi, ailə faktoru, çevrə faktoru… Həyat yoldaşı icazə verəcəkmi təkrar abdominoplastika olsunmu?
Keysəriyyə əməliyyatı olub, ağrıları bitib, 2-3 aydan sonra güc toplayıb bir daha əməliyyat olunub, bir daha bu ağrını çəkəcəkmi?
Yəni bu faktorları nəzərə alaraq biz çalışırıq ki, keysəriyyə sonrası qadında tam abdominoplastika deməyək buna, sadəcə sallanmış, pis, artıq dəridən qurtaraq. Və bu eyni bir prosedurda icra edilən əməliyyatdır. Yəni keysəriyyə kəsiyi deyək 10 sm-dirsə biz bu kəsiyi bir az daha böyük edib, yəni 20-25 sm edib, qadını narahat edən dəri toxumasından qurtarırıq.
Keysəriyyə + Abdominoplastika zərərlidirmi?
Burada biz liposaksiya, popofillinq, ya da hər hansı bir bədən şəkilləndirmə, ya da “full” abdominoplastika əməliyyatı icra etmədiyimiz üçün, təxminən 15-20 dəqiqə davam edən kiçik bir əməliyyat olduğu üçün heç bir zərəri yoxdur.
Düşünün, dəri kəsilmişkən oradan bir az kəsiyi böyüdüb artıq piy toxumasını və artıq dəri sallanmasını görürük. Onun üçün qadına heç bir ziyanı yoxdur.
Abdominoplastikadan sonra ağrı olurmu?
Burada qarnın içi həddən artıq kəsilmir, sadəcə qarnın dərisi bir az böyük kəsildiyi üçün əməliyyat sonrası elə böyük bir ağrı da olmur. Necə ki, keysəriyyə sonrası qadın 2-3 gün sonra normal həyatına dönür, ayaqlanırsa keysəriyyə üstəgəl “mini abdominoplastika” sonrası da qadın həmən ayaqlana bilər, uşağa süd verə bilər, uşağına qulluq edə bilər, heç bir zərəri, ziyanı yoxdur.
Sual: Abdominoplastikadan sonra sallanma olurmu?
Əlbəttə ki, həddən artıq qidalanma, həddən artıq kökəlmə olmazsa, sonradan sallanma, ya da hə hansı bir problem olmur.
Onu da deyim ki, biz abdominoplastika etdikdən sonra o dəri elə yapışır ki, qadın kökəlsə belə, o piy toxuması həmin o qarın nahiyəsində deyil, fərqli nahiyələrə toplanılır.
Yenə də biz xəstələrə məsləhət görürük ki, keysəriyyə + abdominoplastika sonrası qeyri-sağlam qidalanmasın. Amma normal qidalanmasını da kəsməsinlər. Yəni heç bir dieta proqramı, ya da heç bir idman proqramı vermirik.
Sual: Abdominoplastikadan sonra təkrar doğuşa problem yaranarmı?
Biz dediyim kimi burada “full” abdominoplastika, ya da böyük bir bədən şəkilləndirmə əməliyyatı icra etmədiyimiz üçün, sadəcə qadın üçün artıq olan dərini götürdüyümüz üçün, sonradan hamilə də qala bilər, sonradan təkrar keysəriyyə əməliyyatı da ola bilər.
Abdominoplastika neçə doğuşdan sonra icra edilə bilər?
Ümumiyyətlə, yeni ailə qurmuş qadınlarda qarın sallanması olmur. Əlbəttə ki, bu sallanma doğuşdan və süd vermədən sonra yaranır. Bir doğuş, ya da iki doğuş fərq etməz. Deyək ki, xəstənin bir doğuşu var və o doğuşdan sonra kökəlib, ondan sonra qarnı qarnında sallanma var və heç bir idmanla geriyə qayıtmayan bir sallanma varsa, artıq bu əməliyyat qaçınılmazdır, fərq etmir 1 doğuşun var, 2-3.
İlk övladını dünyaya gətirən qadınlara məsləhətimiz?
İstər keysəriyyə, istər təbii doğuş etsinlər, ondan sonra sağlam qidalansınlar.
Hamiləlikdə həm sağlam qidalanıb, həm ana südünü versinlər, həm də hamiləlikdə aldıqları kilonu sağlam yolla verə bilsinlər.
Lazımdırsa, doğuşdan və keysəriyyədən 3-4 ay sonra idmana başlasınlar ki, bu sallanmış qarın daha da sallanıb, irəlidə əməliyyatlıq bir problemə çevrilməsin.
Abdominoplastika neçə doğuşdan sonra icra edilə bilər?
Ümumiyyətlə, yeni ailə qurmuş qadınlarda qarın sallanması olmur. Əlbəttə ki, bu sallanma doğuşdan və süd vermədən sonra yaranır. Bir doğuş, ya da iki doğuş fərq etməz. Deyək ki, xəstənin bir doğuşu var və o doğuşdan sonra kökəlib, ondan sonra qarnında sallanma var və heç bir idmanla geriyə qayıtmayan bir sallanma varsa, artıq bu əməliyyat qaçılmazdır, fərq etmir 1 doğuşun var 2-3. Bu fərq etmir.
8 comments
Tunzale
24 August 2021 at 18:35
Salam keseriye emeliyatinin qiymet neciyedi
Ege Hospital
25 August 2021 at 12:40
Salam. Ginekoloq həkimlərimizə müraciət edərək daha ətraflı məlumat ala bilərsiniz.
Afaq
8 March 2022 at 11:10
Salam,full abdominoplastika ola bilerremi bes kesrden sonra yani belim de ince qalsin🙏
Ege Hospital
8 March 2022 at 11:58
Salam. Keysəriyyə ilə birlikdə tam abdominoplastika etmirik, mini abdominoplastika (fartuk götürmə) edirik.
Uzman Dr. Aynurə Nəcəfəliyeva, Cərrah Mama-Ginekoloq
Jalə
27 May 2022 at 13:23
Salam əyər əzələ diastasi varsa keysəriyyə vaxti əməliyyat icra oluna bilərmi?
Ege Hospital
30 May 2022 at 13:16
Salam, bəli olar.
Diastaz varsa, keysəriyyədə göbək altı diastaz götürülür.
Göbək üstü tam abdominoplastikada götürülür.
Uzman Dr. Aynurə Nəcəfəliyeva, Cərrah Mama-Ginekoloq
Bahar
4 August 2022 at 18:40
Siz tam abdomino plastica edirsiz kesr zamani?diastaz ucun sorusuram.
Ege Hospital
5 August 2022 at 23:28
Salam. Xeyr.
Uzman Dr. Aynurə Nəcəfəliyeva, Cərrah Mama-Ginekoloq