Kişi cinsi zəifliyi – erektil disfunksiya

Kişi cinsi zəifliyi – erektil disfunksiya

15 August 2022 0
erektil-disfunksiya.jpeg

Cinsi zəiflik və elmi adı ilə Erektil disfunksiya nədir? Kişi cinsiyyət orqanının cinsi əlaqə üçün yetərli dərəcədə sərtliyinin olmaması və ya bu sərtliyin qorunub saxlana bilməməsinə deyilir. 

Əslində tez-tez görülən bir haldır. Ancaq təəssüf ki, bu şikayətdə olan kişilərin sadəcə az bir qismi həkimə müraciət etməkdədir. 

Əslində cinsi zəiflik bir xəstəlik deyil, sadəcə hər hansı altda yatan bir xəstəliyin əlaməti olaraq baxsaq, daha doğru olar.

Psixogen mənşəli sərtləşmə problemi

İki forması ayırd edilir: psixogen və orqanik cinsi zəiflik. Psixogen cinsi zəiflik daha çox gənc yaşlarda görülür. Ən mühüm psixogen faktorlardan biri “performans anksiyetesi”dir. Yəni “qarşı tərəfi tam məmnun edə bilməmə” narahatlığıdır. Digər səbəblər arasında isə daha öncə keçirilmiş uğursuz bir cinsi əlaqəyə bağlı yaranan psixoloji travma, qeyri-kafi cinsi bilgi, təzyiq altında böyümə, ailədə olan problemlər, həyat yoldaşı olan ani münasibət pozğunluqları və ya həyatında yeni baş verən mühüm dəyişikliklər, məsələn: hamiləlik, doğum, maddi çətinliklər və ya iş yerini itirməsi…

Orqan mənşəli cinsi zəiflik

Orqanik cinsi zəiflik isə alta yatan bir və ya bir neçə xəstəliyə bağlı ola bilər. Bu səbəblərdən ən başda gələni damar zədələnməsinə səbəb ola bilən şəkər xəstəliyi, yüksək təzyiq və ya bəzi ürək, qan-damar sistemi xəstəlikləri, qandakı xolesterin yüksəlməsi və ya digər zərərli yağların yüksəlməsi, bəzi nevroloji xəstəliklər, endokrin pozğunluqlar, əsasən də, testosteron hormonunun düşməsinə səbəb ola bilən endokrin pozğunluqlar, bəzi keçirilmiş çanaq bölgəsindəki cərrahilər, hətta istifadə etdiyimiz bəzi dərmanların yan təsiri olaraq da cinsi zəiflik görülə bilər. 

Bəzi anatomik deformasiyalar anadangəlmə və ya sonradan qazanılmış da ola bilər. Bunlar da cinsi zəifliyə səbəb ola bilər. Məsələn, cinsiyyət orqanının kiçik olması, cinsiyyət orqanının əyriliyi, epispodiya, hipospadiya kimi dediyimiz xəstəliklər.

Son olaraq bunu demək istəyirəm ki, cinsi zəiflik müalicə ola bilən bir problemdir. Önəmli olan isə altda yatan səbəbi doğru olaraq aşkara çıxarmaqdır.

Op.Dr.Fərid Mikayılov, Uroloq-androloq

 


Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!