Penil doppler
Penil doppleroqrafiya haqqında məlumat verəcəyəm.
Arterial və ya ven doppler termini az-çox insanlara məlum bir müayinə üsuludur. Penil dopreroqrafiya bu sistemin hər ikisinin eyni anda kişi cinsiyyət üzvündə aparılan bir müayinə üsuludur.
Müayinə uro-androloqun və ya digər ixtisas sahibi həkimin göstərişi və təyinatı əsasında sərtlikdən əziyyət çəkən, yəni cinsiyyət üzvündə yetərli sərtlik almayan və ya heç sərtləşmə görüntüsü əldə etməyən xəstələrimizin şikayəti əsasında olur.
Müayinə ultrasəs müayinə cihazının bizə verdiyi imkanlarla cihazın baxışı zamanı aparılır. Ağrısız müayinədir. Xəstəmizə xırda bir damar genişləndirici iynə vurularaq 20 dəqiqə ərzində bu müayinə aparılır.
Nəticədə, istər şəkərli diabet xəstələri, istər xolesterin və ya digər faktorlardan arterial bir kirəclənmə, arterial axım pozulması yaranan xəstəmizin bu yöndə olan patologiyası və yaxud venlərdə olan qapaq problemi yaşayan xəstələrimizin bu patologiyasının önə çıxarılmasında bizə çox böyük dəstəkçidir. Ona görə bu problemi yaşayan xəstələrin çəkinmədən uyğun mütəxəssisə yoxlanılması, ehtiyac olunduğu anda bu müayinəni keçməsini tövsiyə edirəm.
Bəzən illərlə fərqli-fərqli, çox da yaxşı mütəxəssislərdə müalicələr alsalar belə nəticə əldə etməyən xəstələr var. Çünkü bunların səbəbi istiqamətli olduğu halda penil doppler olunmamasıdır, damarların incələnməməsidir. Ona görə də insanlarımızı doğru müayinə olunmağa, doğru diaqnozla düzgün müalicə almağa dəvət edirəm.
Dr.Cavid Muradov, Radioloq
2 comments
Namiq
29 October 2023 at 17:00
Salam Cavid Həkim.
Gəncədən narahat edirəm. 59 yaşım var 2 cı qrup hərbi əliləm. Maraqlandığım sual penil Doppler müayinəsinin qiymətidir. Güsəştsiz!
Öncədən təşəkkür.
Ege Hospital
30 October 2023 at 11:31
Salam. Sizin email ünvanınıza ətraflı məlumat göndərildi.