Qadınlarda saç tökülməsinin səbəbləri
Qadınlarda saç tökülməsinin səbəbləri çoxdur, müxtəlifdir. Ən çox hormonal səbəblər, vitamin, mineral çatışmazlığı, qan azlığı, mövsümə bağlı saç tökülmələri, başqa səbəblər də saymaq olar. Stress faktoru dadaxildir bu səbəblərə.
Ümumiyyətlə, gün ərzində 100-150 və daha çox saç tökülürsə, “saç tökülməsi” olaraq qəbul edirik, artıq patoloji bir şey olaraq qəbul edirik və həkimə müraciət etməyə bir səbəbdir.
Saç tökülməsində müayinə
İlk müraciətdə əvvəlcə saçlarda bir müayinə olunur. “Pull” testi diyimiz çəkmə testi olunur. Nə qədər saç tökülür, ona baxırıq. Müəyyən müayinələrdən və hətta tökülmə şiddətinə görə müəyyən qan analizlər olunur. O analizlərin nəticələrinə görə “Müəyyən bir səbəblər varmı?” ortaya çıxarırıq. Bəzən analizlərdə bir problem olduğu zaman o düzəlməlidir. Yoxdursa, simptomatik saç tökülməsi olaraq qəbul edirik. Və yaxud da mövsümidi: yaz, payız aylarında mövsümə bağlı saç tökülmələri baş verir.
Ümumiyətlə, saç tökülməsi zamanı ən birinci saç tökülmənin səbəbini müəyyən etmək lazımdır ki, əksər hallarda saç tökülməsinin qadınlarda bir səbəbi olur. Və bəzən sırf bunu hansısa bir prosedurla və yaxud da hansısa bir həblə müalicə etməyə çalışırlar. Müəyyən nəticələr əldə olunur: “Mənim saçım yaxşı idi, yenidən başlayır tökülməyə” kimi fikirlər çox eşidirik. Ümumiyyətlə, bir qadın saç tökülməsi ilə müraciət edibsə, birinci növbədə geniş bir anamnez alınmalıdır xanımdan. “İstifadə etdiyi dərmanlar varmı?”, “Ümumiyyətlə, nə qədər müddətdir saçları tökülür?”, “Genetik olaraq, ailəsində və yaxud yaxınlarında kimdəsə bir saç tökülməsi hekayəsi varmı?” Və saç tökülməsinin tipini müəyyən etmək lazımdır. Hansı tip saç tökülməsidir? Mövsümə bağlımı, qanazlığına bağlımı, hormonlara bağlımı, stressə bağlımı və yaxud da “alopesi areata” dediyimiz autoimmun saç tökülməsidirmi? Bunu müəyyən etmək lazımdır.
Saç tökülməsinin müalicəsi
Bəzən qadınlarda hormonal problemlər yaranır. Bu hormonal problemləri də ehtiyac olarsa, bir endokrinoloq konsultasiyası edirik və ortaq bir məxrəcə gəlmək lazımdır ki, saç tökülməsinin səbəbi nədir? Səbəbi müəyyən etdikdən sonra səbəbə yönəlik müalicələr olunur bu öz yerində və “takviye” dediyimiz saçların toparlanması üçün, daha sürətli canlanması üçün, tökülən saçların bərpası üçün yerli olaraq istifadə olunan müalicələr var. Eyni zamanda daxilə verilən müalicələr var tabletka şəklində, kapsul şəklində. Bundan əlavə saç tökülməsi ilə bağlı kosmetik prosedurlar da ola bilər. Məsələn, “mezoterapiya” dediyimiz kosmetik prosedur və yaxud da son zamanlarda bəzən qəbul olunur, bəzən qəbul olunmur, amma “plazmaterapiya” dediyimiz plazmalifting müalicəsi tətbiq oluna bilər.
Ancaq mənim tövsiyəm odur ki, əgər bir xanımda saç tökülmə varsa, ən birinci hormonal problemlər inkar olunmalıdır. Məsələn, bunlaranə aid ol bilər? Bizim el arasında “zob” dediyimiz qalxanvari vəzi ilə, tiroid vəzi ilə bağlı olan problem varsa, o aşkarlanmalıdır, aybaşı pozulmaları varsa, bunu aydınlaşdırmaq lazımdır. Hormonal problemləri ortaya çıxıbsa, bu ginekoloq həkimlə və endokrinoloq həkimlə konsultasiya olunduqdan sonra ortaya yeni bir xəstəlik çıxmayıbsa, əgər təbii ki, artıq simptomatik müalicə verilə bilər. Yoxsa sırf saç tökülməsi üçün simptomatik müalicələr hər zaman effektiv olmur, təbii ki.
Bundan başqa bizə saç tökülməsində dəstəyi ən çox olan həkimlərdən biri psixiatrlar, nevroloqlardır. Çünki saç tökülməsi eyni zamanda stressə, gərginliyə bağlı olan simptomdur. Və əgər varsa, belə bir şey eyni zamanda saç tökülməsinin, özü də bəzi xanımları depressiyaya saldığı üçün psixiatr və ya nevropatoloq konsultasiyası istəməliyik.
Bəzən pasiyentlərimizi yönləndirmək çox çətin olur. “Mənim sadəcə saçım üçün, müəyyən prosedurlar və ya tabletkalar yazın” kimi. Ancaq nəzərinizə çatdırım ki, bunu etmək pasiyent üçün çox önəmlidir. Müəyyən müalicələr olunur, nəticə əldə olunmur. Amma bir psixiatr, bir nevropotoloq konsultasiyasından sonra bir neçə ay ərzində baxırsınız artıq tökülmə dayanıb, artıq əvvəlki şiddətlə tökülmür və ya saçlar canlanmağa başlayır.
Vitamin, mineral çatışmazlığı bayaq da vurğuladıq. Mövsümə bağlı və yaxud da xəstənin qidalanmasına bağlı. Qan azlığı ola bilər. Ən çox qarşımıza çıxan saç tökülmə səbəblərindən biri dəmir azlığı anemiyasıdır. Məsələn, qırmızı ətdən imtina edən pasiyentlər və vegetarianlar. O insanlarda daha çox dəmir azlığı baş verir. Dəmir azlığına bağlı saç tökülmələri, bəzən mineral əksikliyinə bağlı saç qırılmaları olur. “Mənim saçlarım uzanmır” kimi. “Əvvəl uzanırdı, indi uzanmır” kimi ifadələrlə qarşılaşırıq.
Şampun saç tökülməsini artırıb və ya azalda bilərmi?
Ən çox verilən suallardan biri də şampunlarla bağlı olur saç tökülmələrində. “Müəyyən şampun işlətdim, ondan sonra oldu” və yaxud da “Bu şampunu işlətdim, saçımda tökülmə azaldı.” Xüsusilə vurğulamaq istəyirəm ki, şampunlar, adətən, saç tökmə və saç çıxarmada çox aktiv iştirak etmirlər. Sadəcə bəzi şampunların tərkibində saçları həcmləndirmək, canlandırmaq üçün olan müəyyən provitaminlər və yaxud yağlar olur. Onlar saçları həcmləndirirlər. Bəzən də şampunların, losyonların içərisində olan kimyəvi maddələrə qarşı bir allergik reaksiya baş verir.
Başın dərisində, saç kökləri olan nahiyələrdə bir ekzema fonunda bir görüntü yaranır və yaxud da saç köklərini zədələyən bir görüntü yaranır. Buna bağlı bir saç tökülməsi ola bilər. Ancaq ümumiyyətlə şampunlarla saç çıxarmaq və ya saç tökmə məsələsi aktiv bir məsələ olduğu üçün vurğuladım bunu. Elə bir şey çox saç tökülməsinə təsir etməz. Buna görə “Hansısa bir şampunu alım, saç tökülməmi dayandıracaq” – bu doğru deyil. Özəlliklə, vurğulamaq istəyirəm ki, əgər bir neçə ay ərzində aktiv saç tökülməsi müşahidə eləyən, darıyan zaman və yaxud da daramasa da rutin, gündəlik olaraq müşahidə etdiyi saç tökülməsi varsa, normadan artıq ilk olaraq bir həkim dermatoloqa müraciət etmək şərtdir.
Dr.Vəli Cəfərov, Dermatoloq
9 comments
Arzu
13 May 2023 at 21:31
Salam doktor. Məlumatlar üçün çox təşəkkür edirəm.
Gülûstan
16 July 2023 at 19:42
Salam doktor mende artik ikinci seferdiki ocaq tipli saç tokulmesi askalamisam.ama ayri yerlerde sacimda.bunun sebebi ne ola biler?
Ege Hospital
19 July 2023 at 12:32
Salam, ocaqlı saç tökülməsi-Alopecia Areata autoimmun xəstəlikdir, yəni bir növ genetik yatqınlıq olur bu xəstəlikdə, ancaq ortaya çıxaran təməl səbəblərin başında stress, gərginlik durur.
Dr. Vəli Cəfərov, Dermatoloq
Ləman
17 July 2023 at 00:22
Salam mənim bir neçə aydır anamın saçı dəhşət tökülür hal hazırda qabağ hissələri dəhşətli tökülüb çox qorxuram eyni andaca arıqlayıb səbəb nə ola bilər çox qorxuram zəhmət olmasa kömək edərdiniz mənə😔
Ege Hospital
19 July 2023 at 12:33
Salam, Anidən şiddətli saç tökülməsi və eyni anda arıqlama başlayıbsa, xəstə araşdırılmalıdır, əvvəlcə terapevt tərəfindən. Əgər altda yatan bir səbəb varsa, ilk növbədə o aradan qaldırılmalıdır. Ehtiyac olduğu durumda həkim-dermatoloq tərəfindən saç tökülməsi üçün müdaxilə olunur, müalicə başlanır.
Dr. Vəli Cəfərov, Dermatoloq
Sevinc
14 August 2023 at 10:51
Salam hekim saclarim hedsiz tokulmeye bawlayib evvellerde vardi beleyox xahiw edrem bir meslehet vererdiz
Khan
6 September 2023 at 19:36
Salam həkim.Mən bir neçə ay öncə aşırı stres keçirmişəm.ondan sonra kəskin saç tökülməm oldu.bunhn qarşısını necə kəsə bilərəm
Alem
7 September 2023 at 17:12
Salam. Saçım uzun zamandır çox tökülür. Daxildən mülalicə et dedilər. 1 aydır edirəm amma heç bir effekti yoxdur. Dayanmadan tökülür saçlarım əlimi vurmasam belə. Səbəbi nə ola bilər?
Yeganə
8 September 2023 at 02:38
Salam. Körpəmi süddən ayırandan sonra 2 ayda saçım şiddətlə tökülməyə başladı və yeni tüklər çıxır. Tökülmə ən çox qulağın üstü gicgah nahiyədədir.
Və əlavə olaraq arıqlama həbi ilə çəki atmışam.
Əvvəlcədən təşəkkür edirəm.