Qan azlığı – səbəbləri, əlamətləri, müalicəsi

Qan azlığı – səbəbləri, əlamətləri, müalicəsi

5 July 2021 52
qan_azliginin_sebebleri_elametleri_mualicesi.jpg

Qan azlığı, ümumiyyətlə, cəmiyyətdə çox sıx görülən problemdən biridir və önəmli sağlamlıq problemi olaraq qarşımıza çıxmaqdadır. Yəni, mən özüm hematoloq olaraq da çox qan azlığı olan xəstə ilə qarşılaşıram. Təbii ki, digər ixtisas sahibi olan həkim yoldaşlarımız da çox sıx qarşılaşırlar. 

Qan azlığının yaranma səbəbləri

Burada, təbii ki, əsas məlumatlandırıcı olması üçün deyə bilərəm ki, 3 əsas səbəbi var qan azlığının. Bizim qan yaradan orqanımız sümük iliyidir. 

  1. Sümük iliyi problemləri. 
  2. İkincisi, bu sümük iliyinin qan yaratması üçün bəlli-başlı xam maddələrə, deyək ki, qida maddələrinə ehtiyacı var. Bunların azlığı, çatışmazlığı. 
  3. Üçüncüsü isə daha çox qanın normal ömrünü yaşaya bilməyib, normal ömrünün qısalması, parçalanmasıdır ki, bunlar, bu 3 təməl səbəb qan azlığına səbəb ola bilir. 

Aşpaz, inqridiyentlər, təlabat

Bunu da, adətən, mən belə açıqlayıram: Bir aşpazın yemək bişirməsi üçün ona lazımlı maddələri verməlisiniz ki, doğru-düzgün yemək ortaya çıxsın. 

Bu da təbii ki, işin bir tərəfində o lazımlı qida maddələri, ikinci tərəfində aşpaz – bizim sümük iliyi olaraq dəyərləndirə bilərik ki, yəni bir növ aşpazın özündən qaynaqlanan səbəblər… Məsələn, əlində problem ola bilər, qoxu yaxşı almaya bilər… Bunlar əks oluna bilər yaxşı bir qidanın ortaya çıxmasındakı problemlərə. 

Və ya deyək ki, çalışdığı restoran çox tələb görür, o gün çox doludur, çatdıra bilmir. Yəni, qanın və ya istehsal olunan qidanın, yeməyin parçalanması var. Çox tez sərf olunur bu. 

Yəni, bu 3 təməl səbəbdir qan azlığı səbəbləri. 

Xam maddə çatışmazlığı

Bunlardan ən sıx gördüyümüz, xüsusilə, o ilk səbəb, yəni, qanın yaradılması üçün xam maddə dediyimiz, bunlar əsas dəmir, B12 vitamini və fol turşusudur. Bunların əsas çatışmazlıqları sıx olaraq qan azlığına səbəb olmaqdadır. 

Dəmir çatışmazlığı əsas səbəbdir

Dəmir çatışmazlığı yenə ümumi qan azlığı tablosunun içində çox ciddi faizlə yer tutmaqdadır. Dəmir çatışmazlığı ilə xüsusilə, qadın xəstələrimiz çox sıx-sıx müraciət etməkdədirlər. Əsas da qadın xəstələrlə birlikdə təbii yetkinlik dövründəki uşaqlarda və hamilə qadınlarda sıx görülməkdədir. Bunun da əsas səbəbi uşaq və ya hamilə qadınlarda ehtiyacın artmasından ötrüdür.

Uşaqlarda, bəlkə, düzgün qidalanmamanın və ya böyümə çağının verdiyi yüksək təlabata yetişməməsi bir səbəb olaraq qarşımıza çıxa bilir. 

Qadınlarda isə, xüsusilə də, aybaşı olan qadınlarda menapauza öncəsi periodda, təbii ki, aylıq, periodik itki, qan itkisinin səbəbi olaraq dəmir çatışmazlığı ortaya çıxmaqdadır.

Qan azlığı xəstəlik deyil

Qan azlığı dediyimiz zaman unutmamalı olduğumuz ən önəmli nöqtə bunun bir xəstəlik olmadığıdır. Qan azlığı bir xəstəlik deyil, bu bir əlamətdir, bir işarətdir. Altda yatan xəstəlik mütləq ayırd edilməlidir və ona görə bir müalicə yazılmalıdır.

Qan azlığının əlamətləri

Qan azlığı, adətən, xəstələrdə halsızlıq, yorğunluq, “efor dispneyası” dediyimiz hərəkətlə ortaya çıxan nəfəs darlığı, əvvəllər çox daha rahatlıqla edə bildiyi hərəkətləri artıq edə bilməməsi və məsələn, 2 mərtəbə çox rahatlıqla çıxa bilərkən artıq bunda çətinlik çəkməsi kimi səbəblər. Bununla birlikdə, xüsusilə, qadınlarda sıx görülən saç və dırnaqlarda asan qırılmalar, saç tökülməsi, yuxuya meyillilik və ya eyni zamanda yuxusuzluq kimi problemlər.

“Torpağın iyi çox xoşuma gəlir”

Çox maraqlı şikayətlərdən biri də odur ki, dəmir çatışmazlığı olan xəstələrdə torpaq və ya buz kimi maddələri yemə istəyi olur. Məsələn, kim ki deyirsə, “Torpağın iyi çox xoşuma gəlir”, o insanda baxılmalıdır ki, bəlkə dəmir çatışmazlığı var?

Daha bu gün gördüyüm bir xəstədə, məsələn, toz yemək istəyi olduğundan bəhs etdi. Yəni, “Həmişə əşyaların üstündəkini təmizləyib onu yemək istəyirəm” deyir. Bu çox önəmli bir bizə, həkimə də xəbərdarlıq edən işarətlərdən, əlamətlərdən biridir xəstələrdə. 

Bu kimi şikayətlər onlar üçün alarm edici, xəbərdar edici olmalıdır ki, “Məndə qan azlığı ola bilər” və buna görə müvafiq həkimə müraciət etsinlər.

Uzman Dr. Təhməz Həziyev, Hematologiya yandal uzmanı


52 comments

  • Ayn

    24 June 2022 at 16:11

    Salam, qan azlığı olan 1yaş 4aylıq körpədə əlamətlər arasında qızdırma ola bilərmi? əlləri ayaqlari tez tez yanır

    Reply

    • Ege Hospital

      8 February 2023 at 13:08

      Salam. Keçmiş olsun. Qan azlığı qızdırma əlaməti verməz. Qızdırma verən səbəb qan azlığı yarada bilər. Ona görə qızdırma səbəbini dəqiqləşdirməyinizi tövsiyyə edərdim.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Kamilla

    13 August 2022 at 22:47

    Salam,mende nəfəs darlığı,sinede ağrılar var,çox zaman nəfəs almaqda çətinlik çəkirəm. Bu adətən tutmalar halında baş verir. Tez-tez,hətta heç bir şey etmədiyim halda yoruluram,halsızlıq olur,qısa məsafələri belə piyada gedə bilmirəm. Baş ağrıları da olur,gecə yatarkən nəfəs darlığı səbəbindən ayıĺıb yata bilmirəm. Anidən çəki itirmeleri olur,Bunlar anemiya anemiyanın əlamətləri ola bilərmi?

    Reply

    • Ege Hospital

      10 January 2023 at 12:33

      Salam. Hər vaxtınız xeyir olsun. Saydığınız əlamətlər (hərəkətlə təngnəfəslik, yorulma, piyada gedə bilməmək) anemiya əlamətləri ola bilər. Bunun üçün ümumi bir yoxlanış tövsiyyə edərəm.
      Amma tutma şəklində olan nəfəs darlığı və sinədə olan ağrılar ağciyər mənşəli də ola bilər. Məsələn, astım krizləridir adətən belə tutma şəklində olanlar. Bu baxımdan bir dəyərləndirmə tövsiyyə edərəm. Keçmış olsun.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Gülçin

    23 August 2022 at 04:08

    Salam mənim əllərin və qarın nahiyyəm tez keyləşir, əllərimdə damarlar belə itir ən çox yatanda bu nəyin əlamətidir?

    Reply

    • Ege Hospital

      12 January 2023 at 15:50

      Salam. Hər vaxtınız xeyir olsun. Qanazlığı baxımından ümumi bir analiz dəyərləndirməsi tövsiyyə edirəm; vitamin əskikliyi, xüsusən də B qrupu vitamin əskikliyi varmı, yoxmu, dəmir analizi normaldırmı, deyildirmi? Qanazlığı damarların itmə kimi səbəbi ola bilər. Xüsusən də daxili maye azlığından ola bilər. Yəni yetəri qədər maye istifadə etməyə çalışın, bir də bəhs etdiyim analizləri verməyə çalışın. Hələlik.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

      • Humay

        3 May 2023 at 07:38

        Salam hekim mende talassemiya dasiyiciliq var. Qanimda azdı. Bogulmalalrim olur tenginefeslik tez yorulma. Bilmek isdeyiremki talassemiya dasiyiciligi sonradan talassemiya xesdeliyine cevrile bilermi?

        Reply

        • Ege Hospital

          5 May 2023 at 16:29

          Salam. Talassemiya daşıyıcılığı xəstəlik deyil və xəstəliyə sonradan çevrilmə riski daşımaz. Bu mümkün deyil. Amma talassemiya daşıyıcısı olan bir xanımda qan azlığının başqa səbəbləri ola bilər. Boğulma, təngnəfəslik onunla izah oluna bilər. Talassemiya daşıyıcılığı özü bir xəstəlik olmadığı üçün hər hansı bir problem yaratmaz, hər hansı bir şikayətə səbəb olmaz. Amma kənar başqa bir səbəb varsa, o nəzərdən bir hematoloq dəyərləndirməsi olmalıdır. Hələlik.
          Uzman Dr. Təhməz Həziyev, Hematoloq

          Reply

  • Xəyal

    6 December 2022 at 19:53

    Salam həkim, məndə halsizliq olur adətən, yuxusuzluq olur, ən cox qapalı məkanda olanda cox əsnəyirəm, bu nədın ola bilər?

    Reply

    • Ege Hospital

      10 January 2023 at 12:31

      Salam Xəyal bəy. Ümumi analizlərinizi ckeck up məqsədilə etməyinizi tövsiyyə edərəm. Qapalı məkanda əsnəmək hər hansı bir hemotoloji xəstəliyin əlaməti deyil.
      Sizə Ümumı Check-up tövsiyyə edərəm. Hematoloq dəyərləndirməsinə ehtiyac görülərsə müraciət edə bilərsiniz, yardımçı olaram.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Gültac

    9 January 2023 at 14:53

    Salam təngnəfəslik çox olursa və ağciyərdə heç bir problem yoxdursa normal durarkən belə ürək çox döyünürsə buda qan azlığı ola bilər?

    Reply

    • Ege Hospital

      10 January 2023 at 12:30

      Salam Gültac xanım. Minimum ümümi qan analizi verməyi – yoxlanmağınızı tövsiyyə edərəm. Hələ ki.
      Keçmiş olsun.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • kamila

    11 January 2023 at 12:25

    salam məndə aşağı düşəndə başım gicellenir,ürəyimdə həyacan doyuntu var,və dərindən nəfəs almadığını hiss edirəm,qulağımda da vızıltı kimi küy var bu neden ola biler?

    Reply

    • Ege Hospital

      12 January 2023 at 15:47

      Salam. Keçmiş olsun. Rutin, heç olmasa qanın ümumi analizi tövsiyyə edərəm sizə (qan azlığı dəyərləndirməsi baxımından). Ehtiyac olarsa, bizlə əlaqə saxlaya bilərsiniz. Əks halda bir qulaq-burun-boğaz həkimi də bu problemlə məşğul ola bilər.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • nazli♡

    21 January 2023 at 00:10

    Salam menim ureyim bulanir arada bir gan azligı ola bilər

    Reply

    • Ege Hospital

      25 January 2023 at 14:48

      Salam. Bəli, qan azlığı ilə əlaqədar ola bilər. Yəni rutin bir yoxlanış tövsiyyə edərəm.
      Yanaşı olaraq da gastrointestinal, yəni mədə bağırsaq sistemi ilə bağlı və ya nevrolojik, bəzən də qulaq-burun-boğaz ilə əlaqədar ola bilər. Amma rutin olaraq ümumi bir analiz yoxlatdırılıb qanazlığı ilə əlaqədar olub olmadığına baxıla bilər.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Cavadə

    24 January 2023 at 23:33

    Salam övlad dünyaya gətirərkən həkimlərin səhfi nəticəsində güclü qanaxmaya düşdüm əməliyyat olundum 12 gün sonra yenidən əməliyyat olunan yerlərdən qan açıldı Bakıda respubilkanski xəstəxanaya müraciət etdim və bir ay içində 4 dəfə əməliyyat olundum. Şükür qan axma dayandı hər şey qaydasındadır amma indi artıq 3 aydır əməliyyatdan keçib yemək yeyə bilmirəm qaytarram geri halsızlıq olur 5m yolu gedə bilmirəm yoruluram boğulma olur çox dəhşət halsızlıq olur arıqlayıram dəhşəh qanımı yoxlatdırdım gemoqlabin 72 oldu məsləhətiniz nə olardı?

    Reply

    • Ege Hospital

      25 January 2023 at 16:48

      Salam. Hər vaxtınız xeyir olsun. Keçmiş olsun.
      Məsləhətim bir revmatoloq yanında müayinədə olmağınızdır. Yəni bir neçə dəfə ciddi qanaxma problemi var, qanınız da çox aşağıdır. Qanazlığı həqiqətən də qan itirməkləmi əlaqədardır, qanaxmanın altında bir laxtalanma problemi yatırmı? Bunlar baxımından dəyərləndirilməlisiniz, ona görə müvafiq müalicə aparılmalıdır.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

      • Cavadə

        26 January 2023 at 20:22

        Çoxsağolun əksinə laxtalandırmaq üçün iynələr vururdular indi hazırki problemim çox halsızlıqdır.

        Reply

  • Ramil

    1 February 2023 at 01:45

    Salam. Məndə tez tez terleme olur və göz altımda qaralma var. Uzun müddətdir ki belədi.

    Reply

    • Ege Hospital

      8 February 2023 at 13:04

      Salam. Tərləmə, əgər bir miqdar qan çoxluğu varsa, onunla əlaqələndirilə bilər.
      Ümumi dəyərləndirmə, terapevt müayinəsi tövsiyyə edərdim.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Akif

    1 February 2023 at 21:09

    Salam axşamınız xeyir. Məndə qan azlığı var.halsızlıq yorğunluq olur,ancaq yatmaq istəyirəm . amma bunun nədən qaynaqlandığını bilmirəm .Xahiş edirəm köməklik göstərəsiniz

    Reply

    • Ege Hospital

      8 February 2023 at 13:02

      Salam. Hər vaxtınız xeyir.
      Kişilərdə qan azlığının səbəbi yaxşı araşdırılmalıdır. Öncəliklə qanın ümumi analizi görülməlidir. Onun nəticəsinə görə, əlavə hansı analizlər olacaqsa, ona da baxılmalıdır. Ən çox görülən qan azlığı səbəbi dəmir çatışmazlığıdır. Amma kişilərdə bunu müşahidə etmirik. Çünki, belə olduğu zaman mədə bağırsaqda qan itkisi baxımından yoxlama aparılmalıdır. Qan azlığı ilə əlaqədar məsələn mənim əlavə tövsiyyələrim ola bilər. Amma bu mesajla həll olunacaq məsələ deyil. Mütləq bir hematoloqa müraciət etməyinizi tövsiyyə edərəm.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Imral

    5 February 2023 at 16:15

    Salam ,mende urek doyuntusu normadan artiqdir,chox vaxt tezyiqimi olchende dushduyunu gorurem ve bu vaxt doyuntuler dahada artir,nefes darligida olur ,bashgicellenmesi halida cuzi qulagimda ses vizilti olur,ne etmeliyme ?

    Reply

    • Ege Hospital

      8 February 2023 at 13:06

      Salam. Ürək döyüntüsünü, təzyiqin düşməsi, təzyiq düşdüyü halda döyüntülərin daha da artması, nəfəs darlığı, baş gicəllənməsi, hamısı ciddi qan azlığı əlamətidir. Ümumi bir müayinə – dəyərləndirmə tövsiyyə edərdim. Terapevt həkimə də müraciət edə bilərsiniz. Ondan sonra ehtiyac olarsa, hematoloqa yaxınlaşarsınız. Ya da birbaşa hematoloqa da müraciət edə bilərsiniz.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • xxx

    9 February 2023 at 09:49

    Başın tutqun olması və uzananda baş gicəllənməsi nədən ola bilər?

    Reply

    • Ege Hospital

      13 February 2023 at 14:22

      Salam. Qanazlığı, ürək problemləri, qulaq burun problemləri, nevrolojik problemlər, bunlar hamısı səbəb ola bilər. Ona görə sizə ümumi bir rutin dəyərləndirmə tövsiyyə edərəm. Ən azından qanazlığına baxılması, qanazlığı olmazsa, digər ixtisas hakimlərinin (LOR, Kardioloq) dəyərləndirməsi tövsiyyə olunur.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Aynur

    22 February 2023 at 22:43

    Salam mən də öyümə olur, bu qan azlığından və dəmir düşməsindən ola bilərmi?

    Reply

    • Ege Hospital

      24 February 2023 at 14:06

      Salam xanım. Bəli, qan azlığı öyümə hissi, qəbizlik, köp kimi narahatçılıqlara səbəb ola bilər. Rutin bir ümumi analiz ilə bunu kontrol etdirə bilərsiniz. Əks halda analiz normal gələrsə, qan azlığı çıxmazsa, mədə bağırsaq müayinəsi tövsiyyə edərəm.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Aynur

    22 February 2023 at 22:44

    Yəni öyümə hissi olur

    Reply

  • Bayram

    23 February 2023 at 21:36

    Salam Alnim ağrayir Deyiler qanin azdir yani bu qan azliqi alnimi ağrada biler??

    Reply

    • Ege Hospital

      24 February 2023 at 14:08

      Salam. Alın bölgəsidir, baş ağrısıdır, bu bölgədən qaynaqlanan ağrılar qan azlığı ilə əlaqədar ola bilər. Ümumi qan analizinizi kontrol etdirin. Əgər normaldırsa, o zaman başqa səbəblərə görə, məsələn, qulaq-burun-boğaz həkiminə müraciət edə bilərsiniz. Orada olan alın cibləri, qaymor (haymor) cibləri ilə əlaqədar ola bilər.
      Baş ağrısı üçün nevroloqa müraciət edə bilərsiniz.
      Hələlik.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Məhəmməd

    24 March 2023 at 10:04

    Salam.Mənim uzanıb qalxanda gözüm qaralır.Ürəyim cöx döyünür.tənginəfəs oluram nəfəs almadada problemler var .bunun səbəbi nədir

    Reply

    • Ege Hospital

      27 March 2023 at 15:00

      Salam. Ürək döyüntüsünü, nəfəs darlığı, baş gicəllənməsi, hamısı ciddi qan azlığı əlamətidir. Ümumi bir müayinə – dəyərləndirmə tövsiyyə edərdim. Heç olmasa qanın ümumi analizi tövsiyyə edərəm sizə (qan azlığı dəyərləndirməsi baxımından).
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Minə

    30 March 2023 at 00:02

    Salam mənim anamın təziqi normal olur..Hərgün ölçürəm yeməydə yeyir hətta,meyvədə verirəm..Amma,nədənsə sadecə baş gicəllənməsindən şikayətlənir ayağa belə qalxa bilmir elə olur yeməyini otağına aparıram bu haqqda mənə qısada olsa nəsə məlumat verə bilərsiz zəhmət olmasa?🙏

    Reply

    • Ege Hospital

      5 April 2023 at 15:44

      Salam. Keçmiş olsun. Əgər ayağa qalxmaqla baş dönmə, gicəllənmə şikayəti olursa, mütləq şəkildə qanazlığı olmadığından əmin olmaq lazımdır. Sonrasında bu tərz hərəkətlə birlikdə olan baş gicəllənmələrdə LOR həkiminin müayinəsini tövsiyyə edərəm. Bunlarda hər hansı bir şey olmadığı təqdirdə, ürək həkimi, nevroloq, sırasıyla bu şəkildə kontrollar olunmalıdır. Amma dediyim kimi, ilkin standart ümumi analizindən xəbəriniz olsun, qan azlığı varsa, ona yönəlik həkimlərlə araşdırma olsun. Qanazlığı yoxdursa, dediyim kimi ardıcıllıqla digər ixtisas hakimləri görməlidir.
      Üst Uzman Dr Təhməz Həziyev, Hematoloq

      Reply

  • GÜLƏR

    3 April 2023 at 16:02

    Məndə əldə uyuşma dilidə uyuşma bunun səbəbi nədir?

    Reply

    • Ege Hospital

      5 April 2023 at 15:42

      Salam. Keçmiş olsun. Bir check-up məqsədli analizlərin olmasını tövsiyyə edərəm. Ümumi terapevtə yaxınlaşsanız uyğun analizləri istəyəcəkdir. Sonra geri qalan spesifik ixtisas həkimi də baxar. Nevrolojik səbəbdən də olar, qanazlığından da qaynaqlana bilər. Hələlik.
      Üst Uzman Dr Təhməz Həziyev, Hematoloq

      Reply

      • Ayna

        7 April 2023 at 18:50

        Salam məndə dəmir defisiti dəmir anemiyasi deyə diyaqnoz qoyulum bunun qorxusu varmi qanim normadan çox çox azdi

        Reply

        • Ege Hospital

          10 April 2023 at 15:35

          Salam. Keçmiş olsun. Yox, menustrasiya görən xanımlarda dəmir əskikliyi normaldır, bir qorxusu yoxdur. Dəmir müalicəsi almalısınız. Təbii ki, mən görmədən bu qədər deyə bilərəm. Hələlik.
          Uzman Dr. Təhməz Həziyev, Hematoloq

          Reply

  • Nnnn

    7 April 2023 at 04:59

    Mende qan normadan asagidi qaraciyer zeif isdiyir sarliq kecirtmisem qanimi nece artira bilerem

    Reply

    • Ege Hospital

      10 April 2023 at 15:37

      Salam. Əgər qaraciyərinizdə ciddi zərər varsa,yəni sirroz kimi bir səbəb varsa, yəni qaraciyər yetməzliyi varsa, o zaman dəmir çatışmazlığına bağlı qan azlığı yarana bilir (Bədəndən qan itirməsinə bağlı). Bunlar araşdırılıb, ona görə müalicə olmalısınız.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Nnnn

    7 April 2023 at 05:01

    Mende qan normadan asagidi sebeb ne olabiler sarliq kecirtmisem qaraciyerden olar? Birde qani nece artirmaq olar

    Reply

    • Ege Hospital

      10 April 2023 at 15:38

      Salam. Hər vaxtınız xeyir. Əgər qaraciyərinizdə ciddi zərər varsa, sirroz kimi bir səbəb varsa, yəni qaraciyər yetməzliyi varsa, o zaman dəmir çatışmazlığına bağlı qan azlığı yarana bilir (Bədəndən qan itirməsinə bağlı). Bunlar araşdırılıb, ona görə müalicə olmalısınız.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Elnare

    10 April 2023 at 12:58

    Salam. Men qan artırmak üçün hansı preparatdan istifade ede bilerem?

    Reply

    • Ege Hospital

      10 April 2023 at 15:37

      Salam. Elnarə xanım, öncəliklə qan azlığının səbəbi bilinməlidir. Menustrasiya görən xanımlarda ən sıx qarşılaşılan səbəb dəmir çatışmazlığıdır. Amma yanaşı bir şey olmadığından əmin olmaq lazımdır. Dəmir əskikliyi diaqnozu təsdiq olunduqdan sonra, dəmir müalicəsi almalısınız. Artırmağın qaydası budur. Hələlik, keçmiş olsun.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • A.Musayeva

    16 April 2023 at 15:09

    Salam məndə dəmir əskikliyinnən qaynaqlanan anemiya var,aybaşı gecikməsi olur 10 gün,qan azlığınnan ola bilər?

    Reply

    • Ege Hospital

      17 April 2023 at 16:49

      Salam. Keçmiş olsun. Bəli, hormonal bir səbəb yoxdursa, ginekolojik bir səbəb yoxdursa, qan azlığı aybaşı gecikməsinə səbəb ola bilər. “Bir başa onunla əlaqəlidirmi?” Sualına cavab dəmir əskikliyi düzəldildikdən sonra demək mümkündür. Hələ də davam edirsə, o zaman mütləq ginekoloq dəyərləndirməsi tövsiyyə olunur. Hələlik.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Elmina

    16 April 2023 at 17:33

    Salam həkim mən hamiləyəm qanım 8.7 dir .Dəmir sistemi vurulur .2 hefteye 10 a qalxa bilər qidayla destek verirem əlave sobrifer içirem.

    Reply

    • Ege Hospital

      17 April 2023 at 16:48

      Salam. Keçmiş olsun. Hamiləlikdə birinci seçim həmişə tabletka tövsiyyə olunur. Hamiləliyin 1-ci timestrində, yəni ilk 3 ayda sistem çox tövsiyyə olunan deyil. Sobrifer də içib əlavə olaraq sistem də vurdurursunuzsa, qalxacaqdır. Amma hamiləlik də uzun dövrdür (bilmirəm indi neçənci ayındasınız), yavaş yavaş yüksələcəkdir. 8,7-də pis bir dəyər deyil. Amma yavaş yavaş yüksələcəkdir. Hələlik.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

  • Ayla

    20 May 2023 at 17:04

    Salam həkim. Qardaşımın qanında hemoqlobin çatışmamazlığı var. Onu müalicəsi necə aparılmalıdır?
    Eroziv qastritdən ola bilər hemoqlobinin çatışmamazlığı

    Reply

    • Ege Hospital

      22 May 2023 at 17:30

      Salam. Ola bilər. Yəni, eroziv qastrit mədədə şiddətli səviyyədədirsə, qanaxma olub, ordan dəmir itkisi yaratmış ola bilər. Bəzən, onlarla yanaşı olaraq atrofiya görülə bilər. Bu da mədədən dəmir əmilimini azalda bilir. Kişilərdə adətən dəmir çatışmazlığını gözlədiyimiz hal deyil. Yaxşı bir qastroenteroloq və hematoloq ilə birlikdə müalicə aparılmalıdır. Atrofiya olub olmamasına görə də gərəkirsə əgər endoskopik olaraq atrofiya olub olmadığı yoxlanılmalıdır. O mümkün deyilsə, oral dəmir əmilim testi ilə yoxlanılıb, əgər fayda verirsə, oral tabletlər, yox əgər fayda vermirsə, introvenoz damar daxili sistem dəmir müalicəsi ilə qanazlığı düzəldilməlidir.
      Uzman Dr. Təhməz Həziyev, Hematoloq

      Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!