Quru göz sindromu
“Quru göz” nədir, nəyə görə yaranır? Göz quruluğunun səbəbləri nələrdir? Quru göz sindromunun əlamətləri, simptomları nələrdir? Göz quruluğuna qarşı hansı qabaqlayıcı tədbirlər görə bilərik?
Gözün normal funksiyasını yerinə yetirməsi üçün göz almasının üzəri daim nəmli olmalıdır. Bu nəmliliyi göz yaşı təmin edir.
Göz yaşı normalda üç təbəqədən ibarətdir. Bu yağ təbəqəsi -lipid təbəqə, öz maye – ağ təbəqə və musin təbəqəsidir. Göz yaşı normal funksiyasını yerinə yetirməsi üçün hər üç təbəqənin tam olması lazımdır. Hansısa təbəqənin bir əskikliyi halında gözün önündəki olan şəffaf hissədə – korneada və göz almasının xaricini əhatə edən konyunktivada müxtəlif xəstəliklər ortaya çıxa bilər.
Quru göz sindromunun əlamətləri
Quru göz sindromu hansı simptomlarla müşahidə olunur?
Bu göz sulanması, bu qaşıntı, gözdə qızartı, yad cisim hissi iləmüşahidə olunur.
Quru göz sindromuna qarşı nə etmək olar?
Biz nə edə bilərik?
Birincisi, bol su içilməlidir. İkincisi, Omega-3 tərkibli olan qidaları, yəni dəniz məhsulları, qoz istifadə etmək lazımdır qida rasionunda. Daha sonra kondisioner, yəni bunun həm soyuq, həm isti funksiyası, sobalar olan məkanlarda daha az vaxt keçirmək lazımdır. Daha sonra televizorda, “gadget”lərdə, yəni bu həm kompüter, həm planşet, telefonda bir şey oxuduğumuz və izlədiyimiz zaman, məqalə belə oxuduğumuzda biz göz qırpmağı unuduruq. Əslində göz qırpma refleksi bir mexanizmdir. Və bu proses içərisində göz alması nəmlənir. Ona görə ekranlardan istifadəni müəyyən aralarla etmək daha yaxşıdır.
Bütün sadaladığımız şərtlərə riayət olunsa, yəni quru göz sindromu müşahidə olunmayacaq. Amma əgər bunların hamısına riayət edildikdən sonra da şikayətlər davam edirsə, göz həkiminə müraciət etmək lazımdır və artıq göz həkiminin kontrolu altında göz damcıları ilə göz quruluğuna müdaxilə olunacaq.
Könül Rəşidova, Oftalmoloq