Refraktiv qırma qüsurları

Refraktiv qırma qüsurları

25 November 2020 0
refraktiv-qirma-qusurlari.jpg

Bu gün göz xəstəlikləri arasında ən çox rast gələn refraktiv qırma qüsurları haqqında danışmaq istəyirəm. 

Göz almasını bir optik sistem kimi görsək, gələn şüalar gözün qırma qisimlərindən keçib göz almasının görmə mərkəzində toplanır və oradan göz siniri vasitəsilə beynin görmə mərkəzinə görüntü göndərilir. 

Göz almasının əsas iki qırıcı qismi var. Bu da buynuz qişa – gözün önündə olan şəffaf, damarsız olan buynuz qişa və gözün içində olan büllurdur. 

Miyopiya

Ən çox rast gələn miyopiyadır. Miyoplar yaxını yaxşı görür, amma uzağı zəif görür. Bu niyə baş verir? Çünki göz alması normadan daha uzun formada olduğu üçün gələn şüalar görmə mərkəzində deyil, görmə mərkəzinin önündə toplanır və biz bunu mənfi rəqəmli şüşələrlə, eynəklə korreksiya edirik. 

Hipermetropiya

2-ci qırma qüsuru hipermetropiyadır. Bu hipermetroplar, adətən, yaxını görmə problemləri yaşayır. Bu göz almasının normadan daha balaca olduğu üçün gələn işıqlar görmə mərkəzində deyil onun arxasında toplanır. Bu qüsuru biz müsbət rəqəmli şüşələrlə korreksiya edirik. 

Astiqmatizm

3-cü qırma qüsuru astiqmatizmdir. Bu buynuz qişa ilə bağlıdır. Bayaq qeyd etdiyim kimi buynuz qişa göz almasının ən önəmli qırma qismidir. Normalda bu sferik olmalıdır və gələn şüaları simmetrik görmə mərkəzinə göndərməlidir. Amma astiqmatlarda bu, belə olmur. Asimmetrik şüalar girir və müxtəlif nöqtələrdə toplanır. Yəni bir nöqtədə toplana bilmir və bu zaman da yansıma olur. İşıq yansımaları, bulantılı görmə… Astiqmatlar daha çox əziyyət çəkir. Onlarda baş ağrıları, baş gicəllənmələri, xüsusən də, gecə vaxtı narahatlıqlar olur. 

Presbiopiya

4-cü qırma qüsuru, bu fizioloji bir qüsurdur, yaşla bağlı olan bir qüsurdur –  Presbiopiya. 

40 yaşından sonra hamımızın yaxına olan görməsi zəifləyir. Bu nə ilə bağlıdır? Bayaq dediyim kimi ikinci önəmli qırma qismi göz almasında büllurdur. Gözün içərisində olan büllur müəyyən bağlar üzərində durur və 40 yaşından sonra bu bağların zəifləməsi müşahidə olunur. Onun üçün də yaxına olan görmə zəifləyir. 

Bir də onu qeyd edim, presbioplara biz müsbət rəqəmli eynəklər verib, korreksiya edirik. 

Eynəklə korreksiya haqqında tez-tez verilən suallar

Ən çox verilən suallar bu nömrələr, bu eynək nömrələri yox edəcəkmi, yəni azaldacaqmı, müalicə edəcəkmi? Xeyr, eynək, sadəcə şəffaf, aydın görmə əldə etmək üçün istifadə edilir.

İkinci verilən ən çox verilən sual budur ki, gözlər eynəyə öyrəşir və hətta daha pisləşə bilər? Bu da bir mifdir. Bayaq qeyd etdiyim kimi, eynək keyfiyyətli görməni təmin edir. 

Xüsusən də, uşaqlarda, məsələn, 9 yaşına qədər əgər bu valideyinlər tərəfindən aşkar olunmayıbsa, bir qırma qüsuru var, amma nə valideyn tərəfdən, nə də uşaqlar bunu fərqində deyil və eynək taxmadığı halda gözlər ambliop, yəni tənbəl qala bilər. Bunun 9 yaşına qədər çox vacibdir aşkarlanması, çünki 9 yaşına qədər biz bu beyindəki olan görmə mərkəzini çalışdıra bilirik. 

Yəni əgər göz ambliopdursa, doğru, yəni düzgün təyin olunmuş eynək və bağlamalarla biz istədiyimiz nəticəni əldə edirik. Düzgün eynək seçilir, dominant, yəni, məsələn, bir göz tənbəldirsə, daha güclü dominant gözü bağlayıb, o tənbəl gözü hər gün 1-2 saat çalışdırırıq və yaxşı nəticələr əldə edirik. 

Amma 9 yaşından sonra bu artıq mümkün deyil, çünki beyində olan görmə mərkəzi artıq formalaşır və gözlər tənbəl qalır. Korreksiyaya gəldikdə isə bunun eynəklə, kontakt linzalarla, yəni artıq 7 yaşdan yuxarı biz kontakt linzalara icazə veririk istifadə etməyə. 

Çünki kontakt linzaların istifadəsi üçün gigiyenik şərait olmalıdır. Təmiz əllərlə taxılmalıdır, bunu artıq 7 yaşdan yuxarı uşaqlara məsləhət bilirik və təbii ki, böyüklərə və 18 yaşından sonra rəqəmlər stabil olduqdan sonra və buynuz qişanın qalınlığı icazə verdikdən sonra eynəkdən qurtulmaq mümkündür. Bu lazer yolu ilə, eksimer lazer əməliyyatı ilə aradan qaldırılır.

Dr.Könül Rəşidova, oftalmoloq


Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!