Şəkər xəstəliyində amputasiyadan qaça bilərik

Şəkər xəstəliyində amputasiyadan qaça bilərik

18 December 2020 2
diyabetik-ayaq-yarasi-amputasiya-1200x675.png

Diabetik xəstənin ayağında yara olanda cəmiyyətdə belə bir fikir var ki, bu ayaq itirildi, bud səviyyəsində itirildi. Amma bu problemlə sıx məşğul olan həkim kimi deyə bilərəm ki, əslində ayağında yara ilə bizə gələn xəstələrdə bu vəziyyət, yəni ayağın bud səviyyəsində itirilməsi 10%-a qədər xəstələrimizdə olur. Digər xəstələrdə ayağı qoruyub saxlamaq şansımız olur. Bir çox xəstələrimizdə yaranı sağaldırıq və heç bir sümüyünü, barmağını itirmədən o xəstələr sağalıb gedir.

Əslində əməliyyat elədiyimiz xəstələrin təxminən 70%-də heç axsama belə olmur yara sağalandan sonra. Ayağı maksimum qorumaq üçün müasir texnologiyalarımız var, bundan istifadə edirik.

Amma ilk öncə xəstə gələndə özümüzə verdiyimiz və cavabın axtardığımız sual nədir?

“Bu yara hansı səbəbdən yaranıb?” Şəkərli diabetimiz var. Amma şəkərli diabeti olan xəstənin qan dövranı pozula bilər və ya pozulmaya bilər. Bunu dəyərləndirməliyik.

İkinci sual, əslində diabeti olan xəstələrimizdən yarası olmayan xəstələr, tanışlar bizə verdiyi belə bir sual var ki: “Doktor, bu yaralar nə vaxt yaranır? Neçə il xəstə olmaq lazımdır ki, bu yara əmələ gəlsin?” Bəzən xəstə deyir ki, “20 ildir xəstəyəm, qorxuram yaram olar”.

Əslində burada bir dəqiq bir rəqəm yoxdur. 

Ay ərzində yara ilə müraciət edən xəstəmiz olur ki, onlarda diabet olmasını biz aşkar edirik. Biz Manifestasiya deyirik, diabetin Manifestasiyası yaralardan başlaya bilər. Bəzən isə uzun illərin xəstəsi olur, ondan sonra yara əmələ gəlir, gəlirlər müraciət edirlər. 

Ayaqdakı yaralar hansı səbəblərdən yaranır? 

Səbəblərə gəldikdə diabetli xəstələrdə 3 böyük qrupumuz var. 

Qan dövranı pozulmuş xəstələr, arterial qan dövranı… Ayağa qan gəlmir. 

Sinir tərəftə, yəni sinirlərin o ayağın toxumalarını idarə eləməsi deyilən bir anlam var. Bizim orqanizmdə bir sistem var ki, o toxumalara əmr verir ki, bu qandakı xeyirli maddələri götürsün, zərərli maddələri qana versin. Bu siqnalları verən sinirlərin zədələnməsidir diabet nəticəsində ikinci səbəb.

Və üçüncü formamız əslində qarışıq bir formasıdır. Yəni həm qan dövranı pozulub, həm də sinirlər pozulub.

Ayaqdakı yaralar necə müalicə olunur?

 

Bir qisim xəstələrimizin müayinəsi zamanı görürük ki, xəstənin barmağına əl vururuq xəstə bunu hiss etmir. Ağrı verən, hər hansı qıcıqlandırıcı texnologiyalardan istifadə edirik, iynə ola bilər və yaxud sığal çəkmək olar və xəstə hansı barmağına, hansı toxunmasına əl vurulmağını dəqiq deyə bilmir. Bəzən, ümümiyyətlə, bizim toxunduğumuzu xəstə hiss etmir. 

Hər halda xəstəmiz gəlib. Biz onu müayinə edirik. Yaranı səbəbini aşkar etdik. Tutaq ki, qan dövranı pozulub. Qan dövranı pozulan hallarda müasir texnologiyalarından istifadə edərək ayaqlara qan verməliyik. Nə səbəbdən? Yəni bu nəyə lazımdır?

Qanı ayağa versək, həm yaranın sağalmasında effekti olacaq, həm də istifadə etdiyimiz bütün digər dərmanlar toxumalara getməlidir. Yaranın yanına dərman gəlməlidir ki, o dərman yaranı sağaltsın. Əgər ora qan gəlmirsə, o dərman gəlməyəcək. Qan dövranı çox vacibdir. 

Digər bir tərəfdən də qeyd etdiyim kimi, o qanla dərman vasitəsi çatandan sonra sinirlər göstəriş verməlidir ki, “qandan bu maddələri götür”. Yəni sadələşdirilmiş formada deyəndə belədir. Və o toxumalara qan dövranın dərman preparatların sovrulması üçün də sinir toxuması normal, sağlam olmalıdır. Və yaxud sağlam deyilsə, biz bu vəziyyətə çatdırmalıyıq ki, orqanizm o toxumalardan, qan dövranından o dərman vasitələrini yaraya doğru qəbul etsin.

Əslində yaranın sağalması üçün bizə lazım olan bir neçə şey var. Yarada qan dövran olmalıdır, yara təmizlənməlidir, təmiz olmalıdır, yəni gündəlik sarğımız və ən vacib məqam, yəni bunlarla bərabər vacibliyi, yaranın əzilməməsi.

Mən pasiyentlərimə hər zaman belə bir tövsiyə verirəm: ayağınınızda yara varsa xüsusi ayaqqabı geyinəcəksiniz ki, ayaq tam yükdən azad olsun.

Əgər ayağın alt hissəsində yara elə bir yerdədirsə, biz yükdən azad edə bilmirik, o zaman xəstəyə bəzən olur ki, iki ay ərzində, yarası sağalana qədər ayağını yerə qoymağa icazə vermirik. Bunlara riayət edən xəstələrimizin ayağını xilas etmək olur, əvvəldə dediyim kimi amputasiyadan qaça bilirik. 

Ayağın yüklənməməyi sağalmanın ən vacib məqamlarından biridir. Əgər xəstə yeriyəcəksə, ayağını yerə basacaqsa o zaman o yaranın sağalması qətiyyən mümkün deyil. Bu çox vacib məqamdır.

Təbii ki şəkərli diabetli xəstədən biz tələb etdiyimiz şəkərlərin normal olmasıdır, pəhrizə riayət eləməlidir.

Dr. Əşrəf Həsənzadə, Damar cərrahı


2 comments

  • Aynurə

    29 December 2021 at 23:34

    Ayaqdakı yaraya təbii müalicə vardı kök sarımsaq qırmızı soğan və sinkovıy mazı qatılırdı başqa nə vardı qarışımda bilən varsa deyin zəhmət olmasa çünki belə müalicə olub kömək edib şəkərli xəstələr üçün idi

    Reply

  • Ramile

    27 December 2023 at 20:58

    Salam mən 22 ildir 2 tip şəkərəm ayaq barmagimin biri kesilib indi baş barmagimda deşik var cirk edib qizdirmam 37 olur daimi sekerm 200 300 ne edeceyimi bil.irem komem ederdiz

    Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!