Sağlam uşaq izlənməsi niyə əhəmiyyətlidir?

Sağlam uşaq izlənməsi niyə əhəmiyyətlidir?

27 January 2021 0
saglam_usaq_izlenmesi.jpg

Belə bir inanc var ki, uşaqlar xəstələnmədikcə həkimə getməyə gərək yoxdur. Xəstələnmədikcə, hər şey yolunda getdiyi müddətcə təbiinin pozulmasına, həqiqətən, gərək yoxdur. Amma bu həkimə getməyəcəyik mənası verməz. Niyə? 

Həkimə gedəndə həkim yenidoğulmuş dönəmindən başlayaraq uşağın boyuna, kilosuna, baş çevrəsinə nəzarət edir, bu müayinələri edir. 

Bu ölçülərin təqibindən başqa bir də funksiyaları dəyərləndirmək lazımdır ki, həkimimiz bunu müayinədə uşağın yaşına görə reflekslərini, nevrolojik inkişafın səviyyəsini dəyərləndirir. Buna görə bir izlənmə proqramı çıxarır. Burada geridə qalmalar varsa da, o istiqamətdən dəstək alır uşaq. Xüsusi müalicə planı və ya reabilitasiya planına alınır, ona görə izlənir. 

Uşağın böyüməsinin izlənməsi

Bu gün doğulmuş 3 kilo 300 qram, 3 kilo 400 qram doğulmuş bir uşaqda hədəfimiz nədir, 5 aylıqkən 2 qatı olsun – təxminən 7 kilo, 6 kilo yarım. 1 yaşında 10 kilo, 2 yaşında 12, 6 yaşında 20 kilo… Ortalama olması gərəkən dəyərlər bunlardur. 

Bir uşaq doğumda ortalama 50 sm boyda olur. Bir yaşında 75 sm, ondan sonra 4 yaşında kobud bir şəkildə 1 m olur. Amma bu rəqəm uşaqdan uşağa bir qədər dəyişə bilər. Onun ortalama dəyərləri var ki, ona görə biz həkimlər onu izləyirik. 

Baş çevrəsi doğumda ortalama 35 sm olur. 3 ayın axırında 41 sm olur. 3 aydan sonra 1 yaşda 46 sm olur, yəni 3 ayda 6 sm, sonra 9 ayda 5 sm böyüdü. Sonra biz yaşlara gələndə, 18 yaşından sonrakı, böyük yaşlarda olur 56 sm baş çevrəsi təxmini hesabla. 

Uşağın başı böyümürsə, demək ki, burada bir problem var. Evdə bu uşaq ailəyə görə normal görünə bilər. Amma bunu həkim ölçür. Buna görə bəzi analizlər olunması lazımdır, ya da hansı bir müalicə, izlənmə proqramına alınması lazımdır, ona qərar verir. 

Biz əgər bunun vaxtında diaqnozunu qoymasaq, gec qalarsaq, qatar gedəndən sonra arxasından qaçmaq məcburiyyətində qalarıq. Bizim məqsədimiz qatar gəlmədən qabağına çıxmaqdır ki, qatara minək, sonra yorulmayaq, tərləməyək, qatara çatıb, çatmayacağımızın da qarantiyası yoxdur keçdikdən sonra. 

Uşağın funksiyalarının dəyərləndirilməsi

Bir yaşında 10 kilo olması gərəkən uşaq olub 15 kilo. Belə bir şey istəyərikmi? İstəmirik. İstədiyimiz hədəflərin tutmasıdır. 

Funksiyaları dəyərləndirdiyimizdə bir uşaq nə vaxt göz təması qurmağı lazımdır, nə vaxt başını tutmağı lazımdır, nə vaxt dönməyi lazımdır, öndən arxaya dönmə, arxadan önə dönmə, oturma, iməkləmə, tutunaraq qalxma, bunların hamısının müəyyən bir standartları var. Nə vaxt oyuncaqları ilə necə oynamağı lazımdır. Bunların standartlara görə izlənməsi, həm böyümənin izlənməsi, həm inkişafın izlənməsidir. 

Bizim ən çox qarşılaşdığımız problemlərdən biri Autizm spektrr pozuntularıdır. Uşaq 2 yaşına gələnə qədər peyvənddən peyvəndə, ya da qızdırması çıxandan, qızdırması çıxanda xəstəxanaya gedir. Sağlam uşaq izlənimdə olmur. 

Bu uşağın göz təmasının qurmadığı, özünün ayrı bir dünyasının olduğu, yolda uşaqlarla oynamadığı, oyuncaqlarla funksiyasına uyğun şəkildə, hər bir oyuncağın funksiyası var, maşın sürmək üçündür, maşını sürmək yerinə o tərəf, bu tərəfə atırsa uşaq, bunların həkim tərəfindən müşahidə olunması, dəyərləndirilməsi lazımdır. 

Tutaq ki, ailə həkimlə məsləhətləşmir, həkimə getmir. 2 yaşında müəyyən olur ki, bu uşaqda Autizm spektr pozuntusu var və ya bənzəri başqa problemlər var…

Onun üçün sağlam uşaq izlənməsi biz həkimlər üçün və biz ailələr üçün, biz ailələri deyirəm, çünki bu uşaqların hamısı bizim öz uşaqlarımızdır, çox əhəmiyyətlidir. Əgər vaxtında diaqnoz qoyulmasa, az əvvəl qatar misalı vermişdim sonra arxasından qaçmaq məcburiyyətində qalarıq deyə fikirləşirəm.

Uzm.Dr. Kamil Şərifov, pediatr-neonatoloq


Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!