Ege hospitalda ixtisaslaşmış nefroloqların çalışdığı və müasir dializ avadanlıqları ilə təchiz olunmuş nefrologiya bölümü fəaliyyət göstərir. Nefrologiya bölümümüzdə aşağıdakı xidmətlər verilir:
- Xroniki böyrək xəstəliklərinin müalicəsi,
- Arterial hipertenziyanın müalicəsi
- Kəskin və xroniki böyrək zədələnmələri
- Hemodializ (səyyar və evdə dializ)
- Periton dializi
- Dializ üçün damar yolu açılması (müvəqqəti və uzunmüddətli kateterlər, AVT, AVG)
- Hamilələrdə nefroloji problemlərin təqibi
- Böyrək xəstəliklərində dietoloq dəstəyi
- Böyrək biopsiyası
- Böyrək köçürüləcək xəstələrin əməliyyata hazırlanması və əməliyyatdan sonrakı baxımı