Qastroenterologiya şöbəmizdə həzm sisteminin müxtəlif xəstəliklərinin kompleks müayinə, müalicə və profilaktikası icra olunur. Qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri, yoğun bağırsaqlar, hepatologiya bölməsini də birləşdirən-qaraciyər, öd kisə və ödçıxarıcı yollar mədəaltı vəzinin müayinəsi, müalicəsi və profilaktikası tətbiq olunur.
EGE Hospitalda çox geniş laborator-diaqnostik müayinələr mövcuddur:
- Endoskopik müayinələr (kolonoskopiya, ezofaqoqastroduedenoskopiya və s)
- Rentgenoskopiya və rentgenoqrafiya;
- Komputer tomoqrafiyası (üst və alt qarın boşluğu orqanlarının kontrast müayinəsi)
- Qarın boşluğu orqanlarının USM-I;
- Qarın boşluğu damarlarının doppleroqrafiyası;
- Mədə, 12-barmaq, nazik və yoğun bağırsaq bioptatlarının morfoloji müayinəsi
- Müxtəlif infeksiyaların seroloji diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə)
- B və C hepatitlərinin PZR diaqnostikası aparılır.
- İmmunoloji, biokimyəvi, hormonal müayinələr
- Koproloji müayinə (nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz)
Qarciyər xəstəliklərinin müayinə, müalicə və profilaktikası icra olunur.
- Virus hepatitləri (Hepatit B, C, D)
- Qaraciyərin piy distrofiyası, qaraciyərdaxili xolestaz
- Öd kisəsi və öd yolları xəstəlikləri
- Qaraciyər törəmələrinin biopsiyası.
EGE Hospitalda mədə-bağırsaq sisteminin bütün xəstəlikləri təcrübəli həkim qastroenteroloq və hepatoloqlar tərəfindən müayinə və müalicə olunur.