Süd vəzisi estetik əməliyyatları

Süd vəzisi estetik əməliyyatları

29 July 2021 2
silikon-dosh-emeliyyati.jpeg

Plastik cərrahiyyədə məmə estetik əməliyyatı deyəndə nəzərdə tutulanlar: məmə böyütmə, məmə dikləşdirmə və məmə kiçiltmə əməliyyatlarıdır.

Məmə kiçiltmə əməliyyatı

Məmə kiçiltmə əməliyyatları, adətən, hamiləlik və süd vermə sonrası və yaxud irsi (genetik) bağlı olaraq çox böyük məmələrə sahib olan, kürəyində, belində ağrılara səbəb olan, çiyin nahiyəsində iç geyimləri izlərə səbəb olur və belində, boynunda ağrılara səbəb olur – bu tip xəstələrdə və yaxud yay dönəmində süd vəzlərinin altında bişməcələr olur, pis qoxu olur, qızarıqlar olur… Bu tip xəstələrə məmə kiçiltmə əməliyyatları edirik və həm məmənin həcmi kiçilir, həm də xəstə bəhs etdiyimiz şikayətlərdən azad olmuş olur.

Məmə böyütmə əməliyyatı

Məmə böyütmə əməliyyatlarını isə doğuşdan və ya süd verdikdən sonra analarda olan süd vəzinin ifrat kiçilməsinə bağlı olaraq süd vəzlərinin hardasa bilinməməsinə olmasına bağlı olaraq biz bu xəstələrə məmə böyütmə əməliyyatları təklif edirik və bunu da protezlərlə… Bu gün, ortalama hər il 10 milyon insana implant vasitəsi ilə məmə böyütmə əməliyyatları icra olunur.

Məmə dikləşdirmə əməliyyatı

Bir də məmədə sallanma olan xəstə qrupu var ki, bu xəstələrə də məmə dikləşdirmə əməliyyatları edirik. Bu əməliyyatları da 2 şəkildə edirik.

Birinci qrupa özünün yetəri qədər məmə toxuması var, sadəcə o toxumalardan istifadə edərək məmələrini toparlayıb və dikləsdiririk.

İkinci qrup xəstələrdə məmə sallanma ilə bərabər toxuma, yəni o yumşaq toxumanın süd vəzlərində itkisi olur. Bu qrup xəstələrə isə protezlə məmə dikləşdirmə əməliyyatlarını həyata keçiririk.

Məmə əməliyyatları öncəsi müayinələr

Məmə cərrahiyyəsi etdiyimiz bütün xəstələrə əməliyyat öncəsi 40 yaşın altındakı xanımlara məmə ultrasonu, 40 yaşın üstü xəstələrimizə isə mammoqrafiya analizləri edirik ki, bu da ailəvi, məsələn, meyilləri olan və yaxud məməsində şübhəli kütlələr, törəmələri olan xəstələrimizin ortaya çıxmasına səbəb olur. 

 

Məmə implantı məmə xərçənginə səbəb olurmu?

Kitablarda bu 10 milyonda birdir. Çox aşağı nisbətdir. Bu da adətən, irsi meyili olan ailələrdə göründüyü bəlli olmuşdur. 

Amma qoyduğumuz implant sonrası, məsəl üçün, hər bir qadının 35 yaşdan sonra illik rutin kontrolları olmalıdır. İllik rutin kontrolların edildiyi müddətcə etdiyimiz əməliyyatların qadınlarda bədxassəli şişlərə və yaxud digər patologiyalara səbəb olmadığı aşkar olunmuşdur.

Məmə implantı qoyulan qadın ana olduqda süd verə bilərmi?

Bəli, biz oradakı məmənin normal toxumasına zərər vermədiyimiz üçün bu xanımlar məmə böyütmə əməliyyatından sonra, ana olduqlarında öz evlatlarına yetəri qədər süd verə bilirlər. Yəni bu oradakı anatomiya ilə və yaxud məmənin öz təbii quruluşunun pozulmağına bir səbəb deyil.

Op. Dr. Nicat Rüstəmov, Estetik-Plastik və Rekonstruktiv cərrah

 


2 comments

  • Saida

    15 July 2023 at 06:55

    salam Meme boyutme ve ya dikleshdirmek neciyedi

    Reply

    • Ege Hospital

      19 July 2023 at 11:15

      Salam. Estetik və plastik cərrahlarımıza müraciət edə bilərsiniz. Əməliyyat qiyməti müayinə sonrası bəlli olur.
      Ege Hospital
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117.

      Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!