Süni mayalanma müalicəsində qadının yaşının rolu 

Süni mayalanma müalicəsində qadının yaşının rolu 

23 November 2022 0
suni-mayalanmada-yash-heddi-1200x675.jpeg

Süni mayalanma müalicəsini biz kimlərə tətbiq edirik? Əvvəlcəondan danışım. 

Kişi və qadından qaynağlanan səbəblərə görə öz-özünə hamiləlik meydana gəlməyən çütlüklərə ya da süni mayalanma müalicəsindən öncə digər köməkci üsullarla nəticə ala bilmədiyimiz çütlüklərdə biz süni mayalanma müalicəsi tətbiqinə üstünlük veririk. 

Bəzi hallarda xəstəni bir müddət gözlədib öz-özünə hamilə qalmağını gözləyirik, amma bəzi hallarda heç gözləmədən də bu prosesə, müalicə prosesinə başlaya bilirik. 

Hər şeydən əvvəl “Hansı hallarda tezləşdiririk, mümkün qədər tez başlayırıq?” 

Süni mayalanmaya dərhal başladığımız hallar

Birincisi əgər qadın xəstəmizdə uşaqlıq boruları bağlıdırsa, ya da müxtəlif xəstəliklərdən qaynağlanan səbəblərə görə götürülübsə, ya da bağlanıbsa. 

İkinci səbəb olaraq, yumurta rezervi çox aşağıdırsa. Kişidə, yenə, sperma hərəkətliliyi və miqdarı ilə bağlı bir problem varsa, ya da eyakulyasiyasında heç spermanın olmadığı hallarda süni mayalanma müalicəsinə biz tezliklə başlamağa üstünlük veririk. 

Bundan başqa ailədə genetik bir xəstəlik varsa, yəni sağlam bir embriyon seçimi tələb olunursa yenə mümkün qədər tez biz heç bir halda xəstəni gecikdirmədən xəstəyə müalicə prosesini başlayırıq. 

Bununla bərabər bizim üçün ən vacib şey ananın yaşıdır. 

Ananın yaşı necə təsir edir?

Ananın yaşı da iləriləyibsə ki, bizim üçün bu limit 35 yaşdır. 35 yaşın üzərindədirsə də bu prosesə, əgər xəstəmiz də gəbul edirsə, təsdiqləyirsə, heç gecikdirmədən başlamağa üstünlük veririk. 

Normalda bir cütlük bizə gəldikdə hər şey qaydasındadırsa əgər çox aşkar və bir az əvvəl bəhs etdiyim problemlərdən heç biri yoxdursa xəstəmiz 35 yaşın altındadırsa 1 ilə qədər gözləmə vaxtımız vardır. O 1 ildən sonra xəstəmiz əgər istəyərsə yenidən gəlib bizə müraciət edə bilər. 

35 ilə 40 yaş arasındadırsa bu müddət 6 aya enir. 40 yaşın üstündədirsə bu müddət daha da qısalır və 3 aya qədər düşür. 

Amma əlbəttə ki, bunların hamısı xəstəmizlə qarşılıqlı danışıb qərar alınaraq gözləyəcəyimiz müddətdir ya da dediyim kimi, heç gözləmədən də başlaya bilərik. 

Ananın yaşı niyə vacibdir?

Ananın yaşı bizim üçün niyə vacibdir?

Çünkü ana yaşı uzandıqca hamilə qalma müddəti də uzanır ya da hamilə qaldıqdan sonra uşaqsalma ehtimalı çok artıyor. Bunun səbəbi də yaş artdıqca qadın bədənindəki yumurtalarda meydana gələn genetik pozulmanın, xromosom aberrasiyalarınına rtmasıdır. 35 yaşın altındaki bir xəsətdə bu xromosom anomaliyaları təxminən 15-20% nisbətindədirsə 35 yaşıdan sonra, xüsusilə də 37 yaşı keçəndən sonra 50%-ə, yaş ilərlədikçə 70-80%-ə qədər çıxa bilir. Bu da deməkdir ki, anormal yumurta, qeyri-sağlam embriyon və hamiləliklə nəticələnməyən bir proses. Ya da dediyim kimi tutunmadan sonra, hamiləlikdən sonra uşaqsalma ilə nəticələnən bir proses. 

Bu səbəbdən xəstəmizin yaş aldıqca biz müalicə prosesini tezləşdiririk. 

Transferdən əvvəl genetik diaqnostika

Xüsusilə 40 yaş üstü xəstələrimizdə də biz bu prosesi genetik diaqnozla birlikdə idarə edirik. Çünki bir az əvvəl də dediyim kimi əgər yumurtamız zərər görübsə genetik olaraq verəcəyimiz embriyonun da problemli olma ehtimalı çox yüksəkdir. Bu səbəbdən biz nə edirik? Xəstəmizə bütün təfərrüatları izah edərək yumurta toplama prosedurunu etdirdikdən sonra və embriyon inkişafını təmin etdikdən sonra xəstəmizi genetik diaqnostika proseduruna yönləndiririk. Beləcə 40 yaş üstündə də olsa əgər xəstəmizin sağlam yumurtası varsa formalaşmış sağlam embriyonu da müəyyən edib o embriyonu, sağlam olan emriyonu xəstəmizə transfer edərək sağlam bir körpənin dünyaya gəlməsini hədəfləyirik. Buna görə xəstə yaşı bizim üçün çox vacibdir. Zəhmət olmasa xəstələrimiz 35 yaşı keçdikdən sonra süni mayalnma düşünməsə belə bir qinekoloqa gedərək müayinə olsunlar. “Bir problemləri varmı, yoxmu?” aşkar etsinlər və bu müddəti tezləşdirsinlər. 

Cemile Yılmaz, Klinik embrioloq


Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!